Icma.az
close
up
RU
Azərbaycan terrorla mübarizə imkanlarını artırmalıdır

Azərbaycan terrorla mübarizə imkanlarını artırmalıdır

Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


“Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları Xankəndidə keçirilən tədbirdə terror törətmək istəyən erməniəsilli şəxsi yüksək peşəkarlıqla ələ keçirdi. Terror aktına cəhd göstərir ki, biz ayıq-sayıq olmalıyıq. Çünki bu şəxs Azərbaycanın qəyyumluğunu qəbul edərək Xankəndidə rahat yaşamaq imkanı əldə etsə də, sonradan terrora əl atmaq istəyi göstərir ki, buna qabaqcadan hazırlaşıb. Mümkündür ki, ona xüsusi tapşırıq verilib və ya zamanında terror aktları törətməsi üçün təlimlərə cəlb edilib. Şübhəsiz ki, bütün bu məqamlar aparılan istintaq zamanı ortaya çıxarılacaq”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında professor Qabil Hüseynli bir müddət əvvəl Xankəndi şəhərində yaşayan erməniəsilli şəxsin terror aktına cəhd etməsindən danışarkən deyib.
Q. Hüseynli sadə bir erməninin öz təşəbbüsü ilə terror aktına cəhd etməsinə inanmır. Onun sözlərinə görə, bundan əvvəl Ermənistanda işıq üzü görən “Qraparak” qəzeti də bu mövzuda yazılar çap edib.
Professorun fikrincə, bu kimi hallar göstərir ki, ermənilər sakit dayanmayacaq, mümkün qədər Azərbaycanla problemlər yaratmağa çalışacaqlar: “Azərbaycan bu məqamları nəzərə alaraq terrorla mübarizə imkanlarını artırmalıdır”.

Q. Hüseynli
Q. Hüseynli Azərbaycanın Ermənistanla sərhəddə anti-terror qrupları yaratmasını da mümkün sayır: “Bu, sərhəd qoşunlarının tərkibində və ya ondan əlavə bir qurum kimi də ola bilər. Eyni zamanda bizim təhlükəsizlik xidmətlərimizin tərkibində terrora hazırlıqla bağlı məlumatların toplanması və belə halların qarşısının alınması üçün ciddi addımlar atıldığı qənaətindəyəm. Hər halda sayıqlığımızı daha da artırmalıyıq. Çünki Xankəndidəki hadisə göstərdi ki, separatçılar sakit durmaya bilərlər”.
Hüseynli əlavə edib ki, indi əsas məsələ Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasıdır: “Hesab edirəm ki, bu sazişin imzalanacağı tarix uzaqda deyil. Bəli, buna maneə olan, belə bir sazişin imzalanmasını arzulamayan qüvvələr var. Amma onlar istəklərinə nail ola bilməyəcəklər. Fikrimcə, sülh müqaviləsi yaxın gələcəkdə imzalanacaq”.
Nemət ORUCOV
Reyting.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://reyting.az
archiveBu xəbər 19 Sentyabr 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see283

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see280

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see268

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see255

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see252

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see249

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see244

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see239

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see231

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see219

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see219

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see212

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see188

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see182

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see178

Azərbaycanda mənzil almaq niyə əlçatmaz olub? REAL SƏBƏBLƏR

17 Sentyabr 2026 18:10see175

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see174

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see170

Cennifer Lopez 18 milyon dollarlıq evini nümayiş etdirdi

17 Sentyabr 2026 05:22see170

Qadın qiyafəsində qaçmağa çalışarkən tutuldu “80 nəfəri öldürmüşəm” Video

17 Sentyabr 2026 02:40see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri