Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

Ötən onilliklərin solmayan kinolentləri

Ölümdən sonra insanı nə gözləyir?

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

İran Azərbaycan mediasını niyə terrorla hədələyir?

İran Azərbaycan mediasını niyə terrorla hədələyir?

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrail-İran müharibəsinin yavaşlamasının ardından qonşumuz sevimli adətinə geri döndü, yenə də Azərbaycana qarşı media hücumu başladı. Heç bir dəlil-sübut olmadan Azərbaycanın hava məkanından İrana qarşı istifadə edilməsi ilə bağlı iddialar ortaya atdılar. Hələ çox böyük arsızlıqla bu iddiaların  Azərbaycan tərəfindən sübuta yetirilməsi ilə bağlı media hay-küyünə də başlanıldı. Biz görmüşük ki, iddianı ortaya atan tərəf onun sübutunu da təqdim edir. 

İran mediasında “fərziyyələr” kimi təqdim etdiyi şayiə ilə bağlı daha sonra prezidenti səviyyəsində “izahat istənildiyini” yazır.  Azərbaycanın dövlət rəhbərliyi, müqəddəs dəyərləri, tanınmış şəxsləri İran mediasının daimi tənqid, böhtan və təhqir hədəfidir.  Azərbaycanın sosial media seqmenti İran xüsusi xidmət orqanlarının hazırladığı şübhə doğurmayan trol dəstəsinin hücumuna məruz qalır. İran mediası utanmadan Azərbaycan haqqında, Azərbaycan mediası haqqında “Bakı mediası” ifadəsini işlədir. Hər gün İran mediasında Azərbaycanın ərazi bütövlüyünə qarşı ifadələr işlədilir. Hər gün! 

Və bu ifadələrin istifadə olunduğu medialar heç bir müxalif qrupa filan aid deyil! Bunlar hamısı İranın Ali Dini rəhbəri Seyyid Əli Xameneinin portreti altında nəşr olunan, onun hər sözünün Quran ayəsi qədər müqəddəs təqdim olunduğu media orqanlarıdır. Bunlar  Xameneiyə görə terror çağırışı edən media orqanlarıdır. Bəli, Azərbaycan adını yazmağı özünə yaraşdırmayan, bizi “Bakı mediası” yazmaqla aşağıladığını hesab edən media orqanlarının hamısının əsas sahibi Seyyid Əli Xameneidir. Azərbaycanda hamı bunu görür və bilir. İran mediası, konkret “Səhər” kanalı bu həqiqəti dilə gətirən iki media orqanı- Baku TV və Lent.az-la bağlı terror çağırışı edib. Bu çağırışda qeyd olunub ki, kimlərsə Xamenei əleyhinə danışanlar barədə “fətva” verib. Bu, açıq terror və cinayətə təşəbbüs çağırışıdır. Yəqin ki məsələnin bu tərəfi ilə hüquq-mühafizə orqanları məşğul olacaqlar. Qonşumuzun terrorla bəslənib, bu təhdidlərlə öz auditoriyasını toparlamağa çalışdığnı çox təəssüf ki, yaxşı bilirik. İranın sifarişi ilə millət vəkili Fazil Mustafanın evinin qarşısında güllələndiyini də unutmamışıq. Məlum, belə işlərdən zövq alırlar. 
Məsələ ondadır ki, Lent.az və Baku TV-ni hədələyib “trol media” adlandıran “Səhər” kanalı iki daşın arasında tərəfdarlarını və izləyicilərini trollayıb. Bizim Xamneinin tərəfdarlarının trollanmasına könlümüz razı gəlmədiyi üçün bu həqiqətdən onları aşkar edək.  “Səhər” kanalı, o cümlədən bütün İran mediası  dayanmadan Xameneini “Dünya müsəlmanlarının lideri” adlandırır. 
Əvvəla, qeyri-dəqiq olsa da, dünyada təxminən 1.9 milyard müsəlman yaşaması barədə məlumatlar var. Bu, müsəlmanların isə cəmi 10-15%-i özünü şiə məssəbinə aid edir. İndi bu sadə və bəsit statistika varkən, Xamenei “necə dünya müsəlmanlarının lideri” olur? 
İkincisi, Xamenei siyasi liderdi, siyasi şəxsdir. Onun vəzifəsinin adını nə istəyirlər edə bilərlər. Bu şəxs faktiki olaraq İranı teokratik üsulla idarə edən dövlət başçısıdır. İranda onun və rəhbəri olduğu Şuranın icazəsi olmadan heç bir siyasi qərar qəbul olunmur. Heç bir siyasi addım atılmır. Bir siyasi lider niyə “müqəddəs şəxs” hesab olunmalıdır? Niyə onu tənqdi eləmək “müsəlmanların heysiyyəti ilə oynamaq”, “dini dəyərlərə toxunmaq və s” kimi qəbul edilməlidir? Bu adam siyasətçidir, dövlət rəhbəridir. Bir gün uranın zənginləşməsindən danışır, bir gün neft razılaşmaları barədə müraciət edir, bir gün İsraillə müharibə əmri verir.  Onun iradəsi tərəfdarları, qəbul etdiyi qərarlar isə rəhbərlik etdyi dövlətin vətəndaşları üçün keçərli ola bilər.  
Biz “Bakı mediası” da olarıq, “”Təbriz mediası” da. İstəyəndə “Qusar mediası”, “Şamaxı mediası”, “Lənkəran mediası”, “Şuşa mediası” da yazın. Doğma şəhərlərimizin adı ilə çağırılmaq bizi incitmir, qürurlandırır!
 “Səhər” kanalı və yandaşındakı medialar,  amma siz “Təbriz mediası”, “Ərdəbil mediası”, “Urmiyə mediası”, “Xoy mediası” ola bilmirsiniz! Siz danışdığınız dilə və dilində danışdığınız millətə hər gün xəyanət edirsiniz! 

Hərə öz yoluna!
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://lent.az
archiveBu xəbər 01 İyul 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see306

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see228

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see209

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see193

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see189

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see189

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see189

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see187

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see186

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see186

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see186

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see186

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

25 Sentyabr 2026 12:04see185

Ötən onilliklərin solmayan kinolentləri

25 Sentyabr 2026 13:18see184

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see184

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see184

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see181

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see181

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see180

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri