Azərbaycan texnoloji yenilikləri necə mənimsəyir? Dünyada sonunculardanıq
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Məlum olduğu kimi, ABŞ-nin Portulans İnstitutu və BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə hazırladıqları “Qlobal İnnovasiya İndeksi – 2025” adlı hesabat açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, hesabatda 139 ölkənin iqtisadiyyatını əhatə edərək onların innovasiya sahəsindəki güclü və zəif tərəfləri göstərilib.
Qeyd edək ki, “Qlobal İnnovasiya İndeksi – 2025” adlı hesabatda Azərbaycan ən pis nəticəni “Biliyin mənimsənilməsi” (“Knowledge absorption”) sahəsində göstərib.
Azərbaycanın bu istiqamətdəki mövqeyi 139 ölkə arasında 134-cü yer olub.
Müqayisə üçün qeyd edək ki, keçmiş SSRİ və region ölkələrinin hesabatdakı mövqeyi aşağıdakı kimi olub:
Estoniya – 10-cu yer;
Türkiyə - 36-cı yer;
Latviya – 47-ci yer;
Rusiya – 52-ci yer;
Litva – 58-ci yer;
Ukrayna – 64-cü yer;
Gürcüstan – 68-ci yer;
Qazaxıstan – 80-ci yer;
Özbəkistan – 81-ci yer;
Qırğızıstan – 84-cü yer;
İran – 92-ci yer;
Moldova – 94-cü yer;
Ermənistan – 98-ci yer;
Belarus – 109-cu yer;
Tacikistan – 129-cu yer;
Azərbaycan – 134-cü yer.
Məlumat üçün bildirək ki, “Qlobal İnnovasiya İndeksi”ndə yer alan “Biliyin mənimsənilməsi” (“Knowledge absorption”) göstəricisi ölkələrin xaricdən daxil olan bilik və texnologiyaları nə dərəcədə mənimsəyə bildiyini əks etdirir. Burada əsasən İKT məhsullarının, o cümlədən yüksək texnologiyalı məhsulların idxalı, bu sahəyə birbaşa xarici investisiyaların cəlbi, əqli mülkiyyət üzrə ödənişlər və qabaqcıl texnologiyaların yerli iqtisadiyyata transferi nəzərə alınır. Bu göstərici ölkənin yeni bilikləri yalnız qəbul etməsini deyil, həm də onları daxili istehsalat və idarəetmə proseslərində tətbiq etmək bacarığını qiymətləndirir.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Azərbaycanda startaplara sərmayə qoymağa risk etmirlər Dünyada sonunculardanıq
01 Oktyabr 2025 12:35
Azərbaycan yumurtası üstündə dünyada davadır
23 Mart 2025 10:38
Azərbaycan multikulturalizmə görə dünyada nümunədir
24 İyul 2025 10:52
“Azərbaycan Konstitusiyası dünyada sayılıb seçilir”
24 Aprel 2025 11:37
Dünyada qızıl bahalaşdı: Azərbaycan bazarında qiymətlər necə dəyişəcək?
03 Oktyabr 2025 09:47
Baxış sayı:113
Bu xəbər 23 Sentyabr 2025 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















