Azərbaycan təyyarəsi Rusiya raketi ilə vurulub Baş Kəşfiyyat İdarəsinin rəisi
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiya raketilə vurulduğunu bildirib.
Modern.az xəbər verir ki, Kirill Budanov bu barədə “The War Zone” nəşrinə açıqlamasında deyib.
“Bizim bildiyimizə görə, təyyarə Rusiya ərazisində “Pantsir-S1” zenit-raket kompleksi tərəfindən vurulub”, - Budanov qeyd edib.
Dekabrın 25-də Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na məxsus təyyarə Aktaudan 3 kilometr aralıda qəzaya uğrayıb. İlkin məlumatlara görə, təyyarə Qroznı səmasında hücuma məruz qalıb və ciddi zədə alıb, yaxın aeroportlara enməyə icazə verilmədiyindən Aktau limanına üz tutub.
“Embraer 190” təyyarəsi Aktau hava limanına çatmağa 3 dəqiqədən az vaxt qalanda pilotlar sükan idarəetməsini itirib və qəzaya uğrayıb.
Təyyarədə 67 nəfər olub, 38 nəfər ölüb.
Təyyarənin gövdəsində - quyriq hissəsində qəlpə dəlikləri müşahidə olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 27 Dekabr 2024 10:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















