Icma.az
close
up
RU
Dərslərdə yeni dövr: Azərbaycanda realdır və bunu artıq görürük

Dərslərdə yeni dövr: Azərbaycanda realdır və bunu artıq görürük

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Elm və təhsil naziri Emin Əmrullayev “fənlərin dövrü çoxdan bitib” və “şagird yaxşı öyrənmirsə, müəllimə niyə maaş verməliyik?” fikirləri ilə diqqət çəkib. Nazir məzmunla bağlı problemi də xatırladaraq bildirib ki, Azərbaycanda təhsilin məzmunu müəllimin məvacibinə bağlıdır.

Bəs müəllim maaşının məzmuna bağlı olması təhsil islahatlarını necə ləngidir? 

Təhsil eksperti Elçin Əfəndi Ölkə.Az-a açıqlamasında bildirib ki, burada bizim başlıca məqsədimiz şagird yönümlü olmalıdır.

Onun sözlərinə görə, şagirdin öyrənməsinə, təhsil müəssisəsində bilik və bacarıqlarını formalaşdırmasına daha çox üstünlük verməliyik:

"Əgər bu gün hər hansı bir təhsil verən təbii ki, şagirdin və yaxud da şagirdlərin öyrənməsini təmin edə bilmirsə, öz potensialını, bilik və bacarıqlarını qarşı tərəfə ötürə bilmirsə təbii ki, burada nazir haqlıdır. Burada əgər o müəllim öz vəzifə səlahiyyətlilərini düzgün icra edə bilmirsə, ona hər hansı bir əməkha ödənilməsi də düzgün deyil. Hal-hazırkı vəziyyətdə təbii ki, biz daha çox şagird yönümlü, yəni şagird mərkəzli dediyimiz məsələdə üstünlüyü şagirdin öyrənməsinə verməliyik. Dövlət bu qədər büdcədən maliyyə ayırır ki, Azərbaycan Respublikasının vətəndaşları təhsillə təmin olunsunlar. Hər bir şəxs üçün təhsilin əlçatanlığı təmin olunsun. Və burada da təhsilin də başlıca məqsədi öyrətməkdir. Yəni qarşı tərəfə öyrətmək. Burada təhsil alandan daha çox söhbət gedir və təhsil alanın daha yaxşı bilik və bacarıqlarının formalaşması üçün də dövlət müvafiq imkanları yaradır. Yəni infrastruktur baxımından təhsil müəssisəsi ilə təmin edir. Müvafiq avadanlıqlarla təmin edir. Həmin bilik və bacarıqları şagirdə ötürmək üçün müəllimlə təmin edir və s". 

Ekspert bildirib ki, fənlərarası tədris Azərbaycanda realdır və bunu artıq praktikada görürük:

"Tutaq ki, bir neçə fənni özündə birləşdiriən təbiət fənni tədris olunmağa başlanılıb. Orada fizika, kimya, biologiya kimi fənlər tədris olunur. Yəni əvvəlki kimi hər bir fənn ayrı-ayrılıqda öyrədilməli deyil. Təhsilverən digər fənlərlə bağlı da qarşı tərəflə maraqlanmalıdır. Tutaq ki, Azərbaycan dili müəllimi şagirdin riyaziyyat biliklərini də, kimya biliklərini də, xarici dil biliklərini də ən azı sorğulamalıdır və oradakı nəticələri də təhlil etməlidir. Bir növ, müəllimdən bu istiqamətdə hərtərəflik tələb olunur və təbii ki, dünyanın əksər ölkəsində artıq bu prinsip tətbiqi qonulub və həyata keçirilir. Biz də zamanla artıq buna doğru inkişaf edirik. Fənlərin inteqrasiyası, fənlərarası əlaqələr və bu əlaqələrdən irəli gələrək şagirdə biliklərin ötürülməsi başlıca məqsəd daşıyır.

Amma hazırda bizdə məzmuna bağlıdır və təbii ki, müəllimin də əməkhaqqı məzmuna bağlı olduğu üçün müvafiq olaraq ani qərarları qəbul etməklə bağlı çətinlik çəkirik. Dərhal müəllimlərin əməkhaqqı məsələsi, işçilərin əməkhaqqı məsələsi önə çıxır. Yəni şagird qalır arxa planda. Halbuki dediyim kimi, əsas üstünlük şagirdin öyrənilməsinə yönəlməlidir və dövlət də bunun üçün maliyyə ayırır. Yəni bu gün şagird olmasa, etiraf edək ki nə müəllim olar, nə bir təhsil müəssisəsi olar. Təhsil müəssisəsi, müəllim, rəhbər işçi, texniki işçi və s. hamısı nə üçündür? Təbii ki, şagird üçün. Şagird varsa, proses təmin olunur. Şagird yoxdursa, heç kim orada olmayacaq. Və fənlərin dövrünün bitmə məsələsi də yəni gələcək planlar onu deməyə işarət edir ki, artıq müəllimdən hərtərəflik tələb olunacaq. Fənlər tədricən deyil, bilik və bacarıqlarını formalaşdıracaq biliklər şəklində onlara təqdim olunacaq. Fənlər ayrı-ayrılıqda deyil, bir-biri ilə əlaqəli şəkildə tədris olunacaq, yəni bir-birinə yaxın fənlər arasında şagirdin biliklərinin ötürülməsinin təmin edilməsinə üstünlük veriləcək. Biz bunu yaxın tarix üçün reallaşdıra bilməyəcəyik. Bunun üçün bizə müvafiq bir zaman lazımdır. Ən azı qarşıdakı on il, on beş il ərzində bəzi tədbirlər görüləcək. Yalnız ondan sonra da biz təhsildə dünya təhsili ilə ayaqlaşmaq və inkişafetmiş ölkələrin təhsil sisteminin tətbiqini reallaşdıra biləcəyik".

Həmidə İbrahimova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://olke.az
archiveBu xəbər 16 Dekabr 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see280

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see278

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see272

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see237

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see224

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see138

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri