Icma.az
close
up
RU
Azərbaycan təyyarəsinin vurulmasına dair daha bir nüans

Azərbaycan təyyarəsinin vurulmasına dair daha bir nüans

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Azərbaycan prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalına verdiyi müsahibədə çox mətləblərə toxunub. Bunlardan biri də Rusiya ərazisində vurulmuş Azərbaycan təyyarəsi ilə bağlı olub.

Prezident deyib: "Xoşbəxtlikdən təyyarə Rusiyada deyil, Qazaxıstanda eniş etdi. Enişdən sonra qəza baş verdi. Bəzi sərnişinlər sağ qaldı, bizdə ifadə verənlər var. Təyyarədə olan, gövdəyə daxil olan qəlpələrdən yaralanan iki nəfər var. Təyyarənin qalıqları da var və mən dərhal heyəti oraya göndərdim. Uzaq deyil, uçuş cəmi 40 dəqiqədir. Komandamız dərhal oraya getdi və hər şeyi lentə aldı. İnternetdə tapa bilərsiniz. Bütün gövdədə qəlpə dəlikləri var idi. O, Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulub".

Söhbət 2024-cü il dekabrın 25-də "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus olan "Embraer-190" tipli sərnişin təyyarəsindən gedir. Həmin təyyarədə 67 nəfər var idi. Rusiyada vurulmuş təyyarənin Qazaxlstanda qəzaya uğraması nəticəsində çoxlu sayda mülki insan həlak oldu. Ancaq xeyli insan salamat qalmışdı. Onların istintaqa verdikləri ifadələr Rusiyanın gizlətməyə çalışdığı həqiqətin üzə çıxmasına səbəb oldu.

Prezident deyir ki, xoşbəxtlikdən təyyarə Qazaxıstan ərazisində eniş edib. "Xoşbəxtlikdən" sözü çox ciddi mətləblərdən xəbər verir. Bu, o deməkdirmi ki, təyyarə Rusiya ərazisində eniş etsəydi, yerli hakimiyyət orqanları, hərbçilər və sair cinayətin izlərini itirməyə çalışardılar?! Ola bilsin. Bəlkə də heç bir nəfər sərnişin salamat qalmazdı. O cümlədən, təyyarənin göyərtəsindəykən - Rusiya ərazisi üzərində qəlpə yaraları almış sərnişi və uçuş heyəti üzvü həyatda olmazdı.

Prezident haqlı olaraq, deyir ki, hadisənin baş verməsi bir faciəli səhv idi. İkinci böyük səhv isə bu cinayətin izlərini itirməyə çalışmaq olub. Üçüncü səhv isə Rusiya rəhbərliyinin üzr istəməməsi, günahkarları cəzalandırmaması olub. Halbuki Azərbaycan hərbçiləri xidməti vəzifə gərəyi olaraq Rusiya hərbi helikopterini vurduğu zaman Azərbaycan Rusiyadan üzr istəmiş və həlak olan Rusiya pilotlarının ailələrinə təzminat ödəmişdi.

Prezident Əliyev öz müsahibəsində bunu xatırladaraq, Rusiyanı da eyni cür davranmağa çağırır. Eyni zamanda bu xatırlatma o deməkdir ki, Azərbaycan öz haqlı tələblərində israr edir və bu məsələdə də Rusiya qarşısında geri çəkilməyəcəyini bir daha vurğulayıb.

Seyid Əhmədli, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 27 Avqust 2025 23:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri