Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Azərbaycan transsərhəd ticarətə, rəqəmsallaşmaya, yaşıl keçidə yönəlmiş təşəbbüsləri dəstəkləyir

Azərbaycan transsərhəd ticarətə, rəqəmsallaşmaya, yaşıl keçidə yönəlmiş təşəbbüsləri dəstəkləyir

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 27 oktyabr, AZƏRTAC

Azərbaycan biznes mühitinin yaxşılaşdırılması, özəl sektorun rolunun gücləndirilməsi və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə hərtərəfli iqtisadi islahatlar həyata keçirib. Bu səylər iqtisadiyyatın şaxələndirilməsinə töhfə verir.

AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Sahibkarlar parçalanmış dünyanın qiymətləndirilməyən diplomatları kimi” mövzusundakı biznes dialoqunda deyib.

Nazirin müşaviri bildirib ki, bu ilin doqquz ayında qeyri-neft-qaz sektorunun ümumi daxili məhsulda payı 70 faizdən çox olub: “Azərbaycanın beynəlxalq investisiya tərəfdaşlığının inkişafına sadiqliyini nümayiş etdirən son nümunələrdən biri ötən ay Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu olub. Etimadın bərpasına və regional bağlantıların gücləndirilməsinə xüsusi diqqət yetirən forum hökumət nümayəndələri, investorlar və biznes liderləri arasında dialoq üçün mühüm platforma rolunu oynayıb. Forum çərçivəsində ümumi dəyəri 10,8 milyon ABŞ dolları olan layihələri əhatə edən 23 əməkdaşlıq və investisiya sənədi imzalanıb.

Növbəti mühüm addım bu razılaşma və sazişlərin konkret layihələrə çevrilməsini təmin etmək, eyni zamanda, yerli biznes subyektlərinin, o cümlədən təchizatçı və xidmət təminatçısı qismində onların icrasında iştirakına imkan yaratmaqdır”.

Hüseyn Hüseynov qeyd edib ki, regional təşkilatlar da biznes icmaları arasında əlaqələrin gücləndirilməsində mühüm rol oynayırlar: “Kiçik və orta sahibkarlıq üzrə işçi qrupları və biznes şuraları biznes nümayəndələri ilə dövlət qurumları arasında dialoq üçün dəyərli platformalar yaradır. Məsələn, Azərbaycan 2026–2028-ci illər üzrə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Kiçik və Orta Sahibkarlıq üzrə İşçi Qrupunda əlaqələndirici ölkə - koordinator kimi çıxış edir. Eyni zamanda, Türk Dövlətləri Təşkilatı çərçivəsində fəaliyyət göstərən Türk Ticarət və Sənaye Palatası və Türk Biznes Şurası sahibkarlara birbaşa əlaqələr qurmağa və transsərhəd tərəfdaşlıqlar yaratmağa kömək edir. Bu cür mexanizmlər xüsusilə yeni bazarlara daxil olarkən maliyyə və etibarlı tərəfdaşlara çıxış imkanları məhdud olan kiçik və orta sahibkarlıq subyektləri üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan transsərhəd ticarətə, rəqəmsallaşmaya, yaşıl keçidə və beynəlxalq təchizat zəncirlərinə inteqrasiyaya yönəlmiş təşəbbüsləri dəstəkləyir.

Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan və Vyetnam da daxil olmaqla, bir sıra ölkələrlə ikitərəfli biznes şuraları da yaradılıb. Biznes görüşləri, investisiyaların təşviqi və işgüzar missiyalar vasitəsilə bu şuralar şirkətlərə etibarlı tərəfdaşlar tapmağa, yeni bazarları araşdırmağa və birgə layihələr hazırlamağa kömək edir. Nəticə etibarilə, bu mexanizmlərin səmərəliliyi yalnız keçirilən görüşlərin sayı ilə deyil, onların yaratdığı davamlı tərəfdaşlıqlar və konkret layihələrlə ölçülür".

Müxbirlər - Göyçək Mahmudlu, Vüsalə Səfərova, Mikayıl Məmmədov

Videooperator - Ələkbər Baxşiyev

Fotoqraf - Səfiyar Məcnun, Orxan Kərimov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Oktyabr 2026 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see309

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see277

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see276

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see257

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see251

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see239

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see232

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see229

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see223

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see217

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see207

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see201

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see196

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see190

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see189

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see184

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see182

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see173

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri