Icma.az
close
up
RU
Azərbaycan tranzit razılığı ilə regionun açar ölkəsinə çevrilir Deputatdan RƏY

Azərbaycan tranzit razılığı ilə regionun açar ölkəsinə çevrilir Deputatdan RƏY

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Azərbaycan Rusiya məhsullarının Ermənistana tranziti üçün dəmir yollarından istifadəyə razılıq verib. Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

Azərbaycanın bu tranzit razılığı ölkəmizin nəqliyyat sektoru və regional ticarət imkanlarına hansı iqtisadi təsirləri verə bilər?

Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, Azərbaycan regionda sülh və əməkdaşlığı dəstəkləyən ölkədir:

"Azərbaycan üzərindən Ermənistana yüklərin daşınması ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması da ölkəmizin sülhpərvər mövqeyini bir daha təsdiq edir. Bu, Azərbaycanın regionda sülhün bərqərar olmasına real dəstək verdiyini göstərir. Rusiya məhsullarının da Azərbaycan üzərindən Ermənistana daşınması tranzit imkanları baxımından mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə, Ermənistanın həm ixrac, həm də idxal əməliyyatlarını nəzərə alsaq, Azərbaycan bu prosesdə tranzit ölkə kimi mövqeyini daha da möhkəmləndirir. Beləliklə, bir tərəfdən bu addım Azərbaycanın sülhə dəstəyini açıq şəkildə nümayiş etdirir və ölkəmizin regionda sülhün möhkəmlənməsində maraqlı olduğunu göstərir"

Deputat əlavə etdi ki, tranzit əlaqələrinin genişlənməsi Azərbaycan üçün əlavə gəlir imkanları yaradır və tranzit gəlirlərinin artmasına şərait yaradır:

"Ümumilikdə, kommunikasiya xətlərinin genişlənməsi biznes üçün yeni imkanlar açır, dövlət gəlirlərinin artmasına xidmət edir və eyni zamanda Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirir. Beləliklə, məhdudiyyətlərin aradan qaldırılması həm Azərbaycanın sülhə real dəstəyini nümayiş etdirir, həm tranzit haqlarından əldə olunan gəlirləri artırır, həm də ölkəmizin geosiyasi əhəmiyyətini daha da yüksəldir".

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 Oktyabr 2025 21:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see472

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see242

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see220

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see205

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see202

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see191

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see188

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see183

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see171

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see164

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see159

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see158

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see154

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see152

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see149

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see143

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see141

Hava kəskin soyuyur Bu ərazilərə qar yağacaq

28 Yanvar 2026 07:13see134

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri