Bakıda möhtəşəm atəşfəşanlıq YENİLƏNİB
Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
Dənizkənarı Milli Parkda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə atəşfəşanlıq təşkil olunub.
BAKU.WS xəbər verir ki, bayram atəşfəşanlığı on minlərlə insan maraqla izləyib.
Dənizkənarı Bulvarda ağacların bayramsayağı bəzədilməsi və işıqlandırılması Bakının ən böyük əyləncə-istirahət məkanına xüsusi gözəllik verib. Bununla yanaşı, hələ bir neçə gün əvvəl şəhərin mərkəzi küçələri və parklar bəzədilib, yolkalar qurulub. Ağacların çilçıraqlarla bəzədilməsi, müxtəlif yeni il atributları və simvollarının quraşdırılması, bayram tərtibatı işləri həyata keçirilib.
Beləliklə, 2021-ci il yola salınıb və 2022-ci il yeni ilin ilk dəqiqələrində atəşfəşanlıqla qarşılanıb.
Qədəmlərin uğurlu olsun, 2022-ci il!
***16:01
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə dekabrın 31-də gecə saat 12:00-da paytaxtın Dənizkənarı Milli Parkının ərazisində möhtəşəm atəşfəşanlıq təşkil olunacaq.
BAKU.WS xəbər verir ki, şəhərin mərkəzi küçələri, Dənizkənarı Milli Parkın ərazisi və digər parklar bəzədilib, yolkalar qurulub, buradakı ağacların çil-çıraqlarla bəzədilməsi, müxtəlif yeni il atributların və simvollarının, nağıl qəhrəmanları fiqurlarının quraşdırılması, burada bayram tərtibatının aparılması işləri həyata keçirilib, müxtəlif yerlərdə bayram yarmarkaları təşkil olunub.
Bakı Şəhər İcra Hakimiyyəti sakinləri və şəhərimizin qonaqlarını atəşfəşanlığı seyr etmək üçün dekabrın 31-də gecə saat 12:00-da Dənizkənarı Milli Parka dəvət edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 30 Yanvar 2026 04:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















