Icma.az
close
up
RU
Azərbaycan turizmdə rəqabəti belə gücləndirə bilər Açıqlama

Azərbaycan turizmdə rəqabəti belə gücləndirə bilər Açıqlama

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan turizm sektorunda son illər inkişaf istiqamətində müxtəlif addımlar atılsa da, ölkənin regiondakı turizm bazarında rəqabət qabiliyyətinin artırılması məsələsi hələ də aktual olaraq qalır. Xüsusilə quru sərhədlərinin bağlı olması, aviabiletlərin yüksək qiyməti və xarici turoperatorlarla əməkdaşlığın yetərli səviyyədə olmaması turistlərin Azərbaycanı seçiminə təsir edən əsas amillərdən biri kimi göstərilir.
Region ölkələri, xüsusilə Türkiyə və Gürcüstan turizm məhsullarının daha geniş tanıdılması, əlçatan nəqliyyat imkanları və xarici bazarlarda aktiv marketinq siyasəti ilə turistlər üçün ciddi alternativlər yaradır. Bu baxımdan Azərbaycanın zəngin təbiəti, tarixi-mədəni irsi və müxtəlif turizm imkanlarından daha səmərəli istifadə etməsi, eyni zamanda ölkəyə səfəri turistlər üçün daha əlçatan və cəlbedici hala gətirməsi vacib hesab olunur.
Bəs Azərbaycan region ölkələri ilə turizm rəqabətində mövqeyini gücləndirmək üçün hansı addımları atmalıdır? Quru sərhədləri, aviabiletlərin qiyməti və xarici turoperatorlarla əməkdaşlıq məsələsində hansı dəyişikliklərə ehtiyac var?
Demokrat.az-a mövzu ilə bağlı açıqlama verən turizm eksperti Ceyhun Aşurov bildirib ki, statistik göstəricilər də Azərbaycana gələn turistlərin sayında azalma olduğunu göstərir.

Onun sözlərinə görə, təxminən 10 faiz azalma müşahidə olunur:
“Bununla bağlı Dövlət Turizm Agentliyi tərəfindən 2026–2030-cu illəri əhatə edən turizmin inkişafı proqramı da hazırlanıb. Düşünürəm ki, proqram tam şəkildə açıqlanmasa da, artıq müəyyən məlumatlar ictimaiyyətə təqdim olunub və həmin məlumatlardan da turizmin inkişafı istiqamətində zəruri addımların atılmasının nəzərdə tutulduğu görünür.
Bundan əlavə, əlbəttə ki, Azərbaycana gələn turistlərin sayını artırmaq üçün ilk növbədə ölkəni bir turizm məkanı kimi daha əlçatan etməliyik. İnsanlar, xüsusilə də xarici turistlər ölkəmizə daha rahat və daha sərfəli şəkildə gələ bilməlidirlər. Bu baxımdan, quru sərhədlərinin bağlı olması müəyyən məhdudiyyətlər yaratsa da, indiki vəziyyətdə beynəlxalq hava limanlarımızın daha səmərəli fəaliyyəti hesabına bu məhdudiyyəti müəyyən qədər kompensasiya etmək mümkündür.
Xüsusilə regionlarda yerləşən hava limanlarının imkanlarından daha səmərəli istifadə edilməli, həmin istiqamətlərə uçuşların sayı artırılmalıdır. Eyni zamanda, region və dünyanın iri şəhərləri ilə birbaşa hava əlaqələrinin yaradılması da turist axınının artırılmasına ciddi təsir göstərə bilər. Əgər daha əlverişli tənzimləmələr tətbiq etməklə aviaşirkətlər üçün daha uyğun şərtlər yarada və nəticədə uçuş qiymətlərini aşağı sala bilsək, düşünürəm ki, Azərbaycana turist axınında ciddi artım əldə etmək mümkündür.
Digər tərəfdən, Azərbaycanda hotel və ictimai iaşə xidmətlərinin qiymətlərinə baxdıqda, düşünürəm ki, biz regiondakı bir sıra ölkələrlə müqayisədə kifayət qədər rəqabətqabiliyyətliyik. Yəni turistin ölkə daxilində qalması, qidalanması və digər xidmətlərdən istifadə etməsi baxımından qiymətlərimiz müəyyən mənada rəqabətə davamlıdır.
Lakin ən çox geridə qaldığımız məsələlərdən biri turistlərin Azərbaycana gəlmək üçün çəkdiyi nəqliyyat xərclərinin yüksək olmasıdır. Tur paketlərində Azərbaycana gələn turistlərin ümumi xərclərinin təxminən 40–45 faizini nəqliyyat xərcləri təşkil edir. Bu isə Azərbaycanın turizm bazarında rəqabət qabiliyyətinə mənfi təsir göstərən əsas amillərdən biridir.
Ona görə də turizmin inkişafı üçün yalnız ölkə daxilində xidmətlərin keyfiyyətinin və qiymət siyasətinin təkmilləşdirilməsi kifayət deyil. Eyni zamanda, turistin Azərbaycana qədər çəkdiyi yolun və nəqliyyat xərcinin də mümkün qədər optimallaşdırılması vacibdir. Əgər bu istiqamətdə daha əlverişli imkanlar yaradılsa, Azərbaycanın regional turizm bazarında rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artırmaq və ölkəyə daha çox turist cəlb etmək mümkün olar”, - deyə ekspert fikrini tamamlayıb.
Nuray Paşşanlı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Avqust 2026 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see688

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see398

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see243

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see221

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see198

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see195

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see193

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see192

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see189

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see186

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see186

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see183

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see181

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see177

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see176

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see176

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see175

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see174

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see160

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri