Icma.az
close
up
RU
Qeyri sabit iqlim daxili turizmdə durğunluq yaradır Açıqlama

Qeyri sabit iqlim daxili turizmdə durğunluq yaradır Açıqlama

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yay mövsümünün başlanmasına baxmayaraq, ölkə ərazisində hökm sürən qeyri-sabit, yağışlı və küləkli hava şəraiti daxili turizm sektorunda durğunluq yaradır. Mövsüm amilinə güvənən regional turizm obyektləri və çimərlik zonaları növbəti aylarla müqayisədə iyun ayında gözlənilən turist kütləsini qəbul edə bilməyib. Bəzi bölgələrdə intensiv yağıntıların törətdiyi təbii fəsadlar və daşqınlar isə vəziyyəti daha da mürəkkəbləşdirir, potensial səyahətçilərin planlarını təxirə salmasına rəvac verir.
Mövzu ilə bağlı turizm eksperti Rahib İsmayılov Demokrat.az-a bildirib ki, hava şəraiti hazırda ölkəmizin turizm sektoruna ciddi şəkildə təsir göstərir:
"Yay fəsli rəsmi olaraq daxil olub, lakin buna baxmayaraq, iyun ayı olsa da, hava şəraiti hər il müşahidə etdiyimiz vəziyyətlə eyni deyil. Temperatur baxımından oxşarlıq olsa da, hazırda dəyişkən, küləkli və yağışlı hava, xüsusilə bölgələrdə müşahidə olunur. Bunun nəticəsində bəzi ərazilərdə daşqınların baş verməsi də vəziyyətə əlavə təsir göstərir. Nəzərə alsaq ki, cənub və şimal bölgələrində dənizkənarı çimərliklər mövcuddur və əsasən yerli turistlər bu istiqamətlərə üz tutur, hazırkı hava şəraiti dənizə girişin hər saat uyğun olmamasına səbəb olur və bu da öz təsirini göstərir.
Bundan əlavə, əsas turistik bölgələr olan Qəbələ və Quba kimi ərazilərdə də yağışlı hava turist axınına mənfi təsir edir. Gözlənilir ki, bununla bağlı statistik göstəricilər açıqlanacaq və ötən illərlə müqayisədə bu il turist axınında hava şəraitinin ciddi təsiri daha aydın görünəcək" , - deyə o qeyd edib. 
Beləliklə, iqlim dəyişikliklərinin gətirdiyi gözlənilməz hava şəraiti turizm sənayesinin mövsümlilik amilindən nə qədər asılı olduğunu növbəti dəfə təsdiqləyir. Yağıntıların regional infrastruktur xidmətlərinə və istirahət keyfiyyətinə vurduğu zərər həm sahibkarlar, həm də istehlakçılar üçün ciddi maliyyə itkiləri deməkdir. Mövsümi riskləri minimuma endirmək və bu cür təbiət hadisələrinin təsirini azaltmaq məqsədilə regional turizm mərkəzlərində qapalı əyləncə və istirahət xidmətlərinin diversifikasiyası, habelə qabaqlayıcı sığorta mexanizmlərinin tətbiqi artıq dövrün əsas tələbinə çevrilir.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 İyun 2026 21:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see373

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see335

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see293

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see269

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see266

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see257

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see246

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see239

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see238

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see225

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see219

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see217

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see214

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see211

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see210

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see206

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see206

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see200

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see199

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri