Azərbaycan Türk Dövlətləri Təşkilatı gənclər və idman nazirlərinin 9 cu iclasında təmsil olunub
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 18 oktyabr, AZƏRTAC
Özbəkistanın paytaxtı Daşkənd şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) gənclər və idman nazirlərinin 9-cu iclası keçirilib. Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
Bu barədə AZƏRTAC-a Gənclər və İdman Nazirliyindən bildirilib. İclasda çıxış edən nazir Fərid Qayıbov ötən il ərzində Türk Dövlətləri Təşkilatı çərçivəsində gənclərlə iş və idman sahəsində həyata keçirilən əməkdaşlıq barədə ətraflı məlumat verib. Fərid Qayıbov Azərbaycan tərəfindən həyata keçirilmiş mühüm təşəbbüsləri – gənclərin iqlim fəaliyyətinə, idman diplomatiyasına və idman könüllülüyü hərəkatının inkişafına verdiyi töhfələri xüsusi vurğulayıb.
Tədbir zamanı iştirakçılar TDT çərçivəsində gələcək əməkdaşlıq istiqamətlərini müzakirə edib və ortaq layihələrin həyata keçirilməsi üçün yeni təşəbbüsləri dəstəkləyiblər.
Qeyd edək ki, əməkdaşlığın daha səmərəli təşkili məqsədilə TDT gənclər və idman nazirlərinin 9-cu iclasına hazırlıq üçün ekspertlər iclası da keçirilib. İclasda ölkəmizi Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Zərifə Zülfüqarova təmsil ediblər.
Baxış sayı:123
Bu xəbər 18 Oktyabr 2025 21:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















