Icma.az
close
up
RU
Azərbaycan türk dünyasının ən güclü dayaqlarından biridir

Azərbaycan türk dünyasının ən güclü dayaqlarından biridir

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bir əsr əvvəl – 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayı türk xalqlarının elmi, mədəni və mənəvi birliyinin möhkəmləndirilməsi istiqamətində mühüm tarixi dönüş nöqtəsi kimi dəyərləndirmək mümkündür. Bu günlərdə bu möhtəşəm hadisənin 100 illiyi münasibətilə Bakıda təşkil olunan Türk Dünyası Həftəsi həmin tarixi ənənənin davamı kimi böyük tarixi və siyasi əhəmiyyətə malikdir. Dünyanın müxtəlif ölkələrindən alimləri, tədqiqatçıları, dövlət və beynəlxalq təşkilat nümayəndələrini bir araya gətirən tədbir Azərbaycanın türk dünyasının inteqrasiya prosesində oynadığı aparıcı rolu bir daha nümayiş etdirdi. Tədbirdə 20 ölkədən 200-dən çox nümayəndənin iştirakı ölkəmizin beynəlxalq elmi və mədəni platforma kimi artan nüfuzunun daha bir təsdiqidir.

Tədbir çərçivəsində türk dillərinin inkişafı, ortaq mədəni irsin qorunması, türkologiyanın müasir istiqamətləri və gələcək əməkdaşlıq perspektivləri geniş müzakirə olunmuşdur. Müasir dövrdə qloballaşma, rəqəmsal texnologiyalar və beynəlxalq əməkdaşlığın genişlənməsi şəraitində Birinci Türkoloji Qurultayın ideyaları yeni məzmun qazanmışdır. Belə ki, türk dövlətləri arasında elm, təhsil, mədəniyyət və informasiya mübadiləsinin inkişafı, ortaq əlifba və terminologiya istiqamətində aparılan işlər Qurultayın müəyyən etdiyi strateji hədəflərin davamı hesab olunur.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciət Türk Dünyası Həftəsinin ideoloji və siyasi məzmununu daha da zənginləşdirən amildir. Dövlət başçısı vurğulamışdır ki, Birinci Türkoloji Qurultay türk xalqlarının mədəni inteqrasiyasının əsasını qoymuş tarixi hadisələrdən biridir və onun irsi bu gün də aktuallığını qoruyur. Prezident qeyd etmişdir ki, ötən ilin oktyabrında irəli sürdüyü təşəbbüs əsasında təşkil olunan yubiley tədbiri Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi dövrünə təsadüf etməklə xüsusi rəmzi məna daşıyır. Müraciətdə həmçinin qeyd olunmuşdur ki, türk xalqlarını birləşdirən ortaq tarix, dil və mədəni dəyərlər gələcək əməkdaşlığın ən möhkəm təməlidir və bu birliyin daha da gücləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.
Prezident İlham Əliyev müraciətində Birinci Türkoloji Qurultayın yalnız elmi hadisə olmadığını, eyni zamanda türk xalqlarının milli özünüdərkinin və mədəni həmrəyliyinin simvoluna çevrildiyini diqqətə çatdırmışdır. O vurğulamışdır ki, həmin qurultayın irəli sürdüyü ideyalar müasir dövrdə uğurla həyata keçirilir, türk dövlətləri arasında siyasi, iqtisadi, humanitar və mədəni əlaqələr davamlı şəkildə genişlənir. Dövlət başçısının fikrincə, ortaq əlifba, ortaq mədəni irs və elmi əməkdaşlıq istiqamətində atılan addımlar türk dünyasının daha sıx inteqrasiyasına xidmət edir.
Beləliklə, Türk Dünyası Həftəsinin yekunları göstərdi ki, Azərbaycan bu gün yalnız coğrafi baxımdan deyil, həm də ideya və təşəbbüsləri ilə türk dünyasının mərkəzlərindən birinə çevrilib. Bakıda keçirilən beynəlxalq forumlar, qəbul olunan əməkdaşlıq qərarları və elmi müzakirələr ortaq türk kimliyinin möhkəmləndirilməsi, türkologiya elminin inkişafı və gələcək nəsillər arasında ortaq dəyərlərin yaşadılması baxımından mühüm nəticələri ortaya qoymuş oldu. Bu tədbirlər bir daha sübut edir ki, Azərbaycan türk dünyasında böyük nüfuza malik olmaqla yanaşı, onun gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində böyük uğurlar müəllifi kimi mühüm dayaq rolunu oynayır.

Əli Hüseynli
Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 İyul 2026 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri