Azərbaycan Türkiyə Gürcüstan MMU rektorlarının üçtərəfli görüşü keçirilib
Icma.az, Apa.az saytına istinadən bildirir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə və Gürcüstanın müdafiə nazirlikləri arasında mövcud olan qarşılıqlı əməkdaşlıq planlarına əsasən, Bakı şəhərində üç ölkənin Milli Müdafiə Universitetlərinin (MMU) rektorlarının rəhbərlik etdikləri nümayəndə heyətləri arasında üçtərəfli görüş keçirilib.
Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, əvvəlcə qonaqlar Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət ediblər.
Sonra MMU-nun rektoru general-mayor Gündüz Əbdülov nümayəndə heyətləri ilə görüşüb. Görüşdə Azərbaycanın hərbi təhsil sistemində həyata keçirilən islahatlar və onların müsbət nəticələrindən danışılıb, beynəlxalq təcrübə nəzərə alınmaqla tətbiq edilən yeniliklər barədə qonaqlara ətraflı məlumat verilib.
Görüş zamanı üç ölkənin hərbi təhsil müəssisələri arasında mövcud əməkdaşlığın inkişafında bu cür üçtərəfli görüşlərin əhəmiyyəti vurğulanıb. Həmçinin qarşıdakı illərdə hərbi təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, təcrübə mübadiləsinin intensivləşdirilməsi və birgə fəaliyyətin davamlılığının təmin edilməsi məqsədilə üçtərəfli tədbirlərin planlaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində nümayəndə heyətləri MMU-nun tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət ediblər.
Nümayəndə heyətlərinin rəhbərləri institutun “Şərəf kitabı”na ürək sözlərini yazaraq göstərilən qonaqpərvərliyə görə minnətdarlıqlarını bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 12 Noyabr 2026 16:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















