Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Azərbaycan Türkiyə: Naxçıvan sinerjisi

Azərbaycan Türkiyə: Naxçıvan sinerjisi

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

I MƏQALƏ

Tarixi həqiqət anı

Martın 5-də Ankarada İğdır – Naxçıvan qaz kəmərinin videobağlantı formatında keçirilən açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev çıxışına tarixi tezislərlə başlamışdır. Dövlət başçısı vurğulamışdır ki, “Bu gün Türkiyə – Azərbaycan dostluq, qardaşlıq tarixində önəmli bir gündür – İğdır – Naxçıvan qaz xəttinin açılışı qeyd edilir”.

Bu başlanğıc mühüm enerji layihəsinin iqtisadi fakt kimi reallaşmasının əhəmiyyətini qeyd etməklə yanaşı, dərin geosiyasi və geoiqtisadi anlamı olan bir həqiqətə işarədir. Bu, tarixi həqiqət anıdır ki, onun geosiyasi, dövləti, geoiqtisadi mənası Türk dünyası və müstəqil dövlət konteksti bizi duyğusal olaraq və fikrən bir əsr öncəyə aparır. O illərə ki, bu günün reallıqlarından baxaraq, ibrət dərsi götürmək və Azərbaycanın indiki fərəhli günlərinin o zaman niyə olmadığının səbəblərini dərk etmək üçün düşünməliyik. O halda Prezident İlham Əliyevin fikrində Azərbaycan və Türkiyənin iki bölgəsinin arasında təbii qaz “bağlantısının qurulması”ndan çox, iki müstəqil türk dövlətinin tarixi nailiyyətindən getdiyini yığcam ifadə etdiyini deyə bilərik. Həmişə olduğu kimi, səbəbini də aydın və konkret göstərmişdir.

Azərbaycan Prezidenti sözlərinə belə davam etmişdir: “Bildiyiniz kimi, Naxçıvan qədim Azərbaycan torpağıdır. Ancaq artıq bir əsrdən çoxdur ki, Azərbaycanın əsas hissəsindən ayrılıb. Bunun səbəbi ondan ibarətdir ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut edəndən beş ay sonra sovet hakimiyyəti Qərbi Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirdi və beləliklə, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvanla quru bağlantısı pozulub”.

Enerji layihəsinin həyata keçməsindən dövlətçilik məsələsinə tarixi rakursda keçid etmənin çox gözəl nümunəsidir. Həqiqətən, XX əsrin ikinci onilliyinin sonları və üçüncü onilliyinin əvvəllərində Azərbaycanın ölkə olaraq qanlı-qadalı mərhələni yaşamasının müxtəlif səbəbləri üzərində bir daha düşünməliyik. Anqlo-saks, Rusiya və Osmanlı imperiyalarının qarşıdurmasının yaratdığı regional geosiyasi turbulentlikdən Azərbaycan bütöv çıxa bilmədi. O dövrdə anqlo-sakslar və ruslar açıqca türklərdən güclü idilər. Onlar müxtəlif bəhanələrlə türk torpaqlarını parçalayıb qeyri-türklərə (əsasən, ermənilər və gürcülərə, lakin son həddə Rusiyaya) vermək niyyətində idilər.

Bu prosesdə Zəngəzur strateji rol oynayırdı. İki aspektdə belə idi: Birincisi, Zəngəzur Azərbaycanla Türkiyəni və deməli, ümumi halda Türk dünyasını birləşdirən coğrafi məkan və geosiyasi region kimi önəmli idi. İkincisi, məhz bu potensial roluna görə, Zəngəzur türkləri bütün anlamlarda bir-birindən ayırmaq və sonra məğlub olana qədər “vurmaq” məkanı idi.

Ermənilər, təbii ki, ikinci düşərgədəkilərin əl buyruqçusu oldular. Onların nə sivil siyasəti, nə də mərhəməti var. Rusiya imperiyası da radikalizmi və türk-müsəlmana nifrəti körükləyir, vəhşi erməni qruplarını azərbaycanlıların üstünə qısqırırdılar. Bu ədalətsiz və vəhşi səhnələrin mərkəzlərindən biri Zəngəzur oldu.

O dövrün rəsmi sənədlərindən məlum olur ki, düşmən Zəngəzurdan azərbaycanlıların həm mədəni və mənəvi, həm də fiziki izlərini itirmək üçün bütün vasitələrdən istifadə etməyə çalışırdı. Ayrıca, quldur Njdenin silahlı dəstələri azərbaycanlılara qarşı əsl soyqırımı törətməkdən çəkinmədilər. Qısa müddətdə Njdenin quldur dəstələri on minlərlə azərbaycanlını öz yurdundan deportasiya etdi. Özbaşına orada hakimiyyət qurduğunu elan etdi. Lakin sonradan bolşeviklərlə onun arasında ziddiyyət yarandı və yerini Andranik və onun vəhşi dəstələrinə verdi. Zəngəzurda onlar rusların, ingilislərin, yankilərin, fransızların, almanların açıq və gizli dəstəyi ilə azərbaycanlıları kütləvi şəkildə qətlə yetirdilər və imkan olan yerdə öz yurdlarından qovdular. Millət vəkili Musa Urudun “Zəngəzur” kitabında bununla bağlı çox sayda tarixi faktlar gətirilir. Onların yalnız bir qisminə baxaq.

Zəngəzurda imperiya xəyanəti və erməni vəhşiliyi

M.Urud yazır ki, I Dünya müharibəsi başlananda bütün ermənilərin katolikosu V Gevorq Qafqaz canişini Vorontsov-Daşkova müraciət edərək “erməni məsələsi”ni həll etmək üçün əlverişli şərait yarandığını bildirmiş və kömək üçün yalvarmışdır. 1914-cü ilin 20 dekabrında isə o, II Nikolayla görüşmüşdür. II Nikolayın cavabı: “...Siz nə arzu edirsinizsə, yerinə yetiriləcək...”. Bu vədin Zəngəzurda təzahürü azərbaycanlılara qarşı soyqırımların şiddətlənməsində əks olundu. 1918-1920-ci illərdə dünyada görünməmiş qətlləri ermənilər azərbaycanlılara qarşı törətdilər.

Bu prosesdə polkovnik Pirumov, komissar Dro, tayqulaq Andranik xüsusi canfəşanlıq göstərmişlər. Onlar bu zaman alçaqcasına azərbaycanlıları günahlandırmışlar. O dövrdə Zəngəzurun qəza rəisi olmuş Məlik Namazəliyev Azərbaycan Demokratik Respublikasının Daxili İşlər Nazirliyinə vurduğu teleqramda göstərirdi ki, ermənilərin kəndləri dağıtması nəticəsində 50 min müsəlman qaçqın düşmüş və Cəbrayıl rayonuna sığınmışdır. Rəsmi sənədlərə əsasən Zəngəzurda qısa müddətdə 115 müsəlman kəndi dağıdılmışdır. Bütün qəza üzrə 10 mindən çox müsəlman qətlə yetirilmiş və şikəst edilmişdir.

Zəngəzurun qəza rəisi N.Namazəliyevin 1918-ci il 22 sentyabr tarixli məruzəsində yazılmışdır ki, 20-yə yaxın kəndi Andranik Zəngəzur ermənilərinin xahişi ilə dağıtmışdır (“qədim və mədəni” xalqın nümayəndələrinin xahişinə diqqət edin). Ağdü və Vagədi kəndlərinin xüsusi faciələri ilə bağlı mənbələrə əsaslanan

M.Urud çox ağrılı səhnələri təsvir edir. İnsan onları Qərbi Azərbaycanda və Qarabağda XX əsrin sonlarında törədilmiş cinayətlərlə müqayisə edir və göz yaşı axıtmadan keçinmək mümkün deyildir!

Doğrudanmı, “insan” adlanan məxluq bu dərəcədə vəhşiləşə bilər? Bizim, indi sual kimi ifadə etdiyimiz təəccübü zəngəzurlular real həyatda yaşamışlar. Bu, yalnız azərbaycanlıların deyil, bəşəriyyətin faciəsidir, lakin təəssüf ki, hələ də özünü böyük və güclü sayanlar bu tarixi həqiqəti etiraf edə bilmirlər! Onların ədaləti və cəsarəti çatmır!

Bir faktı da xatırladaq. 1918-ci il dekabrın 14-də Gəncə qubernatorunun vurduğu 70 saylı teleqramda deyilir ki, A.Mikoyanın təhriki ilə Andranik və Namazaspın vəhşi silahlı dəstələri Zəngəzurdan keçib Qarabağda faciələr törətmişlər. İnsanları qətlə yetirmişlər. Bu qəbildən olan və real baş verən minlərlə fakt mövcuddur. Onlara verilən siyasi və geosiyasi reaksiyalar çox düşündürücüdür.

Onları təhlil edərkən Azərbaycan Prezidentinin Zəngəzur hadisələri ilə bağlı vurğuladığı məqamların millət və dövlət olaraq bizim üçün nə dərəcədə əhəmiyyətli olduğunu anlayırsan. Prezident İlham Əliyev bu kontekstdə, sözün həqiqi mənasında, regionda Azərbaycanın dövlət, ölkə və xalq olaraq geosiyasi statusunu obyektiv müstəvidə məharətlə təqdim edir və tarixdən ibrət dərsi almağı ön sıraya çıxarır. Yuxarıda verdiyimiz sitatda bu məqam yığcam və ədalətli ifadə edilmişdir.

Belə ki, XX əsrin ikinci onilliyinin sonu üçüncü onilliyinin başlanğıcında dünyanın və regionun böyük gücləri faktiki olaraq erməni vəhşiliyini ya körükləmişlər, ya da qarşısını ala bilməmişlər. Konkret olaraq, xristian imperiyalar ermənilərdən alət kimi geniş istfadə etmişlər. Bunun qarşısını nə Osmanlı, nə də Azərbaycan Demokratik Respublikası ala bilmişdir. Rəsmi sənədlər göstərir ki, həmin dövrdə rəsmi Bakı dəfələrlə həmin imperiyaların buradakı təmsilçilərinə erməni vəhşiliyi və bunun fonunda azərbaycanlıların qurban getməsi faktını çatdırmışlar. Lakin sonucda yenə günahkar ADR çıxarılmışdır.

İmperiyalar, (onların başında Rusiya imperiyası gəlirdi), yerlərdə rəsmi nümayəndələrini özlərinin istifadə etdiyi vəhşi erməniləri təyin edir və sonra bütün işləri onların boynuna atırdılar. Bir tərəfdən ermənilərə torpaq alırdılar, digər tərəfdən isə özlərini təmizə çıxarırdılar – guya, təhrik edən onlar deyillər (dil mübahisəsinə bir də bu “mədəni davranış” işığında baxın, “yüksək səviyyəli” rusdilli ziyalılar və orda-burda yad mədəniyyətə və dilə haqq qazandırmağa çalışanlar). Bax, həm də bu kimi həqiqətlərə görə İğdır – Naxçıvan qaz bopu xətti coğrafi və maddi mənaya sığmır – onun Naxçıvanda Azərbaycan – Türkiyə sinerjisinin əsasında ümumtürk sinerjisinə verdiyi təkan əvəzsizdir!

XXI əsrə keçmiş tarixi ədalətsizlik

Azərbaycan Prezidenti Ankarada sözlərinə belə davam etmişdir: “Bir əsrdən çox davam edən bu ədalətsizlik Naxçıvanda yaşayan bizim soydaşlarımızın həyatına çox mənfi təsir göstərmişdir. Xüsusilə Birinci Qarabağ savaşı başlayan kimi Ermənistan Qarabağı işğal etdi və eyni zamanda, Naxçıvanı blokadaya aldı. Onların planları Naxçıvanı da işğal etmək idi. Ancaq o zaman mənim atam Heydər Əliyev Naxçıvanın rəhbəri kimi buna imkan vermədi və Naxçıvanı qorumaq üçün bütün naxçıvanlılar səfərbər oldular, öz doğma torpaqlarını qorudular və işğalçını yerində oturtdular”.

Burada tarixi-geosiyasi kontekstdə çox əhəmiyyətli məntiqi mahiyyət vardır. Məsələ ondan ibarətdir ki, Prezident İlham Əliyev keçən əsrin əvvəllərində Azərbaycan və həm də bütövlükdə Türk dünyasına qarşı görülən işləri ümumiləşdirərək dövlətçilik kontekstinə dəqiq qiymət vermişdir. Burada bir neçə fundamental tezis qarşılıqlı bağlantıda təqdim olunur.

Birincisi, Naxçıvan qədim Azərbaycan torpağıdır. Bütün həqiqətlərin təməlində bu tarixi gerçəklik dayanır. Kimliyindən asılı olmayaraq hər bir dövlət ondan çıxış etməlidir. Əks halda nəinki bir regionu, bütövlükdə Türk dünyasını fəlakətlər bürüyür, ədalətsizlik baş alıb gedir, etnik mənsubluğundan asılı olamayaraq, hər bir yerli xalq faciələrlə üz-üzə qalır. Məhz bu həqiqəti qəbul etmək istəməyənlər yüz ildən çoxdur ki, tarixi ədalətsizliyin davam etməsinə çalışırlar. Zəngəzur məsələsi müstəqil dövlətçilik aspektində bu məqamda geoiyasətin vacib bir faktoruna çevrilir.

İkincisi, 1920-ci ildə Qərbi Zəngəzuru Azərbaycandan qoparıb süni yaradılan Ermənistana qatmaqla müəyyən dairələr, sadəcə olaraq, Azərbaycanı ikinci dəfə parçalamadılar - onlar bu coğrafiyada geosiyasi mənzərədə öz yeri və rolu olan Azərbaycan dövlətçiliyinə ciddi zərbə vurdular. Fakt odur ki. həmin dövrdə Azərbaycanda hakimiyyətdə olanlar bu faciənin qarşısını ala bilmədilər.

Üçüncüsü, bütün bunların geosiyasi və siyasi-coğrafi nəticəsi həm ayrılıqda Azərbaycan, həm də bütövlükdə Türk dünyası üçün ağır proseslərə start verdi. Yəni həm bir türk ölkəsi kimi Azərbaycan bütövlüyünü itirdi və qlobal miqyasda türk ölkələri arasında quru əlaqə kəsildi. Türk dünyası təcrid olunmuş və parçalanmış hala düşdü. Belə şəraitdə ümumi maraqlardan danışmaq yersiz idi.

Bununla XX əsr boyu Azərbaycan Naxçıvanın qurudan təcridini, Sovet Azərbaycanı olmağı, Qarabağın işğalını, növbəti torpaq əldən vermələri, erməni deportasiyalarını və qətliamlarını yaşamalı oldu.

Proses zaman baxmından XX əsrdə bitmədi – həmin ədalətsiz və təhlükəli gedişat XXI əsrə keçdi. Bununla bir neçə məqam dövlətçilik baxımından Azərbaycan üçün dərkedilməli aktuallıq kimi özünü göstərdi.

Birincisi, Azərbaycanda dövlət quruculuğu strategiyasının kriteriyaları zamanın tələbinə elə uyğunlaşdırılmalı idi ki, XX əsrin əvvəllərində buraxılan səhvlər təkrar olmasın. İkincisi, dövlətin ərazi bütövlüyünün bərpası və suverenliyinin tam təmini əsasında yenidən türk dünyası ilə bütövləşməyin sinerji mənbəyinin Azərbaycan olmasını təmin etmək gərəkdi. Üçüncüsü, bunu məharətli siyasi-diplomatik addımlar, konkret layihələr və “bir millət, iki dövlət” kəlamı əsasında reallaşdırmaq lazımdı.

Naxçıvanın Türkiyə ərazisindən keçməklə qazla tam təmin edilməsinə nail olmaq bunların təsdiqidir. Naxçıvan artıq enerji baxımından təcriddə deyildir! “Enerji” burada həm təbii anlamında, həm də dövlətçilik aspektində işlənən anlayış kimi başa düşülür. Faktiki olaraq, Naxçıvan Türk Birliyinin sinerjisinə yenidən ciddi təkan verir. Bu, artıq növbəti mərhələdir. Onun əsas əlamətlərini Prezident İlham Əliyev açılış mərasimindəki çıxışında ifadə etmişdir.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:283
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Mart 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see707

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see543

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see492

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see361

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see348

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see280

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see262

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see239

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see233

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see232

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see232

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see220

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see220

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see214

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see196

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see194

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see193

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see189

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see175

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri