Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Naxçıvan sinerjisi: müstəqil dövlətçilik və Türk birliyi

Naxçıvan sinerjisi: müstəqil dövlətçilik və Türk birliyi

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müasir tariximizin önəmli səhifəsi

Azərbaycanın müstəqil dövlətçiliyini düşünən hər kəs üçün 2009-cu il məlum Naxçıvan Bəyannaməsinin özəl yeri vardır. O tarix həm yaşantıdır, həm də düşünmək üçün qaynaqdır. Azərbaycan Respublikası 2009-cu il Bəyannaməsinə qədər möhtəşəm ideya və dövlət quruculuğu transformasiyasını yaşadı. “Dövlətçiliyin Naxçıvan sinerjisi” adlandırdığımız quruculuqda enerji fokuslanması adi hadisə deyildir. Onun nəzəri-politoloji dərki hələ davam etməlidir. Müstəqil dövlətçilik üçün bu, çox vacibdir. Onun üç cəhətini qısa vurğulamağa ehtiyac vardır.

Birincisi, keçən əsrin 90-cı illərində həm ideya, həm də reallaşma kontekstlərində Naxçıvan mühitinin rolu çox əhəmiyyətli idi. Sərhəd dirəkləri orada söküldü və Azərbaycanın siyasi, ideya və məqsəd birliyi mesajı verildi. Ulu öndər Naxçıvana getməklə müstəqil Azərbaycanın müasir şərtlər daxilində quruculuq prosesini birbaşa praktikada başlatdı. Təbii ki, həmin dönəmdə Azərbaycanın bütün bölgələrində olan coşqunu kimsə gözardı edə bilməz. Lakin siyasi hadisə olaraq müstəqil dövləti qurmağın ideya və ideoloji nəbzi məhz Naxçıvanda Heydər Əliyevin və demokratik qüvvələrin fəaliyyəti ilə vururdu.

İkincisi, həmin dönəmdə qlobal və regional miqyaslarda özünü göstərən geosiyasi dinamika və son 200 ildə Azərbaycana qarşı olan təxribatların fonunda aydın idi ki, müstəqillik davasının davamlı olması və konkret müsbət nəticə verməsi üçün dövlət quruculuğunda hansısa yeni ideya transformasiyası olmalı, bu istiqamətdə strateji hədəf dəyişməlidir. Bizim XXI əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin acı taleyi kimi təcrübəmiz vardı. Ondan məntiqi və praktiki faydası olan ideya nəticəsini, quruculuq strategiyası kursunun müəyyən olunması qənaətini almalı idik. Məhz bu aspektdə Ulu öndərin Naxçıvanda yeni müstəqil dövlət quruculuğu strategiyasının sinerjisini yaratmasını anlamaq gərəkdir!

Üçüncüsü, təcrübə göstərdi ki, Heydər Əliyevin həmin xaotik dönəmdə məharətlə türk birliyi ideyasını müstəqil dövlət quruculuğu strategiyasına daxil etmək istiqamətində fəaliyyəti möhtəşəm uğur imiş! Ümumiyyətlə, türk dövlətçiliyi tarixində başqa kimsə türk birliyi məsələsini müstəqilliklə qardaşlığın ideya sintezi kimi qoya bilməmişdir. Gözəl ideyalar, niyyətlər, yanaşmalar, təbii ki, türk dövlətçilik tarixində mövcud olmuşdur. Ancaq ilk dəfə idi ki, demək olar, külə dönmüş və ərazisi parçalanmış bir türk ölkəsinin lideri strateji faydası möhtəşəm olacaq və reallaşa biləcək konsepsiya irəli sürürdü.

Onun yığcam mənası belə idi: azərbaycanlılar azərbaycançı, türkiyəlilər türkiyəçi, Mərkəzi Asiyadakı qardaşlarımızın hər biri özdövlətçi olmaq əsasında türk birliyini yarada bilərlər. Elə bir birlik ki, müstəqil dövləti gücləndirmək bazasında bütövlükdə türk dünyasını bir araya gətirmək mümkün olardı. Elə bir birlik ki, təməlində türk etnik-mədəni identikliyi dayanmaqla məhdud etnik-mədəni sərhədlərə qapılmasın – ideyanı qəbul edən hər kəsə qapısı açıq olsun.

Elə bir siyasi təşkilat qurmaq ki, Naxçıvanda formalaşmış güclü müstəqil türk dövləti qurmağı hər bir türk dövlətinə proyeksiya etmək mümkün olsun. Bunun üçün həmin dövlət quruculuğu sinerjisi milli, sosial, hüquqi, mədəni, siyasi, geosiyasi, təhlükəsizlik və digər sərhədləri aşaraq öncə türk dünyasında və sonrakı mərhələdə qlobal miqyasda birləşdirici funksiyasını yerinə yetirə bilsin!

Nəticəsi nələr oldu? İndi hər kəs bu prosesin içində yaşayır. Lakin onun şüuri dərk edilməsi çox vacibdir!

2009-cu ilin motivasiya və qurucu gücü

Heydər Əliyev türk dünyası istiqamətində prosesləri real güclü dövlət qurmaq kursu çərçivəsində səbir və yüksək qətiyyətlə aparırdı. Bunu qarşılaşdığı hər bir əngəli (süni və ya təbii) böyük ustalıqla aşması təsdiq edir. Heç bir maneə Heydər Əliyevə ən azı iki istiqamətdə ideyasını reallaşdırmaqda əngəl ola bilmədi.

Birincisi, Azərbaycanda güclü, demokratik və multikultural mahiyyətli hüquqi türk dövləti qurmaq. Prezident İlham Əliyev bu məqamı diplomatik məharətlə belə ifadə etmişdir: biz çox şeyləri gördük, hərə bir tərəfə çəkməyə çalışdı, müxtəlif təkliflər və təzyiqlər oldu. Ancaq biz əmin olduq ki, bizim bir ailəmiz vardır – türk ailəsi! Bizim bundan başqa ailəmiz yoxdur! Bizi heç yerdə gözləmirlər!

Yəni siyasi-diplomatik manevrlər öz yerində, şirin və aldadıcı vədlərə də Azərbaycan dövlətçilik tarixinin “gözü doymuşdur”. Heydər Əliyev “bir millət, iki dövlət” kəlamı ilə hər şeyi müəyyən etmişdi. 1993-2003-cü illər müddətində Azərbaycan Respublikası həm güclü müstəqil dövlət quruculuğu prosesini kəsintisiz apardı, həm də türk dünyasının siyasi və geosiyasi birliyinin baza “sahəsini” səbir və zəka ilə formalaşdırdı.

Bu proseslərin qarşılıqlı münasibətlərində vurğulaya biləcəyimiz çox məqamlar vardır – “Əsrin müqaviləsi”, sui-qəsdlərin neytrallaşdırılması, enerji strategiyasının dönmədən həyata keçirilməsi, ərazi bütövlüyünün bərpasının milli ideya səviyyəsində müəyyən edilməsi, mehriban qonşuluq siyasətinin Azərbaycan nümunəsinin hazırlanması, balanslı xarici siyasətin məzmunlaşdırılması, yeni Konstitusiyanın qəbul edilməsi, islahatların sistemli aparılması, ordunun gücləndirilməsi, müdafiə sisteminin yeniləşməsi, diplomatik fəallığın yeni səviyyəyə yüksəldilməsi, yeni əməkdaşlıq platformaları və layihələrin həyata keçirilməsi...

Bu proseslər 2009-cu il Naxçıvan Bəyannaməsinin tarixi və siyasi olay kimi meydana gəlməsinə çox güclü təkanlar verdi. Türk dövlətlərinin birliyinin məhz Naxçıvanda yeni siyasi-hüquqi forma alması bütün bunlara görə təsadüfi deyildi. Əksinə, qanunauyğunluq idi! Və həm də böyük siyasi qətiyyət, cəsarət və seçilən yoldan zərrə qədər də yayınmamağın nümayişi idi!

Naxçıvan sinerjisi bu kimi fundamental və əhatəli enerji qaynağına malikdir! Enerjilərin mükəmməl akkumulyasiyası, toparlanması və bir strateji məqsəd istiqamətində reallaşma əzminin təsdiqi idi! Burada bir rəmzi vurğulamaq gərəkdir.

Üfüqdəki “Azərbaycan hilalı”!

“Hilal” ərəbcədə “yeni doğulmuş Ay” deməkdir. Bu anlamı bir az improvizasiya edirik – Azərbaycan müasir türk dövlətçilik tarixində üfüqdə doğulmuş, bədirlənmiş Ay və ya Günəşdir! 2009-cu il Naxçıvan Bəyannaməsi bu “hilal”ın şəfəqləridir! İndi onun mehində Türk Dövlətləri Təşkilatının (TDT) bayrağı nazlı-nazlı dalğalanır, istisində milyonlarla türk insanı gələcəyi qurur və bütün dünyaya şəfqət yayır! Əməkdaşlığın, təhlükəsizliyin və mehriban qonşuluğun şəfqətini paylaşır!

Müasir dünyada “Azərbaycan Hilalı” artıq milli miqyasdan regional səviyyəyə və oradan da regionlararası miqyasa özünün birləşdirici enerjisini yaymaqdadır. Onun rəmzi əlaməti kimi Azərbaycan Prezidentinin çox müxtəlif səfərlərində qarşılanması, təkliflərin edilməsi və yüksək hörmət nümayişini göstərmək olar. Prezident İlham Əliyevin hər çıxışı üfüqdəki Azərbaycan hilalının güclü enerjisi və quruculuq potensialının təmsilidir. Bu prizmada ayrıca türk dünyası birliyi məsələsinə də baxmaq olar.

Naxçıvan meydanından Qəbələ Zirvəsinə

Türk dövlətləri yenə də bir araya gəlirlər. TDT-nin indi XII Zirvə toplantısı baş tutur. Bu tarixdən də Naxçıvan Zirvəsi möhtəşəm görünür. Bu yolun Azərbaycandakı “marşrutu” - Naxçıvan – Bakı – Şuşa- Qəbələ! Yəni Naxçıvan sinerjisi bütün Azərbaycanda türk birliyinin ruhunu, ideyasını və quruculuq gücünü “əsdirir”! Bu dalğada Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Macarıstan, Şimali Kipr Türk Cümhuriyyəti bir ailənin mehriban üzvləri kimi görünürlər. Azərbaycanın Qəbələ şəhəri indi həmin sinerjinin yeni toparlanma məkanı olur! Bu anlamda Azərbaycanın hər bir şəhəri “Azərbaycan Hilalı”nın şəfəqləridir! Azərbaycan birlik və qardaşlıq ideyası ilə nurlanmış və onu bütün türk dünyasına yaymışdır!

Doğrudan da, indi türk dövlətləri milli, regional və qlobal məsələləri müzakirə edib, konkret fəaliyyət yolu müəyyən edirlər. Kimsə buna əngəl ola bilmir. Kimsə bunu kiçik hadisə saymır. Əksinə, müşahidələr göstərir ki, türklər bir araya gələn kimi çoxlarını psixoloji titrətmə tutur. Müxtəlif xəstə epileptik reaksiyalar verir, türk toplumlarını bir-birinə qarşı qoymağa çalışırlar.

Hətta alternativ ideyalarla türk dövlətlərini çaşdırmağa çalışırlar. Xüsusilə, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinə zərər vurmağa cəhdlər edirlər. Azərbaycana münasibətdə hansısa dövləti Türkiyədən daha əhəmiyyətli kimi qələmə verməyə çalışırlar. Azərbaycanlılar demişkən: “Dəyirman öz işindədir, çax-çax baş ağrıdır”!

Anlayırıq ki, hələ uzun müddət türk dövlətlərinin birliyinə qarşı təxribatlar çox olacaq. Zatən Azərbaycan Prezidenti bunun anonsunu Andiçmə mərasimindəki nitqi zamanı vermişdi. Azərbaycan Respublikasının “tərpətdiyi çox daşlar” var. Lakin hər bir halda TDT getdikcə daha da güclənəcək və geniş geosiyasi məkanda qarşılıqlı faydalar verən siyasətini davam etdirəcək.

Türk dünyası ilahi ədalətdən yaranmışdır və nizamı planetə yaymaq kimi tarixi missiyası vardır. Naxçıvan-Bakı-Şuşa-Qəbələ marşrutu bu yolda artıq tarixi dəyəri olan məkanlardır! Ümumiyyətlə, harda azərbaycanlı, türkiyəli, qazax, özbək, qırğız, türkmən, macar varsa, ora Türk dünyasının qəlbidir!

Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Oktyabr 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see587

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see338

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see280

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see269

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see267

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see259

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see252

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see245

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see238

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see233

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see221

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see217

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see215

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see212

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see209

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see206

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see193

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see183

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see181

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri