Naxçıvan karateçilərinin Türkiyə uğuru
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Naxçıvanlı karateçilər Türkiyənin Rizə şəhərində “Qara dəniz və Xəzər ölkələri karate çempionatı” yarışında uğurla çıxış ediblər. Yarışda muxtar respublikanı 3 idmançı təmsil edib.
Onlardan Fatimə Bağırzadə (10–11 yaş, 50 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub. Xədicə Bayramova (10–11 yaş, 35 kq) isə bürünc medal qazanıb.
Qeyd edək ki, yarışda Qaradəniz və Xəzər hövzəsinə aid ölkələrdən 1000-ə yaxın idmançı uşaqlar, ümidlər və gənclər kateqoriyalarında mübarizə aparıblar.
M.HACIXANLI
XQ

Azərbaycan Türkiyə: Naxçıvan sinerjisi
07 Mart 2025 10:31
Türkiyə Naxçıvan elektrik xətti çəkiləcək KONKRET
05 Mart 2025 18:00
“Araz Naxçıvan” Türkiyə klubuna rəqib ola bilər
18 İyun 2025 11:54
Araz Naxçıvan ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı
07 İyul 2025 18:21
“Araz Naxçıvan” Türkiyə klubuna darmadağınla qalib gəlib
09 İyul 2025 17:24

