Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

Həmin qadağanı bir il daha uzatdılar

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Azərbaycan Türkiyə Pakistan birliyi dünya üçün sülh və sabitlik vəd edir ŞƏRH

Azərbaycan Türkiyə Pakistan birliyi dünya üçün sülh və sabitlik vəd edir ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 12 noyabr, AZƏRTAC

XXI əsrin beynəlxalq münasibətlər sistemində xalqlar arasında səmimi dostluq, qarşılıqlı hörmət və ortaq dəyərlərə əsaslanan əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan, Türkiyə və Pakistan arasındakı münasibətlər nümunəvi xarakter daşıyır. Bu üç dövlət təkcə siyasi maraqlarla deyil, həm də ortaq tarix, mədəniyyət, din və mənəvi dəyərlərlə birləşir. Onların dostluğu və qardaşlığı regional sabitliyin və inkişafın mühüm dayaqlarından biridir. Bu yeni birlik formatı dünya üçün də sülh və sabitlik vəd edir.

Bunu AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü bildirib.

O deyib ki, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən dərhal sonra Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. Türkiyə isə Azərbaycanın müstəqilliyini tanıyan birinci dövlət kimi tarixə düşüb. “Azərbaycan, Türkiyə və Pakistan arasında siyasi əlaqələr qarşılıqlı etimad və dəstək üzərində qurulub. Hər üç ölkə beynəlxalq təşkilatlarda – BMT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər platformalarda bir-birini daim dəstəkləyir. Terrordan, işğaldan, münaqişə və müharibədən əziyyət çəkən qardaş ölkələrin beynəlxalq tribunalarda bir-birinə qarşılıqlı dəstək verməsi çox mühüm amildir. Türkiyənin PKK terroru ilə mübarizə, Azərbaycanın işğal altındakı torpaqların azad edilməsi, Pakistanın isə Kəşmir probleminin həlli istiqamətində çalışmalarında üç qardaş ölkənin bir-birinə dəstəyi əvəzedilməzdir”, - deyə siyasi şərhçi vurğulayıb.

Mübariz Göyüşlü xatırladıb ki, Ermənistan-Azərbaycan münaqişəsi zamanı, xüsusilə 2020-ci il Vətən müharibəsində Türkiyə və Pakistan Azərbaycanın ədalətli mövqeyini birmənalı şəkildə dəstəkləyib:”Türkiyə Azərbaycan torpaqlarının işğalına görə Ermənistanla sərhəddi bağlayıb, onunla diplomatik münasibətlər qurmayıb. Türkiyə hərbi, siyasi və diplomatik sahədə Azərbaycana qardaşlıq dəstəyi göstərib. Pakistan isə Ermənistanı bugünə qədər tanımayan müsəlman dövlətdir. Bu üç ölkə arasında yaranan birlik formulu xalqların qəlbində dərin mənəvi anlam daşıyır”.

Siyasi şərhçi qeyd edib ki, Azərbaycan, Türkiyə və Pakistan arasında iqtisadi əlaqələr də getdikcə genişlənir. Enerji, nəqliyyat, texnologiya və kənd təsərrüfatı sahələrində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Eyni zamanda, “Üçtərəfli əməkdaşlıq formatı” çərçivəsində müdafiə sənayesi, hərbi təlimlər və təhlükəsizlik sahəsində də ortaq layihələr həyata keçirilir:”2021-ci ildə Bakı şəhərində keçirilən Azərbaycan–Türkiyə–Pakistan üçtərəfli parlament görüşü bu dostluğun siyasi baxımdan rəsmi və davamlı xarakter aldığını göstərdi. Hərbi sahədə “Üç Qardaş 2021” adlı birgə təlimlər regionda sülhün və birliyin rəmzinə çevrildi”.

Üç qardaş ölkə arasında mədəni əməkdaşlığın da diqqətəlayiq olduğunu bildirən Mübariz Göyüşlü vurğulayıb ki, gənclər, təhsil, incəsənət və turizm sahələrində birgə layihələr xalqlar arasında qarşılıqlı anlaşmanı möhkəmləndirir. Universitetlər arasında tələbə mübadiləsi, birgə konfranslar və mədəni festivallar bu münasibətlərin sosial əsasını formalaşdırır.

Mübariz Göyüşlü hesab edir ki, Azərbaycan, Türkiyə və Pakistan dostluğu zamanın sınaqlarından çıxmış, sarsılmaz qardaşlıq bağlarına əsaslanan bir ittifaqdır. Bu əlaqələr yalnız regional sabitliyin deyil, həm də müsəlman dünyasında birliyin və həmrəyliyin rəmzidir. Gələcəkdə bu əməkdaşlığın daha da genişlənməsi - iqtisadi, elmi, humanitar və müdafiə sahələrində yeni bir mərhələyə qədəm qoyması gözlənilir. “Bakı şəhərində keçirilən Hərbi paradda Türkiyə və Pakistan hərbiçilərinin iştirakı qürurverici idi. Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq artıq illərdir gerçəkləşdirilir. Pakistanın da bu platformada aktivliyi bu birliyi, hərbi formatı daha da gücləndirəcək. Pakistan hərbiçiləri ilk dəfə idi ki, Bakıda keçirilən Hərbi paradda qardaş Azərbaycan və Türkiyə hərbçiləri ilə çiyin-çiyinə iştirak edirdilər. Azərbaycanın Türkiyə və Pakistan kimi güclü dövlətlərlə əməkdaşlığı, müttəfiqliyi, qardaşlıq əlaqələri Cənubi Qafqaza sülh, dünyaya sabitlik və əmin-amanlıq gətirəcək. Paradda Prezident İlham Əliyevin, Prezident Rəcəb Tayyib Ərdoğanın, Baş nazir Məhəmməd Şahbaz Şərifin çıxışları, toxunduqları məsələlər dünyanın diqqət mərkəzindədir. Hər üç liderin qətiyyətli və uzaqgörən siyasəti gələcəkdə bu əlaqələrin daha da genişlənməsi, güclənməsi ilə nəticələnəcək. Bu qardaşlıq üçlüyü göstərir ki, birlikdə güclüyük, birlikdə qalibik”, - deyə o diqqətə çatdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Noyabr 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see273

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see264

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see245

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see233

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see212

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see200

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see177

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see174

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see158

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see154

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see149

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see140

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see139

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see137

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see136

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see136

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see134

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see133

Həmin qadağanı bir il daha uzatdılar

26 Dekabr 2025 02:14see129

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri