Icma.az
close
up
RU
“Türkiyə Azərbaycan Pakistan birliyi dünya üçün yeni bir güc modelidir” Deputat

“Türkiyə Azərbaycan Pakistan birliyi dünya üçün yeni bir güc modelidir” Deputat

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

"8 Noyabr Zəfər Günü münasibətilə keçirilən hərbi parad 44 günlük müharibənin rəmzi xatirəsi, beş il əvvəl qazandığımız tarixi qələbənin siyasi, mənəvi və dövlətçilik gücünün təcəssümü idi. Paradda prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin çıxışı Azərbaycan dövlətçiliyinin ideoloji məğzini, müstəqil siyasətimizin prinsipial dayaqlarını, milli birliyimizin qırılmaz təməlini əks etdirən tarixi bəyanat idi".

Bu fikirləri Redaktor.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı 8 noyabrda keçirilən Zəfər paradından və parad zamanı Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından danışarkən bildirdi.

"Prezidentin çıxışının ən təsirli məqamlarından biri, Şuşa Bəyannaməsindən bu günə qədər uzanan Türkiyə-Azərbaycan müttəfiqliyinin qardaşlıq zirvəsində nümayiş etdirilməsi idi. Müharibənin ilk saatlarından etibarən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi və mənəvi dəstəyini minnətdarlıqla xatırladan cənab Prezident İlham Əliyev münasibətlərimizi tarixi və dini qardaşlıqla, ortaq mübarizə və qələbə ruhu ilə dəyərləndirdi. Eyni zamanda, Azadlıq meydanında ilk dəfə Pakistan hərbçilərinin addımlaması üç ölkənin - Azərbaycan, Türkiyə və Pakistanın sarsılmaz birliyinin dünyaya nümayişi idi. Bu birlik hərbi güc, sülh, ədalət və beynəlxalq həmrəyliyin yeni modeli kimi tarixə düşdü".

Deputat əlavə etdi ki, Azərbaycan, Türkiyə və Pakistan keçən müddət ərzində etibarlı və sarsılmaz təhlükəsizlik çətiri formalaşdırmağı bacarıb:

"Hansı ki, bir çox hərbi dairələr bu gücə həsədlə yanaşır və çəkinir. Rəsmi Bakı və Ankara son Pakistan - Hindistan qarşıdurmasında böyük qətiyyətliliklə İslamabadın haqlı mövqeyini müdafiə etdi, dəstəyini əsirgəmədi. Məhz həmin qardaşlıq bağlarının təcəssümünü məhz paradda müşahidə etdik. Dövlət başçımız çıxışında Zəfərin təsadüf deyil, strateji uzaqgörənliyin, ardıcıl siyasətin və xalq-iqtidar birliyinin nəticəsi olduğunu vurğuladı. Bu fikirlər bir daha göstərdi ki, Azərbaycan 30 ilə yaxın davam edən işğal dövründə milli iradəsini itirmədi, diplomatik səbrini, iqtisadi gücünü və siyasi müstəqilliyini qorudu. Prezidentin 2003-cü ildə dediyi “nəyin bahasına olursa-olsun, biz doğma torpaqlarımızı azad edəcəyik” sözləri 2020-ci ildə Zəfərlə gerçəkləşdi. Azərbaycan bu illər ərzində iqtisadi müstəqilliyini təmin etdi, ordu quruculuğuna xüsusi önəm verdi, beynəlxalq aləmdə öz səsini ucaltdı. Sistemli siyasət nəticəsində müharibə meydanında qazanılan Zəfər diplomatiyada da davam etdi".

Müsahibimizin fikrincə, prezidentin çıxışında ən mühüm vurğulardan biri xalq-iqtidar birliyinin və vətənpərvər gəncliyin rolu idi.

"44 gün ərzində əsgərindən zabitinə qədər hər kəsin “Qarabağ Azərbaycandır!” ruhu ilə döyüşməsi dövlət və xalq birliyinin ən parlaq təzahürü oldu. Bu gün həmin birlik “Böyük Qayıdış” proqramı çərçivəsində yeni məzmunla zənginləşir. Azad edilmiş torpaqlarda tikilən evlər, məktəblər, sənaye müəssisələri,  on minlərlə insanın qayıdışı Zəfərin davamı, xalqın dövlətimizə inamının təcəssümüdür. Ölkə başçımızın çıxışı bir daha təsdiqlədi ki, Azərbaycan dövləti torpaqlarını azad etməklə yanaşı, eyni zamanda tarixi ədaləti, milli ləyaqəti və beynəlxalq hüququ bərpa etdi. Bu gün Qarabağ və Şərqi Zəngəzurda Azərbaycan bayrağı dalğalanırsa, bu, müstəqil dövlətin və qalib xalqın əbədi iradəsinin nəticəsidir. İlham Əliyevin “Azərbaycan qalib dövlət kimi əbədi yaşayacaqdır” fikri, əslində, gələcək nəsillərə verilmiş strateji mesajdır. "Qarabağ Azərbaycandır" reallıq və əbədiyyət kimi tariximizə qızıl hərflərlə yazıldı!", - deyə Günay Ağamalı vurğuladı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Noyabr 2025 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see193

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see160

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see150

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see149

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see149

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see149

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see134

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see132

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see131

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see127

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək

26 Dekabr 2025 19:06see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri