Icma.az
close
up
RU
Azərbaycan Türkiyə qardaşlığı SARSILMAZDIR

Azərbaycan Türkiyə qardaşlığı SARSILMAZDIR

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyev çıxışı zamanı bildirib ki, Türkiyə və Azərbaycan xalqları qardaş xalqlardır:

"Dəfələrlə demişəm ki, dünyada bizim qədər bir-birinə bağlı olan xalqlar da yoxdur, dövlətlər də yoxdur. Bu, bizim böyük sərvətimizdir. Şuşa Bəyannaməsi, sadəcə olaraq, bu tarixi, mədəni əlaqələri rəsmi çərçivəyə salmışdır. 

Bizi birləşdirən ortaq tarixdir, etnik köklərdir, dilimizdir, ədəbiyyatımızdır, mənəvi dəyərlərimizdir. Bu, böyük sərvətdir və bu sərvət üzərində, bu güclü təməl üzərində bu gün dövlətlərarası münasibətlər də inkişaf edir. Bizim birliyimiz, qardaşlığımız sarsılmazdır".

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında deputat Hikmət Babaoğlu bildirib ki, qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Azərbaycan Prezidenti cənab İlham Əliyevlə görüşü zamanı səsləndirdiyi fikirlər bir daha onu göstərdi ki, Türkiyə-Azərbaycan münasibətləri, dostluğu, qardaşlığı həqiqətən də əbədidir, sarsılmazdır:

“Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə-Azərbaycan qardaşlığını sərvət adlandırdı. Doğrudan da tarixin dərinliklərindən gələn, hər iki xalqın milli sərvəti olan qardaşlıq, iki ölkənin rifahı, təhlükəsizliyi, gələcəyi üçün  olduqca böyük əhəmiyyət kəsb edir. Biz əslində Şuşada iki ölkə prezidentinin və onların ailə üzvlərinin timsalında vahid bir ailə gördük. Bu, vaxtilə Azərbaycan Prezidentinin ifadə etdiyi "Bizim ailəmiz türk dünyasıdır. Çünki başqa ailəmiz yoxdur" sözlərinin real ifadəsi idi.

Türkiyədən Azərbaycana, Azərbaycandan Qazaxıstana, Qırğısıztana, Türkmənistandan Özbəkistana qədər harada bir türk varsa, bu mənzərə onun qəlbini milli qürur və sevinc hissi ilə doldurdu. Çünki Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı təkcə iki ölkənin dostluğu və qardaşlığı deyil, bütöv türk dünyasının gələcəyidir, arzusudur, ümididir. Ona görə də biz 8 noyabr 2026-cı ildə Şuşada yeni bir tarixi gün yaşadıq. Yeni bir tarixi günə şahidlik etdik".

Nigar Abdullayeva
"Cebheinfo.az"

Açar sözlər: Rəcəb Tayyib Ərdoğan Hikmət Babaoğlu

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Noyabr 2026 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see700

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see334

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see331

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see304

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see292

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see291

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see288

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see271

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see263

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see253

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see247

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see226

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see222

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see209

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see207

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see205

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see201

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri