Azərbaycan Türkiyənin əməliyyatlarına kənardan zəmin yaradır
Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyə dəstəkli Azad Suriya Ordusu (ÖSO) və Heyət Təhrir əl-Şam (HTŞ) silahlı birləşmələrinin İdlib istiqamətindən Suriyanın cənubunda əvvəllər əlində olan, amma sonra Rusiyanın da dəstəyi ilə Suriya ordusunun nəzarətinə keçən Hələb şəhəri, M5 magistral quru yolu, hansı ki bu yol Serakibdən keçməklə Həma, Hums, Hələbdən keçməklə Suriyanın şimal-qərb ərazilərini birləşdirir, yenidən geri qaytarılması üçün əməliyyatlara başlayıb.
Vaxtilə Rusiya və Türkiyə arasında razılaşmaya görə Hələbdən müxaliflərin avtobuslarla çıxarılması görüntüləri hamının yadında olar. Onda Türkiyə bu prosesi təşkil etmişdi. M5 yolunun ətrafından isə 25km-lik təhlükəsizlik zolağı yaradılmışdı hər tərəfə 12,5km olmaqla.
Türkiyənin öncədən Suriya ərazisində qurduğu 20-yə yaxın hərbi məntəqələrdən bir neçəsi də Suriya ordusunun nəzarət etdiyi ərazilərdə qalmışdı ki, indi də ordadır.
Rusiyanın indiki zəif durumundan və ABŞ-da aralıq dövrdən istifadə edilərək Suriyada əməliyyatlara başlayan Türkiyə artıq Hələb şəhərinin girəcəyindədir. Şəhərin tezliklə alınacağı mütləqdir. Bəşər Əsəd Rusiyaya kömək üçün Putinin yanına gedib.
Bu hücum həm çoxdan hazırlanırdı, həm də gözlənilirdi. Məsələ Azərbaycan və Türkiyənin Rusiyanın cavab reaksiyasını planlaşdırmasıdır. Hesab edirəm ki, son dövrlər Türkiyənin Azərbaycan lehinə olmayan bir neçə xırda hərəkətləri bu hücumdan sonra Rusiyanın Azərbaycana ola biləcək təzyiqlərini azaltmaq üçün edilib. Rusiya görsün ki, Türkiyə Azərbaycandan nisbətən soyuyub və aralarında soyuqluq yaranıb. Son dövrlər Azərbaycan mediasında olan müəyyən gedişlərin də buna hesablandığı qənaətindəyəm. Azərbaycan Türkiyənin əməliyyatlarına kənardan zəmin yaradır.
Azər Qasımov
Bu mövzuda digər xəbərlər:Lənkəranda beyin əməliyyatlarına başlandı
22 Oktyabr 2025 16:31
Azərbaycan FHN ehtiyac yaranacağı halda Gürcüstanda xilasetmə əməliyyatlarına cəlb ediləcək
11 Noyabr 2025 18:41
Lənkəran Xəstəxanasında damar əməliyyatlarına başlanıldı
16 Noyabr 2024 19:03
Hacıqabul xəstəxanasında göz əməliyyatlarına başlanıldı
23 Aprel 2025 18:53
Estetik əməliyyatlarına 11 milyon xərcləyibmiş...
13 İyun 2025 18:11
Baxış sayı:55
Bu xəbər 29 Noyabr 2024 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















