Icma.az
close
up
RU
Azərbaycan Türkiyəyə birbaşa xarici investisiyaların həcminə görə liderlər sırasındadır

Azərbaycan Türkiyəyə birbaşa xarici investisiyaların həcminə görə liderlər sırasındadır

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Ankara, 12 avqust, AZƏRTAC

Azərbaycan 2025-ci ilin birinci yarısında Türkiyə iqtisadiyyatına ən çox birbaşa xarici investisiya yatıran ölkələr sırasındadır.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İnvestisiya və Maliyyə İdarəsinin rəhbəri Burak Dadlıoğlunun cari ilin yanvar-iyun ayları üçün qardaş ölkənin iqtisadiyyatına qoyulan investisiyalara dair bəyanatında deyilir.

Onun sözlərinə görə, cari ilin ilk 6 ayında Türkiyəyə ən böyük birbaşa xarici investisiya Niderlanddan daxil olub. Sonrakı yerlərdə Qazaxıstan, ABŞ, Almaniya və Azərbaycan qərarlaşıb.

“İlin birinci yarısında Türkiyəyə ümumilikdə 6,3 milyard dollar birbaşa xarici investisiya yatırılıb ki, bu da ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 27,1% çoxdur. Bu, investorların hökumətin iqtisadi proqramına inamının daha bir sübutudur”, -deyə Türkiyə Prezident Administrasiyasının nümayəndəsi qeyd edib.

Türkiyə Xarici İnvestorlar Dərnəyinin (YASED) məlumatına görə, 2025-ci ilin yanvar-iyun aylarında bu ölkənin iqtisadiyyatına birbaşa xarici investisiyaların 5%-i Azərbaycanın payına düşüb.

Ümumilikdə, 2002-ci ildən bu günə qədər Türkiyə iqtisadiyyatına 281 milyard birbaşa xarici investisiya yatırılıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Avqust 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see173

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see168

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see156

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see147

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see146

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see142

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see137

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see131

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see129

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri