Icma.az
close
up
RU
Azərbaycan Türkmənistan Özbəkistan üçtərəfli əməkdaşlığı: Orta Dəhlizdə qardaşlıq və strateji tərəfdaşlıq nümunəsi

Azərbaycan Türkmənistan Özbəkistan üçtərəfli əməkdaşlığı: Orta Dəhlizdə qardaşlıq və strateji tərəfdaşlıq nümunəsi

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

2025-ci ilin 22 avqust tarixində Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə keçirilmiş yüksək səviyyəli üçtərəfli sammit regionun siyasi, iqtisadi və nəqliyyat gündəminə mühüm töhfə verdi. Bu tarixi sammit təkcə imzalanan sənədlərlə deyil, həm də ifadə olunan fikir və çağırışlarla bölgənin yeni strateji konfiqurasiyasını müəyyənləşdirmə baxımından əlamətdar oldu. Prezident İlham Əliyevin çıxışında verdiyi bəyanatlar bu əməkdaşlığın həm geosiyasi, həm də insani yönlərini əhatə edən dərin məzmun daşıyırdı. O, ilk olaraq Türkmənistanın hazırkı inkişaf trayektoriyasına və ölkənin sabit idarəetmə modelinə diqqət çəkərək vurğuladı ki, bu gün Türkmənistan əmin əllərdədir. Onun ifadə etdiyi bu fikir, eyni zamanda Azərbaycan tərəfindən regiondakı tərəfdaş dövlətlərə göstərilən açıq etimadın və hörmətin rəmzi idi. Türkmənistanın iqtisadi sabitliyi, infrastruktur layihələrinin ardıcıl icrası, sosial rifah göstəricilərinin yüksəlməsi və beynəlxalq siyasətdə fəal iştirakı bu etimadın real əsaslara söykəndiyini təsdiqləyir. Bu yüksək səviyyəli sammit zamanı Prezident İlham Əliyevin dilə gətirdiyi daha bir mühüm fikir isə Azərbaycanla Türkmənistanın mövqelərinin bütün əsas məsələlər üzrə üst-üstə düşdüyü barədə bəyanat idi. Bu həm ikitərəfli, həm də çoxtərəfli formatlarda siyasi razılaşmaların, ortaq maraqların və dostluğa əsaslanan strateji yönümlərin göstəricisidir. Azərbaycanın və Türkmənistanın bölgədəki proseslərə yanaşması, qarşılıqlı hörmət, suverenlik prinsipinə sadiqlik və daxili işlərə qarışmamaq kimi fundamental əsaslar üzərində qurulub. Bu isə onların yalnız siyasi partnyor deyil, həm də əsl qardaş ölkələr olduğunu sübut edir. Azərbaycan–Türkmənistan münasibətləri müasir dövrün çağırışlarına uyğun olaraq davamlı şəkildə inkişaf edir. Bu münasibətlər təkcə liderlər səviyyəsində sıx dialoqla məhdudlaşmır, eyni zamanda konkret sahələr üzrə əməkdaşlıq mexanizmləri ilə də dəstəklənir. Energetika, nəqliyyat, ticarət, ekologiya, humanitar və mədəni sahələrdə əməkdaşlıq üzrə ikitərəfli və çoxtərəfli memorandumlar artıq uzun illərdir ki, müntəzəm şəkildə imzalanır və uğurla icra olunur. Xüsusilə enerji sahəsində əməkdaşlıq - Xəzər dənizindəki infrastruktur layihələri, alternativ enerji və enerji mübadiləsi sahəsində yeni təşəbbüslər tərəflər arasında qarşılıqlı asılılığı gücləndirməklə bərabər, regional enerji təhlükəsizliyinə də mühüm töhfə verir. Türkmənbaşı şəhərində keçirilən sammitin əsas siyasi və praktiki nailiyyəti isə üçtərəfli əməkdaşlığın rəsmi şəkildə rəsmiləşdirilməsidir. Liderlər tərəfindən imzalanan “Azərbaycan, Türkmənistan və Özbəkistan arasında Birgə Bəyanat” qarşılıqlı fəaliyyətin strateji istiqamətlərini müəyyən edir. Bu sənəd təkcə siyasi niyyət deyil, konkret məqsəd və prioritetlərin ifadəsidir. Onunla paralel imzalanan digər sənədlər – Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Türkmənhavayolları arasında Hava Əlaqələri üzrə Anlaşma Memorandumu; Azərbaycan və Türkmənistan Xarici İşlər Nazirlikləri arasında Füzuli və Arxadağ şəhərlərinin qardaşlaşmasını nəzərdə tutan sənəd; və nəhayət, üç ölkənin nəqliyyat nazirlikləri arasında Nəqliyyat və Logistika üzrə əməkdaşlıq memorandumu – bütün istiqamətlərdə əlaqələrin dərinləşdirilməsinə yönəlmiş real addımların təsdiqidir. Xüsusilə Füzuli ilə Arxadağ arasında qardaşlaşma protokolu böyük rəmzi və strateji əhəmiyyət daşıyır. Füzuli şəhəri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yerləşən, bərpa və yenidənqurma mərhələsini yaşayan müasir şəhərlərdən biridir. Arxadağ isə Türkmənistanın ən yeni və innovativ texnologiyalarla inşa edilən şəhəridir. Bu iki şəhərin qardaşlaşması yalnız mədəniyyət və təcrübə mübadiləsi ilə məhdudlaşmır, həm də iki ölkə arasında yenidənqurma, şəhərsalma, ətraf mühitin mühafizəsi və ağıllı şəhər texnologiyalarının tətbiqi sahələrində əməkdaşlığın dərinləşməsinə zəmin yaradır. Sammitin strateji nəticələrindən biri də Orta Dəhliz çərçivəsində əməkdaşlığın intensivləşdirilməsi perspektivləri oldu. Azərbaycan, Türkmənistan və Özbəkistan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşərək Avrasiyanın mühüm logistika mərkəzlərindən biri olmağa iddialıdır. Bakı, Türkmənbaşı və digər liman şəhərləri vasitəsilə yükdaşımaların sürətləndirilməsi, dəhlizin rəqabət qabiliyyətinin artırılması, gömrük prosedurlarının asanlaşdırılması kimi təşəbbüslər bu üç ölkənin nəqliyyat sistemlərini qarşılıqlı əlaqəli və daha funksional hala gətirə bilər. Prezident İlham Əliyevin də çıxışında vurğuladığı kimi, bu ölkələr coğrafi baxımdan Avropanı Asiya ilə, Şimalı Cənubla birləşdirən əsas ölkələrdir və onların təşəbbüsləri təkcə regional deyil, həm də qlobal əhəmiyyət daşıyır. İmzalanan sənədlərlə yanaşı, görüş zamanı Prezident İlham Əliyevin bir daha vurğuladığı məqam, bu əməkdaşlıq formatının birdəfəlik tədbir deyil, davamlı və institusional əməkdaşlığa çevrilməsi niyyətidir. Dövlət başçısı qeyd etdi ki, artıq əlaqədar qurumlara bu istiqamətdə konkret tapşırıqlar verilib və yaxın gələcəkdə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı real addımlar atılacaq. Bu isə, öz növbəsində, həm siyasi sabitliyin qorunmasına, həm də iqtisadi inkişafın qarşılıqlı fayda əsasında daha da genişlənməsinə gətirib çıxaracaq.

Nəticə etibarilə, Türkmənistanın ev sahibliyi etdiyi bu sammit, Azərbaycan, Türkmənistan və Özbəkistan arasında dostluq və qardaşlığa əsaslanan əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərdi. Liderlərin ortaq iradəsi, strateji baxışları və konkret sənədlərlə ifadə olunan məqsədləri göstərir ki, bu üç ölkə təkcə regional sabitlik və rifah üçün deyil, həm də daha ədalətli və bərabərhüquqlu beynəlxalq sistemin qurulması üçün mühüm tərəfdaşlıq nümunəsi formalaşdırır. Bu görüş bir daha sübut etdi ki, ortaq tarix, mədəni dəyərlər, geosiyasi baxışlar və qarşılıqlı maraqlar əsasında formalaşan dostluq əlaqələri gələcəkdə regionun inkişafında və qlobal sistemdə mövqeyinin möhkəmlənməsində həlledici rol oynaya bilər.

Bəxtiyar Nəbiyev
YAP Yasamal rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Avqust 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see307

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see250

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see239

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see177

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see169

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see158

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see145

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see145

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see142

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see141

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see141

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see140

Slot: “Məsuliyyət məndədir”

24 Noyabr 2025 09:14see138

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see138

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see135

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see134

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see131

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see130

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see129

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri