Icma.az
close
up
RU
Azərbaycan Özbəkistan dostluğu: Orta Dəhlizdə yeni tərəfdaşlıq formatı

Azərbaycan Özbəkistan dostluğu: Orta Dəhlizdə yeni tərəfdaşlıq formatı

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

XXI əsrin beynəlxalq münasibətlər sistemində dövlətlərin uğurlu inkişaf yolunu müəyyən edən əsas şərtlərdən biri də möhkəm tərəfdaşlıq əlaqələridir. Bu mənada Azərbaycanla Özbəkistan arasındakı münasibətlər təkcə siyasi və iqtisadi baxımdan deyil, həm də tarixi – mədəni tellər üzərində qurulmuş sarsılmaz dostluq və qardaşlıq nümunəsi kimi diqqət çəkir. İki ölkə arasındakı əməkdaşlığın sürətlə genişlənməsi, qarşılıqlı dəstəyə və ortaq strateji hədəflərə söykənməsi isə regional sabitliyin və rifahın möhkəmlənməsinə xidmət edir.

Qardaşlıq münasibətlərinin tarixi və mənəvi əsaslarından danışarkən, ilk növbədə, onu deyək ki, bu dövlətləri birləşdirən əlaqələrin kökü qədim dövrlərə gedib çıxır. Hər iki xalq ortaq türkdilli mədəniyyətin daşıyıcısı, İpək yolunun mühüm məntəqələrində formalaşan sivilizasiyanın iştirakçısıdır. Orta əsrlərdə alimlərin, şairlərin, sənətkarların əlaqəli fəaliyyəti isə xalqlar arasında mənəvi yaxınlığın bu gün də dərinləşməsinə önəmli təsir göstərir.

Müasir dövrdə bu zəngin miras dövlətlərarası münasibətlərin güclənməsini şərtləndirir. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, iki ölkəni birləşdirən dostluq və qardaşlıq əlaqələri təkcə bugünkü əməkdaşlığa deyil, eyni zamanda, ortaq tarixi – mədəni yaddaşa, dil və din birliyinə əsaslanır.

Son illərdə Azərbaycan – Özbəkistan münasibətləri yeni keyfiyyət mərhələsi ilə diqqət çəkib. Siyasi dialoq ən yüksək səviyyədə inkişaf edib, dövlət başçılarının qarşılıqlı səfərləri və görüşləri əməkdaşlığa güclü təkan verib. Avqustun 22-də Türkmənbaşı şəhərində keçirilən yüksəksəviyyəli üçtərəfli görüşdə Prezident İlham Əliyevin çıxışı da bu baxımdan xüsusi əhəmiyyəti ilə diqqət çəkib. Azərbaycan lideri Özbəkistanda həyata keçirilən islahatların nəticəsində bu ölkənin dinamik inkişafını, beynəlxalq nüfuzunun yüksəlməsini böyük məmnuniyyətlə dəyərləndirib.

Dövlətimizin başçısı çıxışında son illərdə Özbəkistanla bir çox sahələrdə, o cümlədən siyasi dialoqda, iqtisadi və humanitar əməkdaşlıqda əhəmiyyətli nəticələr əldə edildiyini də vurğulayıb. Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına verdiyi böyük töhfəyə görə dost ölkəyə və şəxsən Şavkat Miromonoviçə dərin təşəkkürümü bildirib: “Füzuli şəhərində dahi alim Mirzə Uluqbəyin adını daşıyan orta məktəb inşa olunub və Şavkat Miromonoviçlə birlikdə onun açılışını qeyd etmişdik. Xankəndi şəhərində özbək tərəfinin dəstəyi və təşəbbüsü ilə böyük bir tikiş fabriki fəaliyyət göstərir. Bu yaxınlarda birlikdə onu ziyarət etmişik. Bakının müasir mərkəzi olan Ağ şəhərdə “Özbəkistan” parkı yaradılır. Şavkat Miromonoviçlə birlikdə 5 hektarı əhatə edən bu gözəl parkın təməlini qoyduq. Bir çox başqa orta maraqlara söykənən investisiya, sərmayə layihələrimiz var”.

Azərbaycan və Özbəkistan arasında uzunmüddətli Azad Ticarət Sazişi və MDB çərçivəsində çoxtərəfli azad ticarət rejimindəki fəal iştirak bu iki ölkənin güclü və ardıcıl artan iqtisadi münasibətlərinin əsasını təşkil edir. Ötən il Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 252 milyon dolları ötərək əvvəlki illə müqayisədə 41 faiz artıb. Azərbaycan dost ölkəyə 211,7 milyon dollar dəyərində məhsul ixrac edib (60,8 faiz artım), Özbəkistandan isə 40,3 milyon dollar dəyərində idxal həyata keçirib.

Son 5 ildə isə Özbəkistanın Azərbaycana ixracı əhəmiyyətli dərəcədə artaraq 2018-ci ildəki 32 milyon dollardan 2023-cü ildə 147 milyon dollara çatıb ki, bu da illik orta hesabla 35,6 faiz artım deməkdir. Eyni dövrdə Azərbaycanın Özbəkistana ixracı 9,7 milyon dollardan 100 milyon dollara yüksələrək illik orta hesabla 59,5 faiz artım nümayiş etdirib.

İqtisadi əməkdaşlığın dərinləşməsi təkcə ticarət artımı ilə məhdudlaşmır, bu prosesə Azərbaycan – Özbəkistan İnvestisiya Fondu kimi birgə investisiya mexanizmləri, avtomobil istehsalı, enerji və aqrosənaye klasterləri üzrə birgə layihələr də əlavə olunur. Bu istiqamətlər üzrə inkişaf iki ölkə arasında çoxşaxəli iqtisadi inteqrasiyanın möhkəmləndiyini göstərir.

Ticarət dövriyyəsi ilə bağlı qarşıya qoyulan 1 milyard dollarlıq hədəf isə əlaqələrin davamlı inkişaf etdiyindən xəbər verir. Bu məqsədlə imzalanan 2024 – 2025-ci illəri əhatə edən Praktiki Fəaliyyət Planı qarşılıqlı iqtisadi fəaliyyətin konkret sahələr üzrə genişləndirilməsinə yönəlib. Eyni zamanda, Ali Dövlətlərarası Şuranın təsisi və strateji tərəfdaşlıq üzrə yol xəritələri münasibətlərin siyasi-hüquqi çərçivəsini gücləndirərək onları davamlı və proqnozlaşdırılan edir.

Özbəkistanın Füzuli rayonunda məktəb tikintisinə verdiyi dəstək bu əməkdaşlığın yalnız iqtisadi deyil, həm də humanitar və simvolik məzmun daşıdığını göstərir, Qarabağın yenidən qurulmasında regional həmrəyliyi əks etdirir. Azərbaycan və Özbəkistanın TDT, MDB və BRICS+ kimi platformalarda artan koordinasiyası isə onların regional və qlobal miqyasda ortaq iqtisadi və siyasi gündəm formalaşdırmaq niyyətini təsdiqləyir.

Özbəkistan iqtisadiyyatı keçən il güclü və çoxşaxəli artım tempini qoruyaraq ÜDM həcmini 115 milyard dollara çatdırıb və bu, əvvəlki illə müqayisədə 6,8 faiz artım deməkdir. Sərmayə fəaliyyətində də nəzərəçarpan canlanma müşahidə olunub: əsas kapitala yönələn investisiyalar 27,6 faiz artaraq 39 milyard dollara çatıb ki, bu da ölkədə infrastruktur və sənaye sahələrində güclü inkişaf impulsunun davam etdiyini göstərir.

Azərbaycan Türkmənistanla bərabər, Özbəkistanla da Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm geostrateji mövqeyə malikdir. Ölkələrimiz qarşısında nəqliyyat – tranzit əməkdaşlığı sahəsində yeni vəzifələr və imkanlar durur. Bunların sırasında Orta Dəhliz, limanların genişləndirilməsi, dəmir yolu məsələləri daim diqqətdə saxlanılır. Nəqliyyat, tranzit, logistika istiqamətində birgə səylər göstərilməsi nəinki ölkələrimiz üçün, eyni zamanda, böyük region üçün mühüm əhəmiyyət daşıyır.

Energetika sahəsində də əməkdaşlıq genişlənməkdədir. Azərbaycan Dövlət Neft Şirkətinin Özbəkistanda neft yataqlarının işlənməsi üzrə kontrakt imzalaması tərəfdaşlığın enerji təhlükəsizliyi baxımından yeni məzmun qazandığını göstərir. “Özbəkneftqaz” Səhmdar Cəmiyyəti (SC) və Azərbaycan Dövlət Neft Şirkəti daimi dialoq aparır, əməkdaşlığın perspektivli sahələrini araşdırır. Bu mərhələdə neft – qaz sənayesində proseslərin rəqəmsallaşdırılması, “yaşıl” texnologiyaların tətbiqi və sənaye təhlükəsizliyinin təkmilləşdirilməsi kimi prioritet sahələrdə qarşılıqlı fəaliyyət imkanları da müzakirə edilir. Ümumiyyətlə, iki ölkə arasında davamlı tərəfdaşlıq təkcə iqtisadi maraqlar üzərində deyil, həm də texnoloji və ekoloji inkişafa müasir yanaşmalar əsasında qurulur.

“Özbəkneftqaz” SC üçün neft emalı və neft – kimya potensialının inkişafı mühüm milli prioritetdir. Bu sahədə beynəlxalq təcrübə və qabaqcıl texnoloji həllər, o cümlədən Azərbaycanla ikitərəfli və çoxtərəfli əməkdaşlıq potensialı fəal şəkildə öyrənilir. Birgə müəssisələrin yaradılması və ya texnologiya mübadiləsi məsələləri tərəflərin maraqları razılaşdırılmaqla inkişaf etdirilir.

İkitərəfli münasibətlərdə iqtisadi sahə xüsusi yer tutur. Özbəkistan Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir. Ticarət dövriyyəsinin ilbəil artması, investisiya layihələrinin çoxalması əməkdaşlığın dərinliyini nümayiş etdirir.

Azərbaycan, Özbəkistan və Türkmənistan coğrafi mövqelərinə görə Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm geostrateji məkanda yerləşir. Bu isə nəqliyyat və tranzit əməkdaşlığını prioritet istiqamətə çevirir. Prezident İlham Əliyevin Türkmənbaşı görüşündə qeyd etdiyi kimi, Orta Dəhlizdə limanların genişləndirilməsi və dəmir yolu əlaqələrinin inkişafı ölkələrimiz üçün yeni imkanlar açır. Xüsusilə bu dəhlizin inkişafı təkcə Azərbaycan, Özbəkistan və Türkmənistan üçün deyil, bütövlükdə region və Avrasiya üçün mühüm önəm daşıyır. Çin – Avropa yükdaşımalarının sürətlənməsi, logistika xərclərinin azalması və yeni iqtisadi marşrutların formalaşması bu əməkdaşlığın strateji dəyərini daha da artırır.

Azərbaycan və Özbəkistan arasındakı münasibətlər qardaşlıq təməli üzərində daha da inkişaf etməkdədir. Energetika, kənd təsərrüfatı, sənaye, turizm və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq perspektivləri genişdir. Hər iki ölkə qarşılıqlı investisiyaların təşviqi, birgə müəssisələrin yaradılması və bazarların inteqrasiyası istiqamətində mühüm addımlar atır.

Şübhəsiz ki, Azərbaycan – Özbəkistan münasibətlərinin inkişafı yalnız ikitərəfli deyil, həm də regional sabitliyə və inkişaf proseslərinə müsbət təsir göstərir. Qardaşlıqdan strateji tərəfdaşlığa yüksələn bu münasibətlər gələcəkdə də xalqlarımızın rifahına xidmət edəcək.

V.BİNYATOĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:225
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Avqust 2025 04:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri