Icma.az
close
up
RU
“Azərbaycan üçün neft amili həlledici rolunu tədricən itirir” Ekspertdən AÇIQLAMA

“Azərbaycan üçün neft amili həlledici rolunu tədricən itirir” Ekspertdən AÇIQLAMA

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Elədniz Əmirov: “Əsas məsələ bu siqnalların gecikmədən real qərarlara çevrilməsidir”

ABŞ Prezidenti Donald Tramp Venesuelada keçirilən hərbi əməliyyatın əsas hədəflərindən birinin bu ölkənin neftini ələ keçirmək və dünya neft bazarında qiymətləri endirmək olduğunu etiraf edib.

O, bu bəyanatı "Fox News" kanalına verdiyi müsahibədə səsləndirib: "Bu, qlobal miqyasda neftin ucuzlaşması anlamına gəlir və bu, hər kəs üçün əladır. Amerika üçün də neft qiymətlərinin düşməsi deməkdir, bunu mən reallaşdırdım".

Prezident əlavə edib ki, tezliklə böyük Amerika neft şirkətləri Venesuelaya daxil olacaqlar: "Onlar böyük qazanc əldə edəcəklər, bu qazancın bir qismi Venesuelaya, digər hissəsi isə bizə çatacaq. Regionda sabitlik yaratdıq və neft qiymətlərini xeyli aşağı saldıq”.

Xatırladaq ki, Azərbaycan neft və təbii qaz istehsalçısı olmaqla əsas gəlirləri enerji sektorundan formalaşır. Habelə ölkənin ixracının 90 faizindən artığı neft və neft məhsullarının payına düşür.

Neftin dünya bazarında kəskin ucuzlaşması Azərbaycanın əsas valyuta gəlirlərinə ciddi təsir göstərir, paralel olaraq hasilatda davamlı enmə də problemin miqyasını dərinləşdirir.

İqtisadçı Elədniz Əmirov məsələni obrazlı şəkildə belə dəyərləndirir: “Diş məəcunu bitəndən sonra onu bərk sıxmaqla bir neçə gün də içindəkiləri çıxarıb istifadə etmək olur. Amma bir gün gəlir nə qədər sıxılsa da ondan heç nə çıxmır”.

Onun sözlərinə görə, 2010-cu ildə 50 milyon ton səviyyəsini keçən Azərbaycanın neft hasilatı sonrakı illərdə tədricən və ardıcıl şəkildə azalır. Bu azalma təsadüfi deyil və dalğalanma kimi də qiymətləndirilə bilməz: “Son illərin rəqəmləri göstərir ki, 2023-cü ildə hasilat 30,2 milyon ton səviyyəsinə enib, 2024-cü ildə isə bu göstərici daha da azalaraq 29,2 millyon ton olub. 2025-cu ildə 28,5 və 2026-cı ildə 27,6 milyon ton kimi açıqlanan proqnozlar da eyni istiqaməti təsdiqləyir və neft hasilatında enişin davam edəcəyini göstərir. Qrafikdən də göründüyü kimi son iki ilin proqnozlarında azalma tempi ildən ilə sürətlənir. 2025-ci ildə bu fərq 0,6 milyon tona yüksəlir, 2026-cı ildə isə artıq 0,9 milyon ton təşkil edəcəyi proqnoz edilir. Bu adi riyazi ədədi silsilədir və silsilə fərqi mənfi 0,3 milyon tondur. Ədədi silsilə ilə hesablasaq, 2024-cü ildəki 29,2 milyon tonluq hasilatın 21 milyon ton səviyyəsinə enməsinin 2030-ci ilə təsadüf edəcəyini görə bilərik”.

E.Əmirov vurğulayır ki, burada daha bir məsələ var ki, digər faktorlar nəzərə alınmır. Məsələn, bu gün neft hasilatının kəskin enməməsi üçün investisiyalar hesabına elə bir texnalogiya tətbiq edilə bilər ki, bir neçə il sonra lay ehtiyatların azalması səbəbindən azalma daha kəskin ola bilər. Və ya əksinə, hansısa quyuların yenidən işə salınması, hansısa yataqların daha böyük investisiya hesabına və daha güclü texnalogiya hesabına istismar edilməsi bu azalmanın tempini aşağı salar.

“Yəni bütün bunlar artıq neft mühəndislərinin daha dəqiq bildiyi və etdiyi məsələlərdir”, - o əlavə edir.

İqtisadçı qeyd edir ki, bütün bu texniki dəyişənlərdən asılı olmayaraq dəyişməyən bir reallıq var ki, neft tükənir və Azərbaycan üçün neft amili əvvəlki onilliklərdəki həlledici rolunu tədricən itirir: “Hasilatın azalması artıq mühəndislik və texnologiya məsələsi deyil. Bu artıq iqtisadi modelin dəyişməsi zərurətidir. Məhz buna görə də iqtisadi planlama yalnız bugünkü neft gəlirlərinə deyil, qarşıdakı illərin daha aşağı hasilat reallıqlarına söykənməlidir. Həmçinin neft hasilatındakı azalma risk kimi yox, vaxtında düzgün oxunduğu halda yeni iqtisadi mərhələyə keçid üçün obyektiv siqnal kimi qəbul edilməlidir. Və əsas məsələ bu siqnalların gecikmədən real qərarlara çevrilməsidir”.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 Yanvar 2026 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see199

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see169

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see134

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see131

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see125

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri