Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Bazar 60 faiz kiçilib...

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Azərbaycan müəlliminin peşə standartları nəyə əsaslanır? Ekspertdən AÇIQLAMA

Azərbaycan müəlliminin peşə standartları nəyə əsaslanır? Ekspertdən AÇIQLAMA

Sfera.az saytına istinadən Icma.az xəbər verir.

Müasir təhsil sistemlərində müəllimlərin peşə standartlarının tətbiq olunması təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır. Müəllim peşə standartları (MPS) müəllimlərin peşəkar bacarıq və biliklərini, həmçinin onların tədris prosesindəki davranışlarını tənzimləmək üçün əsas istiqamətləri müəyyən edir. Bu standartlar tədris keyfiyyətini yüksəltmək və təhsilalanların akademik və sosial inkişafına töhfə vermək məqsədi daşıyır. MPS ABŞ, Böyük Britaniya, Avstraliya, Çin, Rusiya, Finlandiya və Kanada kimi qabaqcıl təhsil sistemlərinə malik ölkələrdə olduqca geniş tətbiq olunur.

Bəs Azərbayan müəlliminin peşə standartları nəyə əsaslanır?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirdi ki, Azərbaycan cəmiyyətində təhsilin rolu və müəllimlərin fəaliyyəti tez-tez müzakirə mövzusu olsa da, müəllimin peşə standartlarının qəbul edilməməsi ciddi bir boşluq yaradır:

“Müəllimlik peşəsi təhsil sisteminin təməl daşıdır və müəllimlərin peşəkarlığı yalnız fərdi bilik və təcrübələrə deyil, həm də dövlət səviyyəsində müəyyən edilmiş konkret standartlara əsaslanmalıdır. Bu standartların olmaması həm müəllimlərin hazırlıq prosesində qeyri-müəyyənlik yaradır, həm də onların iş fəaliyyətinin obyektiv şəkildə qiymətləndirilməsini çətinləşdirir. Müəllim kadrlarını nəyin əsasında hazırlayırıq sualı əslində təhsil sistemimizin ən vacib strateji məsələlərindən birini gündəmə gətirir. Hazırda müəllim hazırlığı əsasən universitetlərdə pedaqoji təhsil proqramlarına əsaslanır. Lakin bu proqramların məzmununun, metodikasının və praktikaya yönümlülüyünün nə dərəcədə müasir tələblərə cavab verdiyini sorğulamaq vacibdir. Müəllimlərin hazırlanması üçün yalnız akademik biliklər kifayət etmir, onların sosial, emosional və texnoloji bacarıqlarının inkişafı da diqqət mərkəzində olmalıdır. Bu da ancaq peşə standartlarının yaradılması və tətbiqi ilə mümkün ola bilər”.

Ekspert qeyd etdi ki, müəllim yalnız bilikləri ötürən şəxs deyil, həm də lider, motivator və şəxsiyyətin formalaşmasına təsir edən bir fiqurdur:

“Müəllimlər həm fənn üzrə mükəmməl biliklərə sahib olmalı, həm də innovativ tədris metodlarını tətbiq edə bilməlidirlər. Müasir dövrün tələblərinə cavab verən Azərbaycan müəllimi pedoqoji biliklər və təcrübə baxımından yüksək səviyyədə olmalıdır. Həmçinin şagirdlərdə tənqidi düşünmə və problemlərin həlli bacarıqlarını formalaşdırmalıdır. Bunlardan əlavə, texnoloji savadı olmalıdır, yəni rəqəmsal alətlərlə tədris bacarıqlarına malik olmalı və onlardan dərslərdə fəal istifadə etməlidir. Eyni zamanda, sosial və emosional zəkanı inkişaf etdirən yanaşmalara malik olmalıdır. Şagirdlərin fərdi ehtiyaclarını nəzərə alaraq, onlarla empatiya qura bilməlidir. Son olaraq, ekoloji və qlobal mövzularla bağlı məlumatlı olmalı və şagirdləri dayanıqlı inkişaf məqsədlərinə uyğun tərbiyə etməlidir”.

K.Əsədov vurğuladı ki, hər müəllimin hər bir fənn üzrə standartları fərqli olmalıdır, lakin müəyyən ümumi meyarlar da mövcuddur:

“Azərbaycan dili və ədəbiyyat müəllimi mükəmməl dil biliklərinə, dilin üslubiyyatını və ifadə vasitələrini şagirdlərə çatdırmaq bacarığına malik olmalıdır. Ədəbiyyat müəllimi isə bədii əsərləri analiz etmək və bu analizləri şagirdlərə mənalı şəkildə izah etmək qabiliyyətinə sahib olmalıdır. Riyaziyyat müəllimi təkcə riyazi bilikləri ötürmək deyil, həm də tənqidi düşüncə və problemlərin həlli bacarıqlarını inkişaf etdirməyi bacarmalıdır. Fizika, kimya və biologiya müəllimləri laboratoriyalarda işləməyi öyrətməklə yanaşı, elmi tədqiqat metodlarını da şagirdlərə izah edə biləcək bilik və bacarıqlara malik olmalıdırlar. İnformatika müəllimi proqramlaşdırma, rəqəmsal texnologiyalar və kibertəhlükəsizlik kimi sahələrdə dərindən biliklərə sahib olmalı və şagirdləri bu mövzular üzrə motivasiya etməyi bacarmalıdır.Təəssüf ki, bu kriteriyalar hələlik rəsmi olaraq qəbul edilməyib və müəllimlərin fəaliyyətinin obyektiv qiymətləndirilməsi üçün bir çərçivə formalaşdırılmayıb. Bu həm təhsil sisteminin inkişafını ləngidir, həm də müəllimlərin öz fəaliyyətlərində aydın məqsədlər təyin etməsini çətinləşdirir”.

Mütəxəssis bildirdi ki, dünya təcrübəsinə nəzər saldıqda, müəllim peşə standartlarının təhsil sisteminin təkmilləşdirilməsində əsas rol oynadığı görünür:

“Finlandiyada müəllimlərin peşə standartları həm pedaqoji təhsilin məzmununu, həm də onların işdəki fəaliyyətlərini tənzimləyir. Müəllimlər yalnız biliklər üzrə deyil, həm də sosial və emosional bacarıqlarına görə qiymətləndirilir. Avstraliya müəllimlərin peşə fəaliyyətlərini 4 əsas səviyyədə təsnif edir: məzun, təcrübəçi, yetkin və lider müəllim. Hər səviyyə üçün konkret standartlar müəyyən edilib və müəllimlərin bu standartlara uyğun inkişafı stimullaşdırılır. ABŞ müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi üçün “INTASC Standards” adlı bir sistem tətbiq edir. Bu standartlar müəllimlərin sinif idarəetməsi, şagirdlərin nəticələrinin yaxşılaşdırılması və dərs planlaşdırması kimi sahələrdə bacarıqlarını əhatə edir”.

O sonda vurğuladı ki, Azərbaycan üçün müəllim peşə standartlarının yaradılması təhsildə keyfiyyəti artırmaq, müəllimlərin işinə obyektiv qiymət vermək və onların peşəkar inkişafına dəstək olmaq üçün mühüm bir addım olar:

“Bu standartların tətbiqi müəllim hazırlığı proqramlarını daha məqsədyönlü edəcək və onların işinə peşəkar yanaşmanı gücləndirəcək. Azərbaycanın gələcək təhsil strategiyasında müəllim peşə standartlarının hazırlanması və tətbiqi prioritet istiqamətlərdən biri olmalıdır. Bu, yalnız müəllimlərin deyil, ümumilikdə təhsil sisteminin daha güclü və rəqabətqabiliyyətli olmasını təmin edər”.

Firuzə Əliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://sfera.az
archiveBu xəbər 19 Noyabr 2024 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see531

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see402

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see388

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see374

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see352

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see351

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see307

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see261

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see255

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see247

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see239

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see235

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see231

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see224

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see217

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see203

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see201

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see200

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see198

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri