Azərbaycan Avropa üçün strateji ölkəyə çevrilir Ekspertdən AÇIQLAMA KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
“Azərbaycanın 2028-ci ildə Avropa Siyasi Birliyinin Zirvə Toplantısına ev sahibliyi etməsi ölkəmizin Avropadakı siyasi və diplomatik nüfuzunun artmasının, təsir imkanlarının genişlənməsinin, eyni zamanda, regionda və beynəlxalq müstəvidə baş verən proseslərdə rolunun yüksəlməsinin nəticəsidir.
Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyində mühüm yer tutur və bu sahədə rolu getdikcə artır. Eyni zamanda, ölkəmizin regional və qlobal məsələlərdə iştirakı, təsir imkanları və beynəlxalq nüfuzu genişlənir”.
Bu fikirləri siyasi şərhçi Elmir Səftərov KONKRET.az-a açıqlamasın da səsləndirib:
“Azərbaycan müxtəlif siyasi platformalarda dialoq qurmaq imkanlarını gücləndirir. Bu iştirak ölkəmizin beynəlxalq siyasi dialoqda artan rolunu, təşkilatçılıq və diplomatik peşəkarlıq qabiliyyətini nümayiş etdirir.
Avropa Siyasi Birliyi Avropa İttifaqına üzv olan və olmayan dövlətləri bir araya gətirən mühüm siyasi platformadır. Bu platformada Avropanın təhlükəsizlik, iqtisadiyyat, enerji, nəqliyyat və kommunikasiya sahələrindəki əsas məsələləri müzakirə olunur. Azərbaycan da bu dialoqun fəal iştirakçısıdır və 2028-ci ildə zirvə toplantısına ev sahibliyi edəcək.
Bu məsələdə bir neçə mühüm məqamı qeyd etmək olar. İlk növbədə, Azərbaycan bir sıra Avropa ölkələrinin enerji təchizatında mühüm rol oynayır. Eyni zamanda, ölkəmiz əsas nəqliyyat marşrutlarının üzərində, Asiyadan Avropaya uzanan yolların strateji qovşağında yerləşir. Təhlükəsiz və etibarlı Orta Dəhlizin əsas seqmentlərindən biri Azərbaycan ərazisindən keçir. Bütün bunlar dünyada və Avropada baş verən geosiyasi gərginliklər fonunda ölkəmizə olan diqqəti və marağı daha da artırır”.
Politoloq qeyd edir ki, digər mühüm məqam Azərbaycanın Avropa üçün strateji əhəmiyyətidir.
“Avropa İttifaqının, Avropa Komissiyasının və Avropa İttifaqı Şurasının rəhbərliyinin Azərbaycana səfərləri zamanı səsləndirilən bəyanatlar və enerji sahəsində əməkdaşlıq məsələləri Avropanın əsas siyasi institutlarının Azərbaycanla tərəfdaşlığa verdiyi önəmin bariz göstəricisidir.
Bu sammit uzunmüddətli əməkdaşlıq perspektivləri baxımından da xüsusi əhəmiyyət daşıyır. Belə əməkdaşlığın inkişafı üçün sülh və sabitlik mühüm
şərtdir. Məlum olduğu kimi, Azərbaycanın 2028-ci ildə Avropa Siyasi Birliyinin Zirvə Toplantısına ev sahibliyi etmək təşəbbüsü Ermənistan tərəfindən də dəstəklənib. Bu fakt regionda uzunmüddətli sülhün və sabitliyin möhkəmlənməsinə, qarşılıqlı etimadın artmasına və əməkdaşlığın inkişafına töhfə verə biləcək mühüm siyasi məqamdır.
Eyni zamanda, sammit Azərbaycanın diplomatik imkanlarını nümayiş etdirməsi baxımından mühüm fürsət kimi çıxış edir. Bu platforma çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi, yeni iqtisadi tərəfdaşlıqların qurulması, enerji və nəqliyyat layihələrinin təşviqi, eləcə də Cənubi Qafqazda sülh və təhlükəsizlik məsələlərinin daha geniş Avropa kontekstində müzakirəsi Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır”.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 12 Noyabr 2026 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















