Icma.az
close
up
RU
Azərbaycan üçüncü dövr “Ətraf mühit üzrə fəaliyyətin icmalı” hesabatını təqdim edib AZƏRTAC

Azərbaycan üçüncü dövr “Ətraf mühit üzrə fəaliyyətin icmalı” hesabatını təqdim edib AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 16 noyabr, AZƏRTAC

COP29 çərçivəsində gündəliyə salınmış BMT-nin Avropa İqtisadi Komissiyası tərəfindən hazırlanan Azərbaycanın “Ətraf mühit üzrə fəaliyyətin icmalı” (EPR) hesabatının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibi, BMT-nin Azərbaycandakı rezident nümayəndəsi, ekologiya və təbii sərvətlər nazirinin müavini, beynəlxalq təşkilatların və müvafiq qurumların nümayəndələri iştirak ediblər.

Tədbirdə yeni hazırlanan üçüncü dövr hesabatın nəticələri açıqlanıb, ikinci dövr hesabatın hazırlandığı dövrdən etibarən əldə edilən irəliləyişlər müzakirə edilib, yeni tövsiyələrin icrasına maraqlı tərəflərin cəlb olunması üzrə dialoq aparılıb.

“Ətraf mühit üzrə fəaliyyətin icmalı” hesabatının məqsədi Azərbaycanın ekoloji və iqtisadi hədəflərini uzlaşdırmaq, bu sahədə milli siyasətin formalaşdırılmasına dəstək olmaq və ölkənin beynəlxalq ekoloji öhdəliklərinin icrasını qiymətləndirməkdir.

Sənəd ətraf mühitin idarə olunması, təbii sərvətlərin səmərəli istifadəsi, ekoloji məsələlərin digər sektorlara inteqrasiyası, həmçinin ümumi ekoloji fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı 78 tövsiyəni əhatə edir.

Azərbaycan üzrə birinci dövr hesabat 2003-cü, ikinci dövr hesabat isə 2011-ci ildə hazırlanıb. Üçüncü dövr hesabat ölkənin ətraf mühit siyasətinin davamlı inkişafını təmin etmək üçün yeni yanaşmalar və tövsiyələrə əsaslanıb.

“Ətraf mühit üzrə fəaliyyətin icmalı” hesabatı Azərbaycanın ətraf mühit sahəsində həyata keçirdiyi tədbirlərin beynəlxalq standartlara uyğunluğunu qiymətləndirmək və inkişaf yollarını müəyyənləşdirmək baxımından vacib sənəd hesab edilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Noyabr 2024 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see276

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see237

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see213

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see208

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see207

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see197

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see186

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see180

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see166

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see161

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see160

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see156

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see155

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see155

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see154

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see153

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see151

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see144

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri