Azərbaycan UEFA əmsallar cədvəlində xal ehtiyatını artırıb
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Avrokuboklarda həftənin oyunlarından sonra ölkələrin UEFA əmsallar cədvəlində dəyişikliklər olub.
Oxu.Az xəbər verir ki, Azərbaycan da 2025/26 mövsümündə xal ehtiyatını artırıb.
Bu, "Sabah"ın UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda Sloveniyada "Selye" ilə əlavə vaxtda heç-heçə etməsi (3:3, əsas vaxt 2:3) sayəsində mümkün olub.
Xatırladaq ki, Bakıda rəqibinə 2:3 hesabı ilə uduzan "Sabah" turnirlə vidalaşıb. Paytaxt təmsilçisi mübarizəni Konfrans Liqasında davam etdirəcək.
"Sabah"ın heç-heçəsi ölkəmizə 0.125 xal qazandırıb (bu mərhələdə heç-heçəyə görə verilən yarım xal klublarımızın sayına - 4-ə bölünür). Azərbaycan (17.250) hazırda 29-cu pillədə qərarlaşıb. 28-ci pillədəki Ukraynanın 17.875, 30-cu pillədəki Bolqarıstanın isə 16.500 xalı var.
Qeyd edək ki, UEFA reytinqinə 94.839 əmsalla İngiltərə başçılıq edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 18 İyul 2025 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















