Uşaqların Zəfər Gününə töhfəsi: “Mənim Zəfərim”
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 4 noyabr, AZƏRTAC
Respublika Uşaq Kitabxanasında 8 Noyabr – Zəfər Günü münasibətilə “Mənim Zəfərim” adlı tədbir keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə 1 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin (UGİM) şagirdləri iştirak ediblər.
Tədbir zamanı iştirakçılara Zəfər Gününün tarixi əhəmiyyəti, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, xalqımızın birliyi və həmrəyliyi haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, əldə olunan tarixi Qələbə xalqımızın çoxəsrlik mübarizə tarixinin ən şanlı səhifələrindən biridir.
Daha sonra şagirdlər üçün ustad dərsi təşkil olunub. Yaradıcı fəaliyyət zamanı uşaqlar öz bacarıq və istedadlarını nümayiş etdirərək Zəfər Gününə həsr olunmuş əl işləri hazırlayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 04 Noyabr 2026 18:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















