Icma.az
close
up
RU
Azərbaycan UNESCO Komitəsində təmsil olunur

Azərbaycan UNESCO Komitəsində təmsil olunur

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycan Respublikası UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Hökumətlərarası Komitəsinə 2025-2029-cu illər üzrə üzv seçilib.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib. Bildirilib ki, seçkilər iyunun 20-də UNESCO-nun mənzil-qərargahında, “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqinə dair” 2005-ci il Konvensiyasının 10-cu Tərəflər Konfransı çərçivəsində baş tutub.

Qeyd edilib ki, 2005-ci il konvensiyasının həyata keçirilməsinə nəzarət edən əsas icra orqanı kimi Hökumətlərarası Komitənin 24 üzvü var və üzvlərin səlahiyyət müddəti 4 ildir. Azərbaycan daha öncə 2019-2023-cü illər arasında Hökumətlərarası Komitədə təmsil olunub.

İllik əsasda toplanan Hökumətlərarası Komitənin əsas funksiyaları sırasına Konvensiyanın məqsədlərinin təşviqi, onun həyata keçirilməsinin monitorinqi, tərəflərin dövri hesabatlarının təhlili və konfransa təqdim olunması, əməliyyat təlimatlarının hazırlanması, ölkələr tərəfindən qaldırılan məsələlərlə bağlı müvafiq tövsiyələrin verilməsi, eləcə də Konvensiyanın prinsiplərinin digər beynəlxalq forumlarda təşviqi məqsədilə məsləhətləşmə mexanizmlərinin qurulması daxildir.

Azərbaycanın sözügedən komitəyə növbəti dəfə üzv seçilməsi ölkəmizin mədəni müxtəlifliyin qorunması, mədəni ifadə azadlığının təşviqi və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasətinin, həmçinin bu sahəyə verdiyi yüksək önəmin bariz göstəricisidir.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 İyun 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see403

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see396

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see273

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see254

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see243

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see236

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see234

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see230

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see229

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see213

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see204

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see204

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see200

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see199

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see196

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see191

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see190

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see189

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri