Icma.az
close
up
RU
Azərbaycan Mərkəzi Komitəsində Nərimanovun güllələnməsini təklif etdilər

Azərbaycan Mərkəzi Komitəsində Nərimanovun güllələnməsini təklif etdilər

Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına Əlyazmalar İnstitutunda M.S.Ordubadinin “Nərimançılıq” adlı xatirəsi saxlanılır.

AzPost bildirir ki, Nəriman Nərimanovun ev muzeyi həmin xatirəni paylaşıb.

Yazını oxucularımıza təqdim edirik:

“NƏRİMANOÇILIQ”

Nərimançılıq 1920-ci illərdən başlayaraq doktor Nəriman Nərimanovun Komissarlar Şurası sədri olduğu zamanlarda “Nərimançılıq” adı altında millətçi bir qrupun meydana çıxdığını eşitməyən çox az idi.

Lakin Nərimançılıq doğrudan da millətçilikmi? Yainki orijinal bir nəzəriyyəmi? Bunu indiyə qədər aydınlaşdıra biləcək bir ədəbiyyata rast gəlmədiyimizdən nərimançılığın tutduğu mövqe təyin edilə bilməmişdi.

Elə zənn edirəm ki, mənim Nəriman haqqındakı xatirələrim nərimançılığın nə olduğu barəsində zəngin bir materialdır ki, bu material Azərbaycan tarixini yazanlar üçün də qiymətlidır.

Mən 1918-ci illərə qədər doktor Nəriman Nərimanovla onun əsərləri vasitəsilə tanış olmuşdum. Lakin 18-ci illərdə sürgündən (Saritsin) Həştərxana qayıtdığım zaman onunla yaxından tanış olmuşdum. Mən hələ Həştərxanda olduğum zamanlar Nərimanovla etdiyim söhbətlər nəticəsində onun əqidə və düşüncəsində mürəkkəb bir fikrin böyüdüyünü və onu rahatsız etdiyini hiss edirdim.

Buna görə də mən doktor Nərimanovu millətçi, liberal burjuaziya ziyalısı, avam və siyasət anlamayan bir şəxsiyyət kimi göstərənlərin heç birisi ilə razılaşmırdım.

Mən Bakıda Ordubaddakı məktəb yoldaşım İbrahim Əbilovla görüşüb Nərimanın görüşünə getmək istədiyimi xəbər verdim. Çünki o, Bakı sovetləşəndən sonra Moskvadan təzəcə gəlmişdi. Əbilov da bu arzuda olduğunu bildirdi.

Gündüz saat 11-də icazə alıb doktorun qəbul salonuna getdik. O bizi olduqca gülər bir üzlə qəbul etdi. Rəsmi qəbuldan sonra doktorun əmri olmadan bizə çay gətirdilər. Bu əsnada buzovnalı molla Mirzə Əlinin görüşə gəldiyini xəbər verdilər. Doktor onun gəlməsinə icazə verdi. O içəri girən kimi doktoru qucaqlayıb öpdü, doktor da onu çox səmimiyyətlə öpdü. Mən inqilab rəhbər ilə bir nəfər mollanın əlaqəsində olan bu qədər səmimiyyətə təəccüb etdim.

Görüşə gələnlər çox idi. Söhbət oradan-buradan idi. Saat 4-ə qədər oturub qalxdıq. Çünki Nəriman tez-tez saatına baxırdı. Hamı ayaq üstündə idi. O mənim çiynimdən basıb:

– Otur. Səninlə Həştərxanda yarımçıq qoyduğumuz söhbəti bu gündən etibarən davam etdirməliyik! – dedi.

Mən Əbilovla vidalaşıb oturdum.

Nahar gətirdilər. Süfrə o qədər də zəngin və yağlı süfrə deyildi. Mən heç də təəccüb etmədim. Çünki Nəriman şöhrətpərəst olduğuna baxmayaraq təntənə və dəbdəbə sevən adam deyildi. Mən söhbətin əsas mövzuya gəlməsinə tələsirdim. Onun qəlbində hiss etdiyim toxumun göyərib-göyərməməsini öyrənməyə çalışdım. Söhbətlər nəticəsində onun Həştərxanda gördüyüm Nəriman olmadığını və onun tamamilə dəyişdiyini hiss etdim. Lakin o yenə də Həştərxanda olduğu kimi kommunist olduğunu tez-tez təkrar edirdi. Buna baxmayaraq o, kommunizm məsələlərində bir çox mürəkkəb və qarmaqarışıq fikirlər meydana atırdı.

Onun bütün bəhsləri özünün təzə bir əqidə müəssisi olduğunu göstərirdi. Nəriman deyirdi ki, xalqların irq və adətləri müxtəlif olduğu kimi, düşüncə və zehniyyətləri də bir-birindən ayrıdır. O isbat etmək istəyirdi ki, hər mədə hər bir qidanı həzm edə bilməz. Buna görə də Nəriman öz nəzəriyyəsində kommunizmi şərqləşdirməyi təklif edirdi. Yaxud o, Şərqə məxsus bir kommunizm tərtib etməyi düşünürdü. Onun nəzəriyyəsində kommunizm ilə islamiyyəti barışdırmaq fikri mühüm bir yer tuturdu.

Nərimançılıq eyni zamanda siniflərin təsviyyə etmək məsələsini kommunizm ilə burjuaziyanı barışdırmaqla həll etmək istəyirdi. Lakin nərimançılıq bu fıkirlə bərabər başqa bir fikir də meydana atmışdı. O deyirdi: “Dünyada bir əqidənin hakim olması milliyətin orijinallığını itirmək deməkdir. Çünki əqidənin milli adət və milli mədəniyyət üzərində böyük bir təsiri ola bilər”. Nərimançılıq sosializm və kommunizmə sinfi mübarizə yolları ilə deyil, barışdırıcılıq yolları ilə getməyi tövsiyə edirdi. Lakin o bu qədər müxtəlif və bir-birinə zidd olan fıkirləri vahid bir qəlibə salmağı bacarmırdı, o həmişə düşünür və çapalayırdı. Hərdən də bir köməksizliyindən şikayət edərək: – Məni anlayan yoxdur – deyirdi. Ancaq nərimançılığı bir nəzəriyyə olaraq təhlil etdiyi zaman millətçiliyin qarmaqarışıq və mürəkkəb bir şəkli olduğunu görə bilərik.

Nərimançılıq bir xülyadan ibarət olsa belə o özlüyündə çox qərib bir nəzəriyyə idi. Doktor Nəriman bütün ziyalı təbəqəni öz ətrafında mərkəzləşdirmişdi. Buna görə də nərimançılığa olan bir hücum avam xalq tərəfindən Azərbaycan xalqına olan bir hücum kimi məna edilirdi. Nəriman öz nəzəriyyəsi ilə sovet üsul-idarəsindən razı qalmayanları da öz tərəfinə çəkmişdi. Bunu da qeyd etmək lazımdır ki, millətçiliyə təzə qan aşılamaq istəyən bu nəzəriyyə nərimançılar tərəfindən müxtəlif məzmunlarda işlədilirdi.

Nərimançılardan Dadaş Bünyadzadə, İsrafilbəyov, Qədirli və daxiliyyə komissarı Həmid Sultanov və sairləri nərimançılıqla şöhrət tapsa belə, bu nəzəriyyənin nədən ibarət olduğunu anlamırdılar. Onlar ancaq bir qrupa ayrılaraq Mərkəzi Komitəyə və Bakı komitələrinin işlərinə əngəl törədirdilər. Mən elə zənn edirdim ki, Nərimanın qrupuna qarşı mübarizə aparan Ruhulla Axundov, Əliheydər Qarayev, Həbib Cəbiyev, Mirzədavud Hüseynov, Qəzənfər Musabəyov və sairləri də Mərkəzi Komitənin mənafeyini müdafiə üçün mübarizə aparırdılar. Onların mübarizələrinin əsas mündərəcatı Nəriman Nərimanovu komissarlar şurası sədrliyindən atmaq, onun yerinə Mirzədavud Hüseynov və Musabəyovlardan birini təyin etdirməkdən ibarət idi.

Nərimanov düşmənlərinə qarşı hər cür silahdan istifadə edirdi. O, düşmənlərinin Levon Mirzoyan tərəfındən müdafiə olunduğunu bilməmiş deyildi. Buna görə də birinci növbədə Mirzoyanı həcv etdirir və tək-tək hökumət üzvlərini ifşa etdirməyə çalışırdı. Lakin buna baxmayaraq Nərimançıların mövqeyi o qədər də möhkəm deyildi. Çünki bu qrupun görkəmli üzvlərindən Dadaş Bünyadzadənin Nərimanovla axıra qədər həmfikir olacağına etibar yox idi. O, lazım gəldiyi zaman Nərimanovu çox ucuz sata bilərdi. Mərkəzi Komitənin təşəbbüsü nəticəsində Həbib Cəbiyev, Ruhulla Axundov və Mirzədavud Hüseynov ümumittifaq Mərkəzi Komitəsi tərəfindən Moskvaya çağırıldı. Lakin bu çağırış nərimançılığın qalib gəlməsi kimi məna edilməməli idi. Çünki partiya bu nəzəriyyəni məhv etmək üçün bütün qüvvəsini sərf edirdi. Nərimançılığı tövsiyə etmək işinə başlanmışdı. Dadaş Bünyadzadə Nərimanı aralıqda tək buraxıb Mirzoyan tərəfinə keçmiş, Həmid Sultanov isə öz müavini Siviridov ilə apardığı mübarizə nəticəsində daxiliyyə komissarlığmdan götürülüb İran Ədalət Partiyasının katibi təyin edilmişdi.

Nəhayət, doktor Nəriman tərksilah edildi. O, razı qalmadığı işlər barəsində Moskvaya uzun bir məruzə məktubu göndərməyi qərara aldı. Məruzə məktubunda yazılan məsələləri yoxlamaq üçün məktub Azərbaycan Mərkəzi Komitəsinə göndərilmişdi. Mərkəzi Komitədə də Mirzoyan idi. Məktubda yazılan narazılıqlar da Mirzoyanın əleyhinə idi. Buna görə də məruzə məktubunu müzakirə etmək işini bir firqə təhqiqatı kimi aparmayaraq Nərimanov üzərində bir məhkəmə prosesi qurdular.

Bu prosesdə mən özüm də iştirak edirdim. Orada məktubda yazılan məsələlərin doğru olub-olmaması təhqiq edilmədi. Burada ancaq məktub yazılması işinin siyasi bir səhv olduğunu meydana atmışdılar. Nəticədə bəziləri Nərimanın partiyadan qovulmasını təklif etdilər. İran kommunistlərindən Ağazadələr yuxarıdakı təkliflərlə razılaşmadılar. Onlar Nərimanın güllələnməsini təklif etdilər. Bu hadisə məni o qədər də təəccübləndirmədi. Çünki Nəriman əleyhinə düzələn qrupu Levon Mirzoyan idarə edirdi. O hər nəcürə olursa Nərimanı ifşa etməli və nüfuzunu düşürməli idi. Məni təəccübə gətirən bir şey varsa o da Dadaş Bünyadzadənin Nəriman əleyhinə səs verməsi idi. Bu hadisədən sonra Nərimanla iki kərə də görüşdüm. O, başına gələn hadisələrdən şikayət etmirdi. Bunun faydasız olduğunu anlayırdı. O, Azərbaycanda işləyə bilməyəcəyini yəqin etmişdi. O ancaq Azərbaycandakı son görüşümüzdə Dadaş Bünyadzadənin satqınlığından şikayətlənirdi. Moskvada çalışdığı zaman Zaqafqaziya qurultayına gəlmişdi. Tiflisdən qayıdıb Bakıya gələrkən onunla bir kərə də görüşdük. Qurultayda ona söz verməmişdilər. O bunu böyük təhqir hesab edirdi. Hətta bu hadisə onun səhhətinə də fəna təsir bağışlamışdı, ürək xəstəliyi şiddət etmişdi. Nəhayət o Moskvaya gedəndən bir az sonra ürək xəstəliyindən öldüyünü eşitdim.

M.S.Ordubadi.

Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutu, arxiv 16, g.55 (458).

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://azpost.info
archiveBu xəbər 26 İyul 2025 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri