Azərbaycan UNESCO nun 43 cü sessiyasında təmsil olunub
Sia Az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Özbəkistanın Səmərqənd şəhərində UNESCO-nun Baş Konfransının 43-cü sessiyasına qatılıb.
SİA-nın əldə etdiyi məlumata görə, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, sessiya çərçivəsində nazir müavini noyabrın 6-da təşkilatın yeni baş direktorunun seçkilərində səsvermədə iştirak edib. Seçkilər nəticəsində Misir Ərəb Respublikasından olan namizəd Xalid El-Enani səs çoxluğu ilə UNESCO-nun yeni baş direktoru seçilib.
Səfər zamanı Elnur Məmmədov Baş Konfransın yeni sədri Xondker Mohammad Talha və UNESCO İcraiyyə Şurasının sədri Vera Laköy ilə görüşlər keçirib.
Görüşlər zamanı Azərbaycanın UNESCO-nun idarəetmə orqanlarının fəaliyyətində oynadığı aktiv rol, təşkilata verdiyi mühüm töhfələr və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 06 Noyabr 2025 18:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















