Icma.az
close
up
RU
Azərbaycan Universitetinin ötənilki fəaliyyətinin nəticələri müzakirə olunub AZƏRTAC

Azərbaycan Universitetinin ötənilki fəaliyyətinin nəticələri müzakirə olunub AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 7 yanvar, AZƏRTAC

Azərbaycan Universitetində 2025-ci il üzrə Elmi şuranın ilk iclası keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, iclasda ali təhsil ocağının 2024-cü ildəki fəaliyyətinin nəticələri müzakirə olunub, rektor Səadət Əliyevanın və elmi işlər üzrə prorektor Yusif Qasımovun gündəlikdə duran məsələlərə dair çıxışları dinlənilib. Çıxışlarda ötən il əldə olunmuş uğurlara geniş nəzər salınıb, bəzi çatışmazlıqlara diqqət yetirilib.

Elm şöbəsinin müdiri Lətifə Ağamalıyevanın 2024-cü ildə aparılmış elmi-tədqiqat işlərinin yekunları və əldə olunmuş mühüm elmi nəticələrə dair hesabat məruzəsi dinlənilib. Hesabat məruzəsi universitetin elmmetrik göstəriciləri, elmi konfranslar və tədbirlər, elmi jurnalların fəaliyyəti, beynəlxalq elmi əməkdaşlıq, tələbə elmi cəmiyyətlərinin fəaliyyəti, dərc edilmiş elmi işlər, kitab, monoqrafiya, dərs vəsaitləri haqqında məlumat və bu kimi mövzuları əhatə edib. Qeyd olunub ki, universitetin elmi kitabxanası yeni dizaynda yenidən təşkil olunub və ədəbiyyat fondu zənginləşdirilib.

Hesabat məruzəsində Azərbaycan Universitetinin elmmetrik göstəricilərinə xüsusi yer ayrılıb. Bildirilib ki, Milli H-indeksinin reytinq göstəricisinə görə (Azerbaijan National H-index Ranking 2024) universitet ölkə üzrə 7-ci yerdə qərarlaşıb. Universitetin “Web of Science” bazası üzrə H-indeksi 34-dür. Keçən il bu rəqəm 29 olub. Bu bazada indekslənən jurnallarda çap olunmuş məqalələrin sayı 69-dur. Məqalə sayına görə Azərbaycan Universiteti ölkə universitetləri arasında 7-ci yerdədir. Universitet əməkdaşlarının həmin bazada indekslənən jurnallarda çap olunan məqalələrinə istinadların sayı 1350-dir. Məqalələrə olan istinad sayına görə Azərbaycan Universiteti ölkə üzrə 5-ci yerdədir.

Məruzədə qeyd olunub ki, Azərbaycan Universitetinin “Scopus” bazasında 2023-cü ildə profili yaradılıb və bu baza üzrə H-indeksi ötən illə müqayisədə 30-dan 37-yə irəliləyib. Universitet əməkdaşlarının “Scopus” bazasında indekslənən jurnallarda 97 məqaləsi çap olunub, istinad sayı isə 1708-dir. Bu göstərici ilə Azərbaycan Universiteti “Scopus” bazasında ölkə universitetləri arasında 6-cı yerdə qərarlaşıb.

Elmi şurada qeyd olunub ki, Azərbaycan Universiteti rektorunun 05.02.2018-ci il tarixli “Əməkdaşların elmi-tədqiqat fəaliyyətinə təşviq edilməsi haqqında” əmrinə əsasən, universitetin 2024-cü ildə indekslənən jurnallarda məqaləsi çap olunmuş 18 əməkdaşı mükafatlandırılıb.

İclasda Siyasi və ictimai elmlər kafedrası “İlin kafedrası” kateqoriyası üzrə, rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Nüşabə Quliyeva, Siyasi və ictimai elmlər kafedrasının müdiri Elvin Talışınski, Tərcümə və filologiya kafedrasının professoru Şaban Hüseynov səmərəli elmi fəaliyyətə görə sertifikatla təltif olunublar.

Sonda Elmi şuranın gündəliyinə dair müzakirələr aparılıb, təkliflər dinlənilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Yanvar 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri