Azərbaycan üzərindən Gürcüstana 50 milyonluq heroin keçirməyə cəhd edən iranlı həbs olundu
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İrandan Azərbaycan ərazisi vasitəsilə Gürcüstana 200 kiloqram heroin keçirməyə cəhd edən əcnəbi barəsində Tbilisi Şəhər Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
“Qafqazinfo” xəbər verir ki, məhkəmə Gürcüstan Baş Prokurorluğunun vəsatətini təmin edib.
İran vətəndaşı olan təqsirləndirilən şəxsin vəkili mətbuata açıqlamasında bildirib ki, müvəkkili özünü təqsirli bilmir.
Onun sözlərinə görə, nə yük maşını, nə də narkotik vasitələr həmin şəxsə məxsus olub.
İlkin istintaq zamanı müəyyən edilib ki, heroin Bolqarıstana ixrac üçün nəzərdə tutulub.
Xatırladaq ki, külli miqdarda narkotik Gürcüstan-Azərbaycan sərhədində yerləşən “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsində saxlanılan, balıq yemi ilə yüklənmiş yük maşınına baxış zamanı aşkarlanıb. Narkotik vasitə 8 kisədə gizlədilmiş formada tapılıb. Müsadirə edilmiş heroinin “qara bazar” qiyməti 50 milyon ABŞ dollarından çoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 28 Sentyabr 2025 17:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















