Icma.az
close
up
RU
Azərbaycan və Almaniya arasında əlaqələr tarixən çox yüksək səviyyədə olub

Azərbaycan və Almaniya arasında əlaqələr tarixən çox yüksək səviyyədə olub

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Arifə Abbasova,

YAP Tovuz rayon təşkilatının məsləhətçisi

Aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Bakıda keçirilən görüşdə iki ölkə arasında münasibətlərin möhkəmlənməsi istiqamətində mühüm məsələləri müzakirə etdilər. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu səfər Azərbaycan-Almaniya münasibətlərinin tarixində yeni bir mərhələnin başlanğıcı hesab oluna bilər. Son illərdə Azərbaycan və Almaniya arasında siyasi dialoq intensivləşib. Prezident İlham Əliyevin vurğuladığı kimi, ötən il onun Berlində keçirdiyi görüşlər bu əlaqələrin inkişafında mühüm rol oynayıb. Bu il isə Almaniya Prezidentinin Azərbaycana ilk rəsmi səfəri baş tutdu. Bu səfər qarşılıqlı etimadın və strateji tərəfdaşlığın güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Görüş zamanı müzakirə olunan əsas məsələlərdən biri Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi idi.

Ölkəmizin Avropa dövlətləri ilə əməkdaşlığa xüsusi önəm verməsi diqqətdən kənarda qalmır. Aprelin 2-də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin ölkəmizə rəsmi səfəri bütün bu məqamlara işıq saldı. Almaniya Azərbaycanın Avropada ən vacib siyasi və iqtisadi tərəfdaşlarından biridir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Ötən bu dövr ərzində qarşılıqlı səfərlərin dinamikliyi, eyni zamanda, əlaqələrin inkişafında hüquqi baza rolunu oynayan sənədlərin imzalanması fonunda iki ölkə arasında əməkdaşlıq bütün sahələrdə yüksək səviyyədə inkişaf edir. Əməkdaşlıqda iqtisadi amil daim önə çəkilir. Cənab İlham Əliyev Almaniya Prezidenti ilə birgə mətbuata bəyanatında bu məqamı xüsusi vurğuladı ki, iqtisadi sahədə əldə edilmiş nəticələr bizi ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında ticarət dövriyyəmiz təxminən üç dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olmuşdur. Ona görə gələcək illərdə ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı, xüsusilə bərpaolunan enerji sahəsində daha fəal addımlar atmalıyıq. Xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmaq fikrindəyik və bu, tam realdır, bunun bir hissəsi Avropaya ixrac ediləcəkdir. Səfər çərçivəsində, aprelin 2-də Prezident Ştaynmayer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşüb. Görüş zamanı iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın inkişafı, eləcə də regional və beynəlxalq məsələlər müzakirə edilib. Prezident İlham Əliyev Azərbaycan-Almaniya əlaqələrinin hərtərəfli inkişafına xüsusi önəm verdiyini bildirib. Prezidentlər həmçinin COP29 tədbiri çərçivəsində əməkdaşlıq məsələlərini də müzakirə ediblər. Prezident Ştaynmayer Almaniyanın bu sahədə Azərbaycana dəstəyini ifadə edib. Cənab Prezident İlham Əliyev Azərbaycanın uzun illər Ermənistanın işğalından əziyyət çəkdiyini, beynəlxalq təşkilatların isə bu məsələdə ciddi addımlar atmadığını vurğuladı. Lakin Azərbaycan öz suverenliyini bərpa edərək regionda yeni reallıq yaradıb və hazırda Ermənistanla sülh danışıqları aparır. Həmçinin Azərbaycan-Almaniya əlaqələrinin inkişafı regional və beynəlxalq arenada yeni perspektivlər açmaqla yanaşı, iki ölkə arasında siyasi, iqtisadi və strateji əməkdaşlığın daha da güclənməsinə şərait yaradır. Bu baxımdan, Almaniya Prezidentinin Azərbaycana səfəri tarixi hadisə kimi qiymətləndirilə bilər. Prezidentlərin mətbuata verdikləri bəyanatlarda vacib məsələlərə toxunulub. Dövlətimizin başçısı Almaniya Prezidentinin Azərbaycana səfərinin əhəmiyyətindən bəhs edərək, bunun əlaqələrimizə yeni müsbət təkan verəcəyini bildirib. Qeyd olunub ki, həm təkbətək görüşdə söhbət əsnasında, həm də nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlarda Almaniya-Azərbaycan əlaqələrinin gələcək inkişafı müzakirə edilib. Prezident İlham Əliyev, həmçinin 2024- cü il Bakıda keçirilən COP29 beynəlxalq iqlim konfransının uğurlu nəticələrini də ali qonağın diqqətinə çatdırıb. Ötən il Azərbaycan COP29 beynəlxalq iqlim konfransına ev sahibliyi fonunda bu istiqamətdə Almaniya ilə çox fəal əməkdaşlıq edilib. COP29-da 197 ölkəni təmsil edən 77 mindən çox iştirakçı qeydiyyatdan keçmişdi və bu amil onun qlobal əhəmiyyətli bir konfrans olduğunu, uğurlu nəticələrlə yadda qaldığını sübut edir. Dünya dövlətlərinin əksəriyyətinin iştirak etdiyi COP29 konfransında tarixi qərarlar qəbul edildi. Dövlət başçılarının mətbuat konfransında Azərbaycanın 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkdiyi, xalqımızın etnik təmizləməyə məruz qaldığı və torpaqlarımızın təxminən 20 faizinin işğal altına düşdüyü qeyd edilib. Eyni zamanda, beynəlxalq təşkilatların bu məsələ ilə bağlı ciddi addım atmadığı, Azərbaycanın bu münaqişəni və beynəlxalq hüququ döyüş meydanında və siyasi müstəvidə həll etdiyi Almaniya Prezidentinin və nümayəndə heyətinin diqqətinə çatdırılıb. Görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və sülh sazişi üzrə danışıqların gedişi də diqqət mərkəzində olub. Prezident İlham Əliyev Azərbaycanın sülh gündəliyini təşəbbüs etdiyini və bu istiqamətdə atılan addımları vurğulayıb. Prezident Ştaynmayer isə Almaniyanın bu prosesə dəstəyini davam etdirəcəyini bildirib. Səfər çərçivəsində Prezident Ştaynmayer Bakının tarixi İçərişəhər hissəsini ziyarət edib və burada müxtəlif dini icmaların nümayəndələri ilə görüşərək Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq ənənələri haqqında məlumat alıb. Azərbaycan və Almaniya arasındakı iqtisadi əlaqələr dinamik inkişaf edir. Cənab Prezident İlham Əliyev bəyanatında ticarət dövriyyəsinin yalnız bu ilin ilk iki ayında üç dəfə artdığını vurğuladı. Bu artımın əsas səbəbi Azərbaycanın Almaniyaya ixrac etdiyi xam neftin həcminin artmasıdır. Lakin hər iki ölkə ticarət əlaqələrinin daha da şaxələndirilməsi üçün yeni imkanlar axtarır. Xüsusilə bərpaolunan enerji sahəsində əməkdaşlıq Azərbaycan və Almaniya arasında mühüm strateji istiqamət kimi nəzərdən keçirilir. Prezident İlham Əliyev Azərbaycanın 2030-cu ilə qədər xarici investorların iştirakı ilə bərpaolunan enerji istehsal gücünü 6 giqavata çatdırmaq niyyətində olduğunu bildirərək dedi: "Biz hesab edirik ki, gələcək illərdə öz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atmalıyıq, xüsusilə bərpaolunan enerji sahəsində – harada ki, Almaniya şirkətlərinin çox böyük təcrübəsi var, Azərbaycanın da çox böyük proqramı, planları var," – deyə dövlət başçısı vurğuladı.  Almaniya Prezidentinin bu səfəri Azərbaycanın beynəlxalq siyasətdəki mövqeyinin daha da möhkəmlənməsinə və Almaniya ilə əlaqələrin yeni mərhələyə keçməsinə xidmət edəcək. "Əminəm ki, bu səfərin çox müsbət nəticələri olacaqdır. İkitərəfli münasibətlərimizin tarixində bu, Almaniya Prezidentinin Azərbaycana birinci rəsmi səfəridir. Əminəm ki, səfərin yekunları bizim ölkələrimizi bir-birinə daha yaxın edəcəkdir," – deyə Prezident İlham Əliyev yekun bəyanatında qeyd etdi. Cənab Prezident İlham Əliyev çıxışında qeyd etdi: "Azərbaycan və Almaniya arasında əlaqələr tarixən çox yüksək səviyyədə olub. Bu gün, hər iki ölkə arasında müxtəlif sahələrdə genişləndirilən əməkdaşlıq, həm iqtisadi, həm də mədəni sahələrdə yeni perspektivlər açır." Bu sözlər, Azərbaycan-Almaniya əlaqələrinin daha da möhkəmləndiriləcəyini və gələcəkdə qarşılıqlı faydalı layihələrin inkişaf etdiriləcəyini göstərir. Bu səfər, həm də siyasi və diplomatik əlaqələrin inkişaf etdirilməsi üçün bir fürsət yaratdı, iki ölkə arasında siyasi dialoqun davamlı olacağına, regiondakı mövcud problemlərin və qarşılıqlı maraq doğuran məsələlərin müzakirə ediləcəyinə inamı artırdı. Almaniya ilə əlaqələrin yeni dövrə qədəm qoyması, Azərbaycanın beynəlxalq münasibətlərindəki mühüm rolunu bir daha gücləndirdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Aprel 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkumlar arasında badminton yarışı keçirilib FOTOLAR

05 İyul 2025 10:02see119

Şəkidə yük və minik avtomobilləri TOQQUŞDU: İkisi körpə olmaqla dörd nəfər xəsarət aldı

05 İyul 2025 15:18see118

Rusiya MN: PUA istehsalı sexləri Geran 2 ilə vurulub

05 İyul 2025 13:30see118

Yaprak Dökümü nün çəkildiyi malikanə ofis oldu

05 İyul 2025 14:03see117

Pezeşkian Azərbaycanla bağlı görün nələr DANIŞDI: “Mənə dedilər ki…” KONKRET

05 İyul 2025 10:34see117

Niderland millisinin üzvü Braziliya klubundan ayrıla bilər

06 İyul 2025 17:50see115

Dövlət dili Azərbaycan dilidirsə, o zaman büdcədən maliyyələşən ümumi təhsil də yalnız dövlət dilində olmalıdır

05 İyul 2025 14:59see115

Şəmkirdə göldə boğulan 3 azyaşlı dəfn edildi KONKRET

05 İyul 2025 13:39see115

ABŞ da fəlakət olub ölənlərin sayı 40 ı ötdü

06 İyul 2025 05:24see115

Samir Bağırova görə öldürülən rəqqasənin bacısı illər sonra danışdı

05 İyul 2025 14:44see115

Azərbaycanda nə qədər psixi xəstə var? Kişi və qadınların sayı

05 İyul 2025 12:56see114

Avro qalxır, bu, Azərbaycan bazarına necə təsir edir? Açıqlama + VİDEO

05 İyul 2025 10:04see114

Qonşu ölkəyə qovurucu istilərlə bağlı XƏBƏRDARLIQ edildi Temperatur 44 dərəcəyə çatacaq

05 İyul 2025 15:18see114

Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb SİYAHI

05 İyul 2025 11:10see114

Boksçumuz Dünya Kubokunu bürünc medalla başa vurdu

05 İyul 2025 15:16see113

Dəniz sahilində ACINACAQLI VƏZİYYƏT: Vətəndaşların sağlamlığı təhlükədə

06 İyul 2025 19:51see112

Real ın oyunçusu: PSJ ilə yarımfinal əslində ÇL in finalıdır

06 İyul 2025 23:01see112

İyul ayında qartopu oynadılar: Görünməmiş bir şey yaşadılar FOTOLENT

05 İyul 2025 15:06see112

Azərbaycanın ilk Xalq artisti

06 İyul 2025 00:20see112

Tesla Optimus robotunun istehsalını dayandırdı SƏBƏB

06 İyul 2025 03:12see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri