Icma.az
close
up
RU
Azərbaycan və Almaniya Milli Antidopinq Agentlikləri arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Almaniya Milli Antidopinq Agentlikləri arasında Anlaşma Memorandumu imzalanıb

Bakıda Azərbaycan və Almaniya Milli Antidopinq Agentlikləri arasında Anlaşma Memorandumu imzalanıb.

AMADA-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, memorandumu qurumun icraçı direktoru Təhminə Tağı-zadə və Almaniya Milli Antidopinq Agentliyinin İcraiyyə Şurasının sədri Lars Mortsiefer imzalayıblar.

Memorandumun məqsədi AMADA-nın Ümumdünya Antidopinq Məcəlləsinə və Beynəlxalq Standartlara uyğun fəaliyyətini təkmilləşdirmək üçün nəticələrin emalı, təhqiqat, tibb, testetmə, təhsil və digər sahələrdə Almaniya Milli Antidopinq Agentliyi ilə təcrübə mübadiləsi, birgə məsləhətləşmələrin həyata keçirilməsi və hər iki qurumun əməkdaşlarından ibarət işçi qruplarının yaradılması və sair kimi fəaliyyət istiqamətlərindən ibarətdir.

Gələcəkdə bu Anlaşma Memorandumu əsasında müxtəlif sahələri əhatə edən ikitərəfli müqavilələrin imzalanması da nəzərdə tutulur.

Bizim Telegram kanalımıza abunə olun

seeBaxış sayı:63
embedMənbə:https://report.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri