Azərbaycan və Özbəkistan Dövlət Xəzinədarlıq Agentlikləri arasında anlaşma memorandumu imzalanıb
Icma.az, Missiya.az saytına istinadən bildirir.
Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirliyinin Xəzinədarlıq Xidməti Komitəsi və Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi arasında qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsinə dair anlaşma memorandumu imzalanıb.
Missiya.Az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, sənəd Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən PEMPAL Xəzinədarlıq üzrə Təcrübə Birliyinin (TCOP) illik plenar iclası çərçivəsində imzalanıb.
Məlumata görə, plenar iclasın açılışında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru, PEMPAL TCOP İcra Komitəsinin hazırkı sədri Nazim Qasımzadə tədbirin məqsədləri, regional əməkdaşlığın əhəmiyyəti və xəzinədarlıq sistemlərinin rəqəmsallaşdırılması istiqamətində görülən işlər və qarşıda duran məqsədlər barədə məlumat verib.
Tədbir çərçivəsində iştirakçıların gündəliyə uyğun olaraq müxtəlif mövzuları əhatə edən təqdimatları dinlənilib, ekspertlərin iştirakı ilə müxtəlif ölkələrin qabaqcıl təcrübələri, beynəlxalq təşkilatların yanaşmaları və gələcək əməkdaşlıq imkanları barədə geniş müzakirələr aparılıb.
Dövlət Xəzinədarlıq Agentliyinin əməkdaşlarının Azərbaycanın dövlət maliyyəsinin rəqəmsallaşdırılması mövzusunda etdikləri təqdimatda ölkəmizdə xəzinədarlığın rəqəmsal transformasiyası, inteqrasiya olunmuş maliyyə idarəetmə sistemlərinin inkişafı, süni intellektin tətbiqi və innovativ həllərin maliyyə idarəçiliyinə gətirdiyi üstünlüklərdən bəhs olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 16 Oktyabr 2025 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















