Icma.az
close
up
RU
Azərbaycan və Beynəlxalq Miqrasiya Təşkilatı arasında COP29 çərçivəsində tərəfdaşlıq müzakirə olunub

Azərbaycan və Beynəlxalq Miqrasiya Təşkilatı arasında COP29 çərçivəsində tərəfdaşlıq müzakirə olunub

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının (COP29) Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti çərçivəsində Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Emi Poup ilə görüşüb.

Bu barədə "Bizimyol.info"ya Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə Azərbaycan və Beynəlxalq Miqrasiya Təşkilatı arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlıq perspektivləri, habelə COP29 sədrliyimiz çərçivəsində tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Nazir ölkəmizin COP29 sədrliyi, aparılan danışıqlar prosesi barədə ətraflı məlumat verib, sədrliyin təhvil alınması, habelə sessiyaya hazırlıq işləri çərçivəsində BMT, onun ixtisaslaşmış qurumları ilə yaxından əməkdaşlıq etdiyimizi diqqətə çatdırıb. Ölkəmiz tərəfindən edilən bu seçimin iqlim dəyişikliyi ilə mübarizə səylərinin əlaqələndirilməsi və davamlılığının təmini baxımından əhəmiyyəti vurğulanıb.

İqlim dəyişikliyinin təsirlərinə məruz qalan bir ölkə kimi Azərbaycanın hələ COP29 sədrliyimizdən çox öncə ətraf mühitin qorunması məsələlərini milli inkişaf strategiyamızın mərkəzinə gətirdiyi, sədrliyimiz çərçivəsində isə bu istiqamətdə qlobal səylərə töhfə vermək niyyətində olduğumuz bildirilib.

Baş direktor Emi Poup COP29 sədrliyini təhvil alması münasibətilə ölkəmizə təbriklərini çatdırıb, sədrlik dövründə fəaliyyətlərində uğurlar arzu edib.

İqlim dəyişikliyi nəticəsində bir çox insanın miqrasiya etdiyini nəzərə alaraq, bu baxımdan Təşkilatın əsas fokusunun həmin insanların uyğunlaşması, onlara dəyən zərərlərin aradan qaldırılmasına dəstək olduğu qeyd edilib. Bu baxımdan, sədrliyimizin iqlim maliyyəsi prioritetini irəli sürməsinin bu kimi məsələlərin həllini tapmasına töhfə baxımından əhəmiyyəti qeyd olunub.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 13 Noyabr 2024 21:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see372

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see254

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see197

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see181

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see181

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see164

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see154

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see137

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see133

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see132

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see121

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see119

Trampla Netanyahunun görüş yeri və vaxtı bəlli oldu

08 Dekabr 2025 19:46see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri