Icma.az
close
up
RU
“Azərbaycan və Çin arasında münasibətlər artıq ikitərəfli əməkdaşlıq çərçivəsini aşıb” Günay Əfəndiyeva

“Azərbaycan və Çin arasında münasibətlər artıq ikitərəfli əməkdaşlıq çərçivəsini aşıb” Günay Əfəndiyeva

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş iki ölkə arasında qarşılıqlı mübadilələrin hüquqi əsaslar üzərində genişləndirilməsinə xidmət etməkdədir. Düşünürəm ki, bu Saziş ölkəmizin gələcəyə baxan, çoxvektorlu və balanslı xarici siyasət kursunun tərkib hissəsi kimi böyük strateji və diplomatik əhəmiyyət daşıyan bir sənəddir”.

Bu sözləri 525.az-a açıqlamasında Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva deyib.

O qeyd edib ki, söhbət təkcə viza prosedurlarının sadələşdirilməsindən getmir: “Bu kontekstdə xüsusilə qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasına son rəsmi səfəri və Sədr Si Cinpin ilə görüşü, səfər çərçivəsində apardığı yüksək səviyyəli danışıqlar, ikitərəfli münasibətlərin yeni mərhələyə keçidində çox vacib rol oynamışdır. Cənab Prezidentin Pekində nümayiş etdirdiyi siyasi qətiyyət, qarşılıqlı hörmətə və bərabərhüquqlu əməkdaşlığa əsaslanan mövqeyi, bu Saziş ilə yanaşı, bir sıra mühüm sənədlərin ərsəyə gəlməsinə zəmin yaratmışdır. Baxın, söhbət təkcə viza prosedurlarının sadələşdirilməsindən getmir. Azərbaycan və Çin arasında münasibətlər artıq ikitərəfli əməkdaşlıq çərçivəsini aşaraq regional və qlobal miqyasda strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməkdədir. Bu sənəd, məhz bu prosesin siyasi və hüquqi təməl daşlarından biridir”.

Azərbaycan və Çin arasında tarixi əlaqələrin qədim dövrlərə söykəndiyini qeyd edən Günay Əfəndiyeva, bildirib: “Böyük İpək Yolu, məhz bu iki qədim mədəniyyətin - Qafqazla Uzaq Şərqin - iqtisadi və mədəni təmasının ilkin ünvanı olmuşdur. Azərbaycan bu möhtəşəm ticarət və sivilizasiya yolunun mərkəzində yerləşməklə əsrlər boyu Şərqlə Qərb arasında körpü rolunu oynamışdır”.

Millət vəkilləri qeyd edib ki, tarix sübut edir ki, Azərbaycan və Çin əlaqələri təkcə rəsmi sənədlərdə deyil, incəsənətdə, estetik zövqdə və yaradıcılıq ənənələrində də yaşamışdır: “Məlumdur ki, hələ XII əsrdə dahi Azərbaycan şairi Nizami Gəncəvi “Yeddi Gözəl” poemasında Çin gözəlini təsvir etmiş, “Xeyir və Şər” adlı müdrik hekayəni onun dilindən anlatmışdır. XIII-XIV əsrlərdə Marağa, Təbriz və Azərbaycanın digər şəhərlərində miniatür, rəngkarlıq, kalliqrafiya sənətkarları Azərbaycan ənənələri ilə Çin texnikasının vəhdətini yarada bilmişlər. XVIII əsrdə Molla Pənah Vaqif öz lirikasında Çini bir sıra məmləkətlər arasında zəriflik  və gözəllik ölkəsi kimi təqdim etmişdir. Bütün bunlar nədir? Bunlar, əsrlər öncə, xalqlarımız arasındakı mədəni inteqrasiyanın təcəssümü idi. Bu gün isə bu Saziş vasitəsilə biz sərhədlərimiz ilə bərabər, eyni zamanda kulturoloji yaddaşımızın dərin qatlarını da bir daha bir-birimizə açırıq - elm adamları, sənətkarlar, gənclər arasında qarşılıqlı səfərlər və birgə layihələr üçün yeni imkanlar yaradırıq”.

Millət vəkili Çin Xalq Respublikasını bu gün qlobal iqtisadiyyatın aparıcı ölkələrindən və eyni zamanda “Bir Kəmər, Bir Yol” təşəbbüsü ilə transkontinental əməkdaşlıq modelinin təcəssümü kimi dəyərləndirərək, bildirib: “Azərbaycan bu təşəbbüsə ilk dəstək verən ölkələrdən biri kimi, öz geostrateji mövqeyindən istifadə edərək, Çinlə Avropa arasında mühüm logistik və nəqliyyat dəhlizi rolunu uğurla oynamaqdadır. Digər tərəfdən Heydər Əliyev Fondunun Çində həyata keçirdiyi layihələr, Azərbaycan-Çin münasibətlərinin çoxşaxəli məzmunla zənginləşməsində vacib əhəmiyyət daşımaqdadır.

Bugün biz bu tarixi və iqtisadi bazaya söykənərək deyə bilərik ki, Azərbaycan və Çin vətəndaşları arasında qarşılıqlı vizadan azadolma rejimininin təsdiqlənməsi, sadəcə turizm və humanitar sahədə deyil, həm də siyasi etimad və tərəfdaşlıq səviyyəsində əlaqələrin yeni mərhələyə keçidini təmin edəcəkdir.

Düşünürəm ki, bu Saziş ilk növbədə dövlətlərarası münasibətlərin sosial təməlini daha da möhkəmləndirəcək. Digər tərəfdən, məsələn, iqtisadi sahədə ticarət dövriyyəsinin genişlənməsinə və işgüzar əlaqələrin intensivləşməsinə önəmli töhfə verəcəkdir.

Eyni zamanda bu sənədin qüvvəyə minməsi Azərbaycanın qlobal diplomatik xəritədə yüksələn nüfuzunun təzahürüdür. Çin kimi nəhəng bir dövlətin Azərbaycanla bu cür qarşılıqlı etimad formatında əməkdaşlığı, bizim siyasi sabitliyimizin, iqtisadi dinamikanın və beynəlxalq arenadakı müstəqil xarici siyasətimizin nəticəsidir”.

“Bu mühüm sənədin ratifikasiyası Azərbaycan və ümumiyyətlə, Türk Dünyası ölkələri ilə Çin arasında dostluq əlaqələrini daha da gücləndirəcək, qarşıda yeni imkanlar açacaq və ölkəmizin böyük beynəlxalq tərəfdaşlıq şəbəkəsində daha da möhkəmlənməsinə xidmət edəcəkdir”, - deyə Günay Əfəndiyeva qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://525.az
archiveBu xəbər 31 May 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see247

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see214

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see201

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see181

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see163

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see162

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see147

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see144

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see141

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see140

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see138

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see137

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see136

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see130

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see128

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see128

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see127

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see126

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see125

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri