Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Günay Əfəndiyeva: Azərbaycanla Çin arasında münasibətlər regional və qlobal miqyasda strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməkdədir

Günay Əfəndiyeva: Azərbaycanla Çin arasında münasibətlər regional və qlobal miqyasda strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməkdədir

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 30 may, AZƏRTAC

Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş iki ölkə arasında qarşılıqlı mübadilələrin hüquqi əsaslar üzərində genişləndirilməsinə xidmət etməkdədir.

Bu Saziş ölkəmizin gələcəyə baxan, çoxvektorlu və balanslı xarici siyasət kursunun tərkib hissəsi kimi böyük strateji və diplomatik əhəmiyyət daşıyan bir sənəddir.

Bu kontekstdə xüsusilə Prezident İlham Əliyevin Çinə son rəsmi səfəri və Sədr Si Cinpin ilə görüşü, səfər çərçivəsində apardığı yüksək səviyyəli danışıqlar, ikitərəfli münasibətlərin yeni mərhələyə keçidində çox vacib rol oynayıb. Dövlətimizin başçısının Pekində nümayiş etdirdiyi siyasi qətiyyət, qarşılıqlı hörmətə və bərabərhüquqlu əməkdaşlığa əsaslanan mövqeyi, bu Sazişlə yanaşı, bir sıra mühüm sənədlərin ərsəyə gəlməsinə zəmin yaradıb. Söhbət təkcə viza prosedurlarının sadələşdirilməsindən getmir. Azərbaycanla Çin arasında münasibətlər artıq ikitərəfli əməkdaşlıq çərçivəsini aşaraq regional və qlobal miqyasda strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməkdədir. Bu sənəd, məhz bu prosesin siyasi və hüquqi təməl daşlarından biridir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva deyib.

Azərbaycanla Çin arasında tarixi əlaqələrin qədim dövrlərə söykəndiyini qeyd edən Günay Əfəndiyeva bildirib: “Böyük İpək yolu məhz bu iki qədim mədəniyyətin - Qafqazla Uzaq Şərqin iqtisadi və mədəni təmasının ilkin ünvanı olmuşdur. Azərbaycan bu möhtəşəm ticarət və sivilizasiya yolunun mərkəzində yerləşməklə əsrlər boyu Şərqlə Qərb arasında körpü rolunu oynamışdır.

Deputat qeyd edib: “Tarix sübut edir ki, Azərbaycan-Çin əlaqələri təkcə rəsmi sənədlərdə deyil, incəsənətdə, estetik zövqdə və yaradıcılıq ənənələrində də yaşamışdır.

Hələ XII əsrdə dahi Azərbaycan şairi Nizami Gəncəvi “Yeddi gözəl” poemasında Çin gözəlini təsvir edib, “Xeyir və Şər” adlı müdrik hekayəni onun dilindən anladıb.

XIII-XIV əsrlərdə Marağa, Təbriz və Azərbaycanın digər şəhərlərində miniatür, rəngkarlıq, kalliqrafiya sənətkarları Azərbaycan ənənələri ilə Çin texnikasının vəhdətini yarada bilib.

XVIII əsrdə Molla Pənah Vaqif öz lirikasında Çini bir sıra məmləkətlər arasında zəriflik və gözəllik ölkəsi kimi təqdim edib.

Bütün bunlar nədir?

Bunlar əsrlər əvvəl xalqlarımız arasındakı mədəni inteqrasiyanın təcəssümü idi. Bu gün isə bu Saziş vasitəsilə biz sərhədlərimizlə bərabər, kulturoloji yaddaşımızın dərin qatlarını da bir daha bir-birimizə açırıq - elm adamları, sənətkarlar, gənclər arasında qarşılıqlı səfərlər və birgə layihələr üçün yeni imkanlar yaradırıq”.

G.Əfəndiyeva Çini bu gün qlobal iqtisadiyyatın aparıcı ölkələrindən və “Bir kəmər, bir yol” təşəbbüsü ilə transkontinental əməkdaşlıq modelinin təcəssümü kimi dəyərləndirərək qeyd edib: “Azərbaycan bu təşəbbüsə ilk dəstək verən ölkələrdən biri kimi, öz geostrateji mövqeyindən istifadə edərək, Çinlə Avropa arasında mühüm logistik və nəqliyyat dəhlizi rolunu uğurla oynamaqdadır.

Digər tərəfdən Heydər Əliyev Fondunun Çində həyata keçirdiyi layihələr Azərbaycan–Çin münasibətlərinin çoxşaxəli məzmunla zənginləşməsində vacib əhəmiyyət daşımaqdadır.

Bu gün biz bu tarixi və iqtisadi bazaya söykənərək deyə bilərik ki, Azərbaycan və Çin vətəndaşları arasında qarşılıqlı vizadan azadolma rejimininin təsdiqlənməsi, sadəcə turizm və humanitar sahədə deyil, həm də siyasi etimad və tərəfdaşlıq səviyyəsində əlaqələrin yeni mərhələyə keçidini təmin edəcəkdir.

Düşünürəm ki, bu Saziş, ilk növbədə, dövlətlərarası münasibətlərin sosial təməlini daha da möhkəmləndirəcək. Digər tərəfdən, məsələn, iqtisadi sahədə ticarət dövriyyəsinin genişlənməsinə və işgüzar əlaqələrin intensivləşməsinə önəmli töhfə verəcəkdir”.

O bildirib ki, eyni zamanda, bu sənədin qüvvəyə minməsi Azərbaycanın qlobal diplomatik xəritədə yüksələn nüfuzunun təzahürüdür. Çin kimi nəhəng bir dövlətin Azərbaycanla bu cür qarşılıqlı etimad formatında əməkdaşlığı, bizim siyasi sabitliyimizin, iqtisadi dinamikanın və beynəlxalq arenadakı müstəqil xarici siyasətimizin nəticəsidir”.

“Bu mühüm sənədin ratifikasiyası Azərbaycan və ümumiyyətlə, Türk dünyası ölkələri ilə Çin arasında dostluq əlaqələrini daha da gücləndirəcək, qarşıda yeni imkanlar açacaq və ölkəmizin böyük beynəlxalq tərəfdaşlıq şəbəkəsində daha da möhkəmlənməsinə xidmət edəcəkdir”, - deyə Günay Əfəndiyeva diqqətə çatdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 May 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri