Icma.az
close
up
RU
Azərbaycan və Çin beynəlxalq münasibətlərdə ədalətli və inklüziv yanaşmaya sadiqdir

Azərbaycan və Çin beynəlxalq münasibətlərdə ədalətli və inklüziv yanaşmaya sadiqdir

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Arifə Abbasova,

YAP Tovuz rayon təşkilatının məsləhətçisi

2025-ci il aprelin 22-24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində Pekində Azərbaycan-Çin münasibətlərinin tarixinə yeni bir səhifə yazıldı. Səfər zamanı iki ölkə arasında ümumilikdə 20 mühüm sənəd imzalandı. Bu sənədlər siyasi, iqtisadi, enerji, nəqliyyat, hüquq, texnologiya və humanitar sahələrdə əməkdaşlığın genişlənməsinə xidmət edir. Səfərin əsas nəticələrindən biri Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq münasibətlərinin rəsmi şəkildə formalaşdırılması oldu. Bu, iki ölkə arasında qarşılıqlı hörmət, suverenliyə riayət və uzunmüddətli əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Prezident İlham Əliyevin Çinə səfəri olduqca uğurlu oldu. Buna bir Azərbaycan vətəndaşı olaraq sevinməyə bilmərik. İkinci tərəfdən də bütövlükdə səfər müddətində Azərbaycan Prezidentinin şəxsinə özəlliklə də medianın diqqəti ayrıca vurğulanmalıdır. CGTN kanalının Prezidentlə daha öncə də müsahibələri olub. Budəfəki müsahibə də təsadüfi deyil. Ona görə ki, CGTN bütün dünyaya yayımlanan ingilisdilli kanal olaraq Azərbaycan Prezidentinin nə qədər uyğun və uğurlu bir müsahib olduğunu dəyərləndirir. Yəni o kanal hər liderdən belə ardıcıl şəkildə müsahibələr almır. Ona görə də, Azərbaycan Prezidentindən bu müsahibə alındı.Təbii ki, orada qoyulan məsələlər həm ikitərəfli Çin-Azərbaycan münasibətlərinə işıq tutmaq baxımından, həm də Azərbaycanın dünyadakı rolu baxımından çox önəmlidir. Özəlliklə də Prezidentin səfəri çərçivəsində Naxçıvanla Urumçinin şəhərlərinin qardaşlaşması təkcə Azərbaycanda deyil, türk dünyasının hər tərəfində çox böyük təqdirlə qarşılanır. Əlbəttə ki, belə bir şəraitdə Prezident İlham Əliyevin müsahibəsinə də diqqət çox böyükdür. Yəni o müsahibə təkcə Azərbaycanda, Çində deyil, dünyanın hər tərəfində diqqətlə izlənilir, öyrənilir. Prezident İlham Əliyev Azərbaycan və Çinin beynəlxalq münasibətlərdə ədalətli və inklüziv yanaşmaya sadiqliyini vurğulayıb. Azərbaycan Cənubi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin təmin olunmasında fəal rol oynamaqla yanaşı, Qlobal Cənubun mühüm iştirakçılarından biri kimi ədalətli beynəlxalq nizamın formalaşmasına töhfə verir. Çin isə qlobal iqtisadi güc olaraq inkişaf etməkdə olan ölkələrin maraqlarını müdafiə edir və beynəlxalq münasibətlərdə bərabərlik və qarşılıqlı hörmət prinsiplərinin möhkəmləndirilməsinə çalışır. Bu baxışları bölüşən dövlətlər qlobal səviyyədə yeni əməkdaşlıq modelləri formalaşdırmaq üçün birgə təşəbbüslər irəli sürürlər. Dövlətimizin başçısı qeyd edib ki, biz Azərbaycanda Çini Qlobal Cənubun lideri hesab edirik və burada bu prinsiplər əsasında ölkələrin birləşdirilməsi baxımından Çin xüsusi rol oynayır. Beləliklə, Prezident İlham Əliyevin CGTN telekanalına verdiyi müsahibə Azərbaycan-Çin strateji tərəfdaşlığının möhkəm təməllər üzərində qurulduğunu və davamlı inkişaf etdiyini bir daha təsdiqləyir. Dövlətlərarası əməkdaşlıq modeli müasir beynəlxalq şəraitdə dayanıqlı, etibarlı və perspektivli tərəfdaşlığın nümunəsi kimi çıxış edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 Aprel 2025 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see367

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see281

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see279

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see275

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see275

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see269

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see267

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see249

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see245

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see240

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see240

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see237

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see232

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see218

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see212

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see212

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see209

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see182

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri