Icma.az
close
up
RU
Azərbaycan və Çin ədalətli dünya nizamının tərəfdarıdır Deputat

Azərbaycan və Çin ədalətli dünya nizamının tərəfdarıdır Deputat

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinin nüfuzlu Sinxua agentliyinə verdiyi məxsusi müsahibə iki ölkə arasında nümunəvi strateji tərəfdaşlığın mahiyyətini əhatəli şəkildə ifadə etməklə yanaşı, gələcək əməkdaşlığın əsas inkişaf istiqamətlərini də müəyyənləşdirir".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib. 

Parlamentarinin sözlərinə görə, 1992-ci ildə qurulan diplomatik münasibətlərin dinamikası göstərir ki, Azərbaycan və Çin arasında əlaqələr son illər ərzində daha da möhkəmlənərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

"Prezident İlham Əliyevin Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpinlə keçirdiyi görüşlər və ötən il Astana şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” iki ölkə arasında əməkdaşlıqda yeni səhifə açıb.  
İki ölkə arasında münasibətlərin əsas mahiyyəti qarşılıqlı inam və birgə inkişaf məqsədlərindən qaynaqlanır. Bu münasibətlər çoxşaxəli olmaqla iqtisadiyyat, nəqliyyat, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı, turizm və humanitar sahələri də əhatə edir.  

Ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərində strateji mövqeyi onun regional və qlobal əhəmiyyətini daha da gücləndirir. Bu dəhlizlər daşımaların sürətlənməsi və təhlükəsizliyinə zəmanət verir. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, həmçinin Ələt Azad İqtisadi Zonası bu istiqamətdə Azərbaycanın mövqeyini daha da gücləndirir. Çin üçün bu layihələr “Kəmər və yol” təşəbbüsünün Qafqaz və Avropa istiqamətində uğurlu icrası baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycan və Çin beynəlxalq münasibətlər sistemində ortaq və prinsipial mövqelərə malikdir. Hər iki ölkə ədalətli dünya nizamının tərəfdarıdır, beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyi dəstəkləyir. Suverenliyə hörmət, daxili işlərə qarışmama və bərabərlik prinsipləri bu əməkdaşlığın təməlini təşkil edir. Bu dost dövlətlər Qlobal Cənubun bir hissəsi kimi inkişaf etməkdə olan ölkələrin maraqlarını beynəlxalq platformalarda birlikdə müdafiə edir, ədalətli və çoxqütblü beynəlxalq münasibətlər sisteminin formalaşmasına töhfə verir.  Siyasi və iqtisadi əməkdaşlıqla yanaşı, Azərbaycan və Çin arasında mədəni və humanitar sahələrdə də əlaqələr getdikcə genişlənir. Azərbaycanın bir sıra ali təhsil müəssisələrində Çin dili tədris olunur.

Bu əlaqələr Azərbaycan-Çin münasibətlərində yeni dinamizm yaradır və tərəflər arasında əməkdaşlığın güclənməsinə şərait yaradır. Beləliklə, Azərbaycan-Çin münasibətləri sadəcə iki ölkənin maraqlarını deyil, daha geniş coğrafi məkanın təhlükəsizlik və inkişaf arxitekturasını əhatə edir. Qarşılıqlı etimada əsaslanan bu tərəfdaşlıq modeli gələcəkdə daha da möhkəmlənərək beynəlxalq münasibətlərdə mütərəqqi əməkdaşlıq nümunəsi olaraq qalacaqdır". 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://unikal.az
archiveBu xəbər 23 Aprel 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri