Icma.az
close
up
RU
Azərbaycan və Çin dünya nizamının qurulmasına töhfə verən tərəfdaşlardır Deputat

Azərbaycan və Çin dünya nizamının qurulmasına töhfə verən tərəfdaşlardır Deputat

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Aprelin 24-də Prezident İlham Əliyevin Çinin nüfuzlu CGTN telekanalına verdiyi müsahibədə əksini tapan fikirlər bir daha təsdiqləyir ki, ölkəmiz öz xarici siyasət kursunu milli maraqlar və beynəlxalq hüququn prinsipləri əsasında yürüdür, Çinlə əlaqələr isə bu strategiyanın mühüm istiqamətlərindən biri kimi diqqət mərkəzindədir".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib. 

Parlamentari bildirib ki, Azərbaycan “Vahid Çin” siyasətinə dəstəyini ardıcıl şəkildə nümayiş etdirərək Çinin ərazi bütövlüyünə və suverenliyinə hörmət prinsipinə sadiq qalır.

"Çin isə ölkəmizin müstəqil daxili və xarici siyasət yürütmək hüququna, eləcə də suverenliyinə qətiyyətli dəstək verir. Bu qarşılıqlı prinsipial yanaşma Azərbaycan-Çin münasibətlərində dərin strateji qarşılıqlı anlaşmanın və etimadın formalaşmasına səbəb olur. 

İki ölkənin tərəfdaşlığı yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də regional və qlobal səviyyədə strateji faktora çevrilməkdədir. Azərbaycanın coğrafi mövqeyi və nəqliyyat-logistika infrastrukturuna sərmayələri ölkəmizi Avrasiyada mühüm tranzit mərkəzə çevirib. Bakı-Tbilisi-Qars dəmir yolu, Zəngəzur dəhlizi və digər irimiqyaslı nəqliyyat layihələri bu kontekstdə Çinin Orta Dəhliz strategiyası ilə tam şəkildə uzlaşır. Cənab İlham Əliyev müsahibəsində Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsünə verdiyi mühüm töhfələri ön plana çəkməklə, ölkəmizin bu qlobal əməkdaşlıq formatında artan rolunun əhəmiyyətini diqqətə çatdırıb.  

Azərbaycan və Çin, həmçinin ticarət, enerji, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar və yaşıl enerji sahələrində əməkdaşlığın inkişafında maraqlıdır. Ölkəmiz kənd təsərrüfatı məhsullarının Çin bazarına ixracının artırılmasını vacib hesab edir və bu istiqamətdə praktiki addımlar atılmaqdadır. Eyni zamanda, yaşıl enerji və rəqəmsal transformasiya sahəsində əməkdaşlıq iki dövlətin qarşılıqlı maraqlarını daha da yaxınlaşdırır və davamlı iqtisadi tərəfdaşlığa zəmin yaradır.

Dünya miqyasında baş verən geosiyasi dəyişikliklər fonunda Azərbaycan və Çin çoxtərəfli və ədalətli dünya nizamının qurulmasına töhfə verən tərəfdaşlar kimi çıxış edirlər. Azərbaycanın müstəqil xarici siyasəti onun beynəlxalq aləmdə etibarlı tərəfdaş imicini gücləndirib. Çin isə qlobal iqtisadiyyatın aparıcı aktoru kimi müstəqil siyasət yürüdən dövlətlərlə əməkdaşlığı prioritet hesab edərək Azərbaycanla işbirliyinin dərinləşdirilməsini diqqət mərkəzində saxlayır.

Beləliklə, Prezident İlham Əliyevin CGTN telekanalına müsahibəsi Azərbaycan-Çin münasibətlərinin strateji mahiyyətini, tərəflərin ortaq dəyərlərə və prinsiplərə əsaslanan əməkdaşlıq modelini, eləcə də gələcək inkişaf perspektivlərini dolğun şəkildə əks etdirir. Bu hərtərəfli strateji tərəfdaşlıq müasir beynəlxalq münasibətlər sistemində konstruktiv, proqnozlaşdırıla bilən və qarşılıqlı faydalı model kimi özünü təsdiqləyir". 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://unikal.az
archiveBu xəbər 29 Aprel 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see207

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see154

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see144

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see137

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see135

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see133

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see132

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see131

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see130

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri