Icma.az
close
up
RU
Azərbaycan və Ermənistan dəstəklədi, İsrail qarşı çıxdı: Dünyanın gözlədiyi QƏRAR

Azərbaycan və Ermənistan dəstəklədi, İsrail qarşı çıxdı: Dünyanın gözlədiyi QƏRAR

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Fələstin–İsrail münaqişəsinin ikidövlətli həlli istiqamətində konkret, zamana bağlı və geridönməz addımları əks etdirən bəyannaməni səs çoxluğu ilə təsdiqləyib. 142 ölkə sənədin lehinə, 10-u isə əleyhinə səs verib.

Bəyannamənin lehinə səs verən ölkələr arasında Azərbaycan da var. Ermənistan da eyni mövqeyi bölüşüb, Gürcüstan isə səsverməyə qatılmayıb. Əleyhinə səs verənlər arasında İsrail, ABŞ, Argentina və Macarıstan yer alıb. Daha 12 ölkə isə bitərəf qalıb.

Sənəddə həmçinin İsrailin Qəzza zolağındakı fəaliyyətləri və HƏMAS-ın 2023-cü il oktyabrın 7-də həyata keçirdiyi hücumlar pislənilir.

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Azərbaycan hər zaman İslam həmrəyliyinə və beynəlxalq hüquqa sadiq qalaraq Fələstin məsələsinin ikidövlətli həll prinsipi əsasında həllini dəstəkləyib:

“BMT-nin bununla bağlı müvafiq qərarı var və biz də müstəqil Fələstin dövlətinin yaradılmasının vacib olduğunu düşünürük. Lain dünyadakı bəzi güclər böyük haqsızlıq edərək fələstinlilərə öz müstəqil dövlətlərini yaratmaq imkanı tanımırlar. Hazırda Qəzza bölgəsində baş verən fəlakətin əsas səbəbi məhz budur. Əgər Fələstin dövləti yaradılmasa, mövcud fəlakətlərin qarşısını almaq mümkün olmayacaq. Dövlətin yoxluğundan digər güclər də istifadə edirlər və nəticədə müxtəlif dini-radikal qruplar indiki vəziyyətdə Fələstin ərazisində “at oynadır”.


Zeynal Əmrəliyev

İsrail hökuməti və onun müttəfiqləri beynəlxalq hüquqa hörmət göstərərək Fələstin dövlətinin yaradılmasına razılıq verməlidirlər. Bu məsələ ilə bağlı zaman-zaman Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilir. Ölkəmizin BMT-də sərgilədiyi mövqe isə sübut etdi ki, iddiaların hər biri əsassızdır. Rəsmi Bakı bir daha İslam həmrəyliyinə sadiq olduğunu nümayiş etdirdi”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:59
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Sentyabr 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see255

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see225

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see204

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see200

Ramiz Mehdiyevin etdiyi hərəkətlər onun Akademiyada qalmasına imkan vermir İsa Həbibbəyli

12 Dekabr 2025 12:34see176

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see170

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see163

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see151

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see145

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see145

Ermənistan hələ 3+3 formatına qoşulmağa və iştirak etməyə hazır deyil Millət vəkili

12 Dekabr 2025 14:33see139

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see137

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see133

Kürdəmirdə ağır qəza Yük maşını avtobusa çırpıldı FOTO

12 Dekabr 2025 23:16see133

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see128

Ukrayna cəbhədə PUA lardan istifadə üçün yeni inanılmaz taktikalara keçib Forbes dən detallar

12 Dekabr 2025 18:13see127

Millimizin üzvü əməliyyat edildi

12 Dekabr 2025 12:41see126

“Sumqayıt” uduzdu, NTD dən qələbə

13 Dekabr 2025 01:20see126

“Mançester Yunayted” gənc oyunçular almaq üçün Fernandeşi 70 milyon funt sterlinqə satır

13 Dekabr 2025 04:13see124

Hindistanda Messinin 20 metrlik heykəli nümayiş olundu

13 Dekabr 2025 01:13see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri