Icma.az
close
up
RU
Azərbaycan və Ermənistan qazilərə nə qədər aylıq verir? Müqayisə heyrətləndirdi

Azərbaycan və Ermənistan qazilərə nə qədər aylıq verir? Müqayisə heyrətləndirdi

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Azərbaycan və Ermənistanda qazilər və şəhid ailələrinə necə yardım edilir və hansı ölkədə daha yüksək sosial təminat yaradılıb?

Bakupost.az xəbər verir ki, bununla bağlı mühacir jurnalist Elbəyi Həsənli maraqlı qarşılaşdırma aparıb.

O bildirib ki, Azərbaycanda 44 günlük müharibənin sıravi iştirakçısı olan qaziyə dövlətin verdiyi əsas aylıq müavinət 80 manatdır (47 dollar). Əlillik statusu olan qazilər üçün vəziyyət nisbətən fərqlidir: əlil qazilər üçün aylıq pensiya: 300–400 AZN (175–235 dollar), şəhid ailələri üçün Prezident təqaüdü 500 AZN-dir (295 dollar):

“Azərbaycanda əsas birdəfəlik mexanizm sığorta ödənişidir: Şəhid ailəsinə 11 000 AZN (≈ 6470 dollar), əlil qazilərə isə 4400–8800 AZN (2600–5200 dollar) verilir”.

Onun sözlərinə görə, Ermənistanda ödənişlər daha yüksəkdir, belə ki, əlil olmuş veteranlara və həlak olanların ailələrinə 100 000 – 300 000 dram (260 – 770 dollar) verilir:

“Bu məbləğlərin 20 il müddətinə ödənilməsi nəzərdə tutulur. İtkin düşmüş hərbçilərin ailələrinə isə ayda təxminən 300 000 AMD (770 dollar) müvəqqəti aylıq dəstək verilir.

Ermənistanın birdəfəlik ödənişləri xüsusilə diqqət çəkir: Həlak olmuş və ya ağır əlil olan əsgərin ailəsinə 10 000 000 AMD (təxminən 25700 dollar) ödənilir. Yüngül xəsarət alanlara isə 5 000 000 AMD (12800 dollar) verilib”.

E.Həsənli burada xüsusi məqamı da vurğulayıb. O qeyd edib ki, Azərbaycan 44 günlük müharibəyə görə 106 min adama (80 min nəfər qazi, 26 min nəfər şəhid ailəsi, əlil qazilər və s.) pul ödəyir və ildə bu xərcləri ödəmək üçün dövlət büdcəsindən 107 milyon dollar ayrılır:

“Ermənistan isə cəmi 5 000 nəfərə – əlil veteranlar+həyatını itirmiş əsgərlərin ailələri (birbaşa aylıq pensiya alanlar) pul ödəyir. Ermənistanda sıravi, sağlam müharibə iştirakçıları faktiki olaraq yardımdan kənarda saxlanılıb. Orada bu işə Azərbaycandan az qala 4 dəfə az - hər il 30 milyon dollar ayrılır”.

E.Həsənli fikrincə, ilk gündən daha yığcam dairə müəyyən etməklə, daha yüksək ödəniş etmək doğru olardı.

Asena,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 18 Dekabr 2025 21:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see294

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see232

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see229

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see202

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see180

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see176

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see160

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see151

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri