Icma.az
close
up
RU
Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz

Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz

Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən «Mürəkkəb Təhlükəsizlik və Davamlılıq 2025» konfransında bildirib ki, Ermənistan Azərbaycan ordusunu üstələyə bilməz. Baş nazir qeyd edib ki, Ermənistana ordu lazım deyil: ordu nə qədər güclü olursa olsun, o, yenə də Azərbaycan ordusunu, üstəlik güclü müttəfiqləri olan Azərbaycan ordusunu üstələyə bilməz.
Paşinyanın səsləndirdiyi fikirlərə münasibət bildirən hərbi ekspert Ədalət Verdiyev AZXEBER.COM-a deyib ki, baş nazirin fikirlər gec də olsa, 30 illik işğal tarixinə malik ölkə rəhbərliyinin ərazidə baş verən hadisələrdən dərs çıxardığını göstərir:
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur. Nə təchizat, nə döyüş hazırlığı, nə də real döyüş potensialı baxımından Ermənistan Azərbaycanla müqayisə oluna bilməz. Digər tərəfdən, Azərbaycan Ordusu say baxımından Ermənistandan kifayət qədər böyükdür. Bizim orduda xüsusi təyinatlıların sayı Ermənistan ordusuyla müqayisədə çox yüksəkdir. Ermənistan Müdafiə Nazirliyinin tərkibində dəniz qüvvələri mövcud deyil. Azərbaycan isə həm Hərbi Dəniz Qüvvələrinə, Azərbaycan Dəniz Piyadalarına, həm də sualtı hücum və müdafiə qüvvələrinə malikdir.
Ermənistan ordusu dünyada fərarilərdən ibarət tərkibi ilə seçilən yeganə ordudur. Vətən müharibəsi zamanı Ermənistan ordusunda 11 min fərari olmuşdur. Antiterror əməliyyatları zamanı isə əlavə 10 min erməni silahlısı Azərbaycan ordusu tərəfindən tərksilah edilərək ərazilərimizdən çıxarıldı. Ümumilikdə antiterror əməliyyatlarından sonra Ermənistan ordusunun 40 faizi fərarilərdən ibarət olub. Ən vacib məqamlardan biri isə Azərbaycanın Türkiyə, Pakistan, Çin, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və ABŞ kimi ölkələrlə strateji müttəfiqlik münasibətlərinə malik olmasıdır. Ermənistanın isə real müttəfiqi yoxdur. Bu gün sənəd üzərində Ermənistanın Rusiya, Fransa və Hindistanla müəyyən münasibətləri mövcuddur, lakin həmin münasibətlər Azərbaycan və Ermənistan arasındakı güc balansına təsir göstərə biləcək səviyyədə deyil”.
Ekspert qeyd edib ki, Ermənistana ordunun lazım olmaması ilə bağlı Paşinyanın fikrinə gəldikdə isə, bu onların daxili işləridir:
"Yəqin ki, Paşinyan ordunun saxlanılmasının Ermənistan üçün təhlükəsizlik təmin etmədiyini anlayır. Ermənistan Silahlı Qüvvələri ölkənin təhlükəsizliyini təmin etmək iqtidarında deyil. Böyük ehtimalla, bu bəyanatlardan sonra Ermənistan ordusunda bir sıra proseslər başlayacaq. Bunlara ilk növbədə müddətli hərbi xidmət müddətinin azaldılması və silahlı qüvvələrin sayında ixtisarlar daxildir. Eyni zamanda, gələcəkdə müdafiə və təhlükəsizlik xərclərində də azalma gözlənilir”.
Hərbi ekspert Telman Qasımov isə vurğulayıb ki, Paşinyanın bu formada açıqlaması Azərbaycan ordusunun nə qədər güclü olduğunun sübutudur: 

"Hər kəsə məlumdur ki, Cənubi Qafqazda Azərbaycan Ordusu ən qabaqcıl ordulardan biridir. Əgər biz vəziyyəti müqayisə etsək, görərik ki, Azərbaycan ordusu Ermənistan ordusundan hələ 10 il irəlidədir. 10 il ərzində Ermənistanın iqtisadiyyatının inkişaf edərək Azərbaycan ordusu səviyyəsinə çatmağı sual altındadır. Çünki dəfələrlə müxtəlif erməni ekspertlər, hərbi analitiklər öz araşdırmalarında Azərbaycan Ordusunun Ermənistan ordusundan güclü olduğunu vurğulayıblar".

Ekspert Ermənistanın orduya ehtiyacı olmaması haqda isə deyib ki, bu Paşinyanın təkbaşına verə biləcəyi qərar deyil: 

"Hazırda İrəvanın orduya ehtiyac olub-olmaması məsələsini Paşinyan daha yaxşı bilir. Çünki Ermənistanın Azərbaycan, Türkiyə, İran və Gürcüstanla sərhədləri mövcuddur. Əgər ordu olmasa, bu sərhədlər necə qorunacaq? Belə məsələlər Baş nazirin səlahiyyətində deyil. Birincisi, Ermənistanın konstitusiyası buna imkan verməlidir. İkincisi, bu məsələ parlamentdə müzakirəyə çıxarılmalıdır. Çünki ordusuz, silahlı qüvvəsiz dövlətlər mövcud ola bilməz. Hal-hazırda sülh müqaviləsi imzalanmayıb. Yalnız danışıqlar və fikirlər var. Tam qərar qəbul olunmayana qədər ordunun ləğvi mümkün deyil. Bəzi açıqlamalara görə, Alen Simonyan bildirib ki, xərclərin azalması üçün ordunun sayında ixtisarlara ehtiyac var”.


Şahanə Ziyad

Yazı Medianın İnkişafı Agentliyinin "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günük"Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövzusunda dərc edilib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 16 Sentyabr 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see294

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see261

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see236

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see226

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see212

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see205

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see191

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see181

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see174

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see156

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see155

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see153

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see148

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see148

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see147

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see146

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see141

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see141

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see136

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri