Icma.az
close
up
RU
Menu

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycan və Gürcüstan arasında formalaşmış münasibətlər tarixi köklərə malikdir ŞƏRH

Azərbaycan və Gürcüstan arasında formalaşmış münasibətlər tarixi köklərə malikdir ŞƏRH

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hər zaman Azərbaycan – Gürcüstan münasibətləri regionda seçilmişdir. Hər iki ölkənin xalqları bir-biri ilə əsasən mehriban qonşu və etibarlı dost kimi yaşamışlar. Dünyanın hər bir regionunda olduğu kimi, burada da müəyyən mərhələlərdə anlaşılmazlıq da olmuşdur. Ancaq əsas odur ki, ən çətin və riskli mərhələlərdə belə Azərbaycanla Gürcüstan dövlət, cəmiyyət və xalq olaraq əməkdaşlığa, dostluğa və qarşılıqlı yardıma üstünlük vermişlər. Bu davranış bütövlükdə Qafqazda digərlərinə bir nümunə olaraq qalmaqdadır. Azərbaycanın qonşu Gürcüstanla münasibətləri tarixən xüsusi əhəmiyyət kəsb edib. Bakı həmişə Tbilisini özünə strateji tərəfdaş, dost ölkə sayıb. Bu iki xalq arasında əsrlər boyu dostluq və qardaşlıq münasibətləri olub. Bu ənənə hazırda da uğurla davam edir. Azərbaycan–Gürcüstan münasibətlərində mehriban qonşuluq və dostluq xətti üstün olmuşdur. Müstəqillik mərhələsində bu münasibətlər xüsusi məzmun və strateji məqsəd almışdır.

Yeri gəlmişkən, qeyd edək ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidi ilə Azərbaycanda yenidən hakimiyyətə gələndən sonra Gürcüstanla əməkdaşlıq istiqamətinə ayrıca diqqət yetirdi və onun strateji əhəmiyyətini hər kəsə anlatdı. Onu vurğulayaq ki, iki ölkə arasında müstəqillik dövründə diplomatik əlaqələr 1992-ci il noyabrın 18-də yaradılmasına baxmayaraq, aktiv siyasi-diplomatik münasibətlər 1995-ci ildən başlanmışdır. Belə ki, həmin ilin fevral ayında Bakıda Gürcüstan səfirliyi və 1996-cı ilin mart ayında Tbilisidə (Heydər Əliyevin Gürcüstana ilk səfəri zamanı) Azərbaycan səfirliyi açılmışdır. Azərbaycanla Gürcüstan arasında münasibətlərin bu cür məzmun almasının təşəbbüskarı ulu öndər Heydər Əliyev olmuşdur. Yəni müstəqillik mərhələsində də Azərbaycan dövləti Gürcüstana dost və əməkdaşlıq əlini uzatmışdır. Proseslər göstərdi ki, bu, sadəcə diplomatik jest deyildir, həm də Azərbaycanın ciddi surətdə reallaşdırdığı xarici siyasətin bir aspektidir. Konkret desək, Azərbaycan Respublikası davamlı surətdə Gürcüstanla əlaqələri bərabərhüquqluluq və mehriban qonşuluq şəraitində beynəlxalq hüquq normalarına uyğun münasibətləri inkişaf etdirmək kursunu seçmişdir. Və etibarlı surətdə bütün mərhələlərdə bu vədinə tam əməl etməkdədir.

Bu gün istər Gürcüstan, istərsə də Azərbaycan yeni iqtisadi-siyasi münasibətlər dövründə, müstəqillik şəraitində xeyli inkişaf ediblər. Bununla yanaşı, hər iki ölkə qarşısında dayanan çağırışlar da, problemlər də eyni olub – ərazi bütövlüyünün pozulması, aqressiv separatizm. Hələ ki, Cənubi Qafqazda sülh tam bərqərar olmadığından Bakı ilə Tbilisi bir-birinə dəstək baxımından daha sıx əlaqədədirlər. Eyni zamanda, hər iki tərəf bu qənaətdədir ki, artıq Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb. Bütün bunlar həm də regionun üçüncü ölkəsi, təcavüzkar Ermənənistana ciddi bir mesajdır. Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin aprelin 15-16-da Azərbaycana rəsmi gəlmişdir. Üstəlik, onun sözlərinə görə, bu, M.Kavelaşvilinin Gürcüstan Prezidenti kimi ilk xarici səfəridir. M.Kavelaşvilinin ilk xarici səfərini sülhsevər, 30 il ərzində pozulmuş ərazi bütövlüyünü öz gücünə təmin edərək, nümunə göstərmiş Azərbaycana etməsi, dünyaya, ilk növbədə, Ermənistana sülh siqnalı olmalıdır. Yəni, vaxtdır, Cənubi Qafqaz sülh və əməkdaşlıq regionu olmalıdır! Gürcüstan Prezidenti, bütövlükdə qonşu ölkənin hökuməti Azərbaycana xoş və səmimi jestlərini həmişə nümayiş etdirdiyi kimi, bir qədər əvvəl, Novruz bayramı günlərində bir daha ortaya qoydu. Həmin gün Borçalıda təşkil olunmuş Novruz bayramı şənliklərinə Gürcüstan Prezidenti Mixeil Kavelaşvili, Baş nazir İrakli Kobaxidze, parlament sədri Şalva Papuaşvili və digər rəsmi şəxslər də qatılmışdılar. Şənlik böyük mehribanlıq və qonaqpərvərlik şəraitində keçib, gürcü rəsmiləri ölkənin azərbaycanlı sakinlərini bayram münasibətilə təbrik edib, onlara qoşularaq şənləniblər. Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində baş tutan tədbirdə Azərbaycan və gürcü dillərində şeirlər səslənib, rəqs nömrələri nümayiş etdirilib. Bu da bir daha iki xalqın əsrlərə söykənən dostluğunun təsdiqidir.

Azərbaycan və Gürcüstan Cənubi Qafqazın sülh regionuna çevrilməsi istiqamətində də fəal işləməkdədirlər. Bu sahədə indiyədək bir sıra addımlar atılıb. Bir neçə il əvvəl Gürcüstan Azərbaycan və Ermənistan arasında vasitəçilik missiyasını həyata keçirməyə hazır olduğunu bəyan edib. Daha sonra Tbilisi Bakı və İrəvan arasında sülh müqaviləsinin Gürcüstanda imzalanması təşəbbüsü ilə çıxış edib. 2023-cü il oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Tbilisiyə səfəri zamanı bu ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüşündə də bu məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Gürcüstanın Baş naziri bəyanatında bildirmişdi ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır, dost ölkədir. Ən əsası, xalqlarımız arasında ənənəvi dostluq davam edir və cənab Prezident cənab İlham Əliyev bu işə çox böyük töhfələr verir.

Anar Süleymanov,

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı üzrə 3 nömrəli “Magistral avtomobil yollarının istismarı” MMC ərazi partiya təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Aprel 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see478

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see342

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see341

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see335

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see321

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see301

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see288

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see277

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see263

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see249

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see241

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see237

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see237

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see233

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see221

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see216

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see212

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see204

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see202

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri