2009 cu ildə də belə olmuşdu Ərdoğan Bakıya gəlmişdi ŞƏRH
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak etmək üçün Azərbaycana gəlməsi doğru qərardır”.
Modern.az xəbər verir ki, bunu Ərdoğanın Bakıya gözlənilən səfərinə dair fikrilərini bölüşən politoloq Elxan Şahinoğlu bildirib.
“İki müttəfiq arasında hər hansı səbəbdən gərginlik yaranırsa, bunun ortadan qaldırılmasını uzatmaq lazım deyil. 2009-cu ildə də belə olmuşdu. Həmin il Türkiyənin o zamankı xarici işlər naziri Əhməd Davudoğlu “qonşularla sıfır problem” konsepsiyası əsasında Ermənistanla sərhədi açmaq məqsədilə İsveçrədə prokotlları imazadıqda, bu, rəsmi Bakının narazılığına səbəb oldu. Çünki, Türkiyə Azərbaycan torpaqlarının işğalı səbəbindən Ermənistanla sərhədi bağlamışdı. Azərbaycanın ərazi bütövlüyü təmin olunmadığı halda Türkiyənin Ermənistanla sərhədi açmağa hazırlaşmasə anlaşılmırdı. Nəticədə Azərbaycan-Türkiyə münasibətlərində gərginlik yarandı. Türkiyənin o zamankı baş naziri Rəcəb Tayyib Ərdoğan gərginliyi ortadan qaldırmaq üçün 2009-cu ilin may ayında Bakıya gəldi və Milli Məclisdə çıxış etdi. Rəcəb Tayyib Ərdoğan çıxışında bildirdi ki, Azərbaycan ərazi bütövlüyünü təmin etməyənə qədər Türkiyə Ermənistanla sərhədi açmayacaq. Dediyi kimi də oldu”, - E.Şahinoğlu deyib.
Politoloq bildirib ki, iki dövlət arasındakı münasibətlər əvvəlki axarına qayıdıb:
“Bu dəfə də iki ölkə arasında gərginliyin ortadan qaldırılması üçün Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlməyi lazım bilib. Bu səfər də münasibətlərdəki mövcud suallara aydınlıq gətirməlidir. Ancaq son böhran onu da göstərdi ki, bir-birlərinin daxili işlərinə qarışmamaq şərti ilə müttəfiq dövlətlər arasında koordinasiyanın gücləndirilməsinə ehtiyac var”.
Baxış sayı:130
Bu xəbər 05 Noyabr 2026 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















