Azərbaycan və Gürcüstan jurnalistlərinin Türkiyə səfəri davam edir
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan və Gürcüstan mediasının nümayəndələrinin iştirakı ilə Türkiyənin Şərqi Anadolu bölgəsinə media səfəri başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, Türkiyə Gelişim Ajansınin (TGA) təskilatçılığı ilə reallaşan səfər çərçivəsində Azərbaycan və Gürcüstan jurnalistləri Türkiyənin İğdır, Van və Ağrı bölgələrində bir sıra görüş və səfərlərdə iştirakı nəzərdə tutulur.
Səfərdə əsas məqsəd Şərqi Anadolunun tarixi və mədəni irsi, təbiəti, turizm imkanları və bölgənin özünəməxsus xüsusiyyətləri ilə yerində tanış olmaq, əldə olunan məlumat və təəssüratları geniş auditoriyaya çatdırmaqdır.
Səfərin ilk mərhələsində media nümayəndələri Türkiyəyə gəlib və proqramın başlanğıc nöqtəsi olan İğdırda qarşılanıblar. Səfər müddətində jurnalistlərin bölgənin müxtəlif tarixi-mədəni məkanlarını ziyarəti, foto və video çəkilişləri aparması, yerli mühitlə tanış olması və səfər çərçivəsində materiallar hazırlaması planlaşdırılır.
Qalib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 07 Oktyabr 2026 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















